Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3213/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, X1 maraqlı şəxslər Bərdə Rayon Qeydiyyat Şöbəsinə, X4 qarşı nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair 2(021)2332/2021 saylı və iddiaçı X2 cavabdeh X8 qarşı nikahın pozulması tələbinə dair 2(021)2307/2021 saylı mülki işlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X3 rayon məhkəməsinə ünvanladığı ərizəsində onunla X5 arasında 18 mart 2020-ci il tarixli 02 saylı nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Bərdə rayon Mollalı İcra Nümayəndəliyi tərəfindən 18 mart 2020-ci ildə 373 saylı qeydlə qeydiyyata alınmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı aydın olmuşdur ki, hər iki işdə iştirak edən tərəflər eynidir və işin ətraflı araşdırılması, tərəflərin məhkəməyə dəfələrlə gedib gəlməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hər iki mülki işin bir icraatda birləşdirilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, X1 maraqlı şəxslər Bərdə Rayon Qeydiyyat Şöbəsin, X4 qarşı nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair 2(021)2332/2021 saylı və iddiaçı X2 cavabdeh X8 qarşı nikahın pozulması tələbinə dair 2(021)2307/2021 saylı mülki iş üzrə tərəflər və predmetlər eyni olduğundan həmin işlər bir yerdə birləşdirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 maraqlı şəxslər Bərdə Rayon Qeydiyyat Şöbəsin, X4 qarşı nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair 2(021)2332/2021 saylı mülki iş, iddiaçı X2 cavabdeh X8 qarşı nikahın pozulması tələbinə dair 2(021)2307/2021 saylı mülki işlə birləşdirilsin. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3213/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3213/2023
03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver