Məhkəmə qərarları › İş №2(021)-3103/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3103/2025

12.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3103/2025 12.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il tarixdə X4 və xx.xx.2014-cü il tarixdə X1 üçün hər ay hər uşağa 235 manat olmaqla, 470 manat sabit pul məbləğində alimentin tutulmasına və 60 manat rüsumun alınaraq ona ödənilməsi və uşaqların oniun himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurublar. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X4 və xx.xx.2014-cü il tarixdə X3 adlı 2 övladları anadan olub. Nikahları rəsmi xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Cavabdehlə 2 aydır ki ayrı yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqların saxlanılmasında ona heç bir köməklik etmir. Ümumiyyətlə onlara maddi yardım göstərmir, onlardan imtina edir. Ona görə də hesab edir ki cavabdehdən bir uşağın saxlanılması üçün 235 manat sabit pul olmaqla, iki uşağa görə cəmi 470 manat məbləğində alimentin alınıb ona verilməsinə zərurət yaranmışdır. Hətta medasiya şurasına müraciət edib. Cavabdeh gəlmədi ona görə də medasiyada baxılması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Bu barədə mediasiya şurasına etdiyi müraciətə görə xx.xx.2025-ci il tarixdə 00322 nömrəli rəsmi arayış verilmişdir ki, məhkəməyə müraciət etsin. Onların 2023-cü ildə nikahı pozularaq aliment kəsilmişdir. Sonra barışıblar. Bir müddət bir yerdə yaşayıblar. Cavabdeh yığılan alimenti ödəməməsi üçün formal barışıqlıq edib ki borcdan azad olmuş olsun. O, da Bərdə İcra və Probasiya şöbəsinə ərizə verib alimentdən imtina edib ki, barışıblar. Hazırda ayrı yaşadıqları üçün alimentin ödənilməsi zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Ali Məhkəmə Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPMin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli tarixli 2(021)-4358/2023 saylı qətnamədən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, azyaşlı uşaqlar ananın himayəsində saxlanılmış, uşaqların saxlanılması üçün hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment təyin edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı alimentin artırılmasını minumum əmək haqqına əsaslanmaqla tərtib etmiş, başqa sözlə onun ərizəsi indeksasiya xarakteri daşımışdır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.5. maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar