Məhkəmə qərarları › İş №2(021)-3126/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3126/2023

13.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3126/2023 13.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilmsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında bağlanmış və Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN-İ №0958422 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin ləğv edilməsi, mülkiyyətlərində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evini boşaldaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi Mirumud Seyidov 26 oktyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkn hesab etmişdir. Məhkəmə ərizələri və işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı ASC məhkəmədə işə baxlması üçün xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, ümumilikdə 100,40 manat ödəniş etmişdir. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilmsi” tələbinə dair ərizəsi iddiaçının nümayəndəsinin ərizəsinə əsasən baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı ASC tərəfindən ödənilmiş 100 manat Dövlət rüsumu geri qaytarıslın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar