Məhkəmə qərarları › İş №2(021)-3225/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3225/2025

09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3225/2025 09.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə 09 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Nüsrat oğlundan X6 xx.xx.2015-ci il X10 xx.xx.2021-ci il təvəllüdlü yetkinlik yaşına çatanadək onun himayəsində saxlanması Cavabdeh bir uşağa görə 246 manat aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nigahı olmuşdur. 2011-ci ildə nigahıları pozulmuşdur.Nigahın pozulduğu ərəfədə övladları dünyaya gəlmişdir. Keçmiş hayat yoldaşı tərəfindən həmin övladlarına atalıq verilmişdir. İki övladı olmuşdur. X6 xx.xx.2015-ci il X10 xx.xx.2021-ci il təvəllüdlü, anadan olmuşdur. Demək olar ki, lap əvvəldən bir-birini başa düşə və anlaya bilmiyiblər. Cavabdeh öz ailəsini fikirləşmir, işləyib uşağına və ailəsinə baxmaq barədə heç bir iş görmür. Onunla kobud raftar edir. Dəfələrlə cavabdeha xahiş edib ki, bütün bunlara son qoysun. Lakin onun xahişlərinin, yalvarışlarının heç bir nəticəsi olmamışdır. Bu artıq cavabdehdə bir xarakter kimi formalaşmışdır. Övladları onun himayəsindədir, onunla birlikdə yaşayır. Cavabdehlə övladlarının saxlanması barədə razılığa gəlib. Onlara heç bir maddi köməklik göstərmir. Odur ki, aliment barədə tələbi vardır. Bir uşağın saxlanması üçün 246 manat aliment tələb edir İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X6 və X5 yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılması və Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini və uşaqların ananın himayəsində saxlanılması və hər uşağa görə hər ay 150 manat olmaqla, cəmi 300 manat alimentin ödənilməsinə etirazının olmamasını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞB/MT039/2025-00293 nömrəli barışıq sazişindən görünür ki, birinci tərəf İddiaçı ikinci tərəf Cavabdeh olmaqla barışıq sazişində qeyd edilmişdir:

1. Birinci tərəf (İddiaçı; AZE********; xxxxxxx; xx.xx.1991), İkinci taraf (Cavabdeh; AA*******; 1j5j076; xx.xx.1985) ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 07 aprel 2009-cu il tarixdə 08No-ilə qeyd edilmişdir. Tərəflər uzun müddət bir yerdə yaşamış və normai münasibətiəri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və Bərdə Rayon Məhkəməsinin 2(021)1553-2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Bir müddət sonra tərəflər arasında olan münasibətləri düzəlmiş və ailə münasibətləri bərpa olmuşdur. Tərəflərin faktiki nikahdan 21 yanvar 2015-ci il təvəllüdlü X6 (atalığın müəyyən edilməsi Bərdə rayon Qeydiyyat şöbəsində 30 iyun 2021-ci il tarixində, 69Noo-ilə qeyd edilmişdir) və 11 may 2021-ci il təvəllüdlü X10 (atalığın müəyyən edilməsi Bərdə rayon Qeydiyyat şöbəsində 24 fevral 2016-cı il tarixində, 25No-ilə qeyd edilmişdir) adlı övladları olmuşdur. Tərəflər birgə nikahlarından olan övladlarının birinci tərəfin, himayəsində saxlanılmasını və övladlarının saxlanılmasına görə İkinci tərəfdən hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla ümumilikdə, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin birinci tərəfin xeyrinə ödənilməsi tələbi ilə təklif verdilər.

2. Tərəflər ilə aparılmış söhbət zamanı Mediasiyada qarşılıqlı razılaşaraq bildirdilər: 2.1 Tərəflərin faktiki nikahlarından olan 21 yanvar 2015-ci il təvəllüdlü X6 (atalığın müəyyən edilməsi Bərdə rayon Qeydiyyat şöbəsində 30 İyun 2021-ci il tarixində, 69N-ilə qeyd edilmişdir) və 11 may 2021-ci il təvəllüdlü X10 (atalığın müəyyən edilməsi Bərdə rayon Qeydiyyat şöbəsində 24 fevral 2016-cı il tarixində, 25N-ilə qeyd edilmişdir) adlı övladları birinci tərəfin himayəsində saxlanılmasına tam razılaşaraq öz öhdələrinə götürürlər. 2.2 Tərəflərin faktiki nikahlarından olan 21 yanvar 2015-ci il təvəllüdlü X6 (atalığın müəyyən edilməsi Bərdə rayon Qeydiyyat şöbəsində 30 iyun 2021-ci il tarixində, 69N-ilə qeyd edilmişdir) və 11 may 2021-ci il təvəllüdlü X10 (atalığın müəyyən edilməsi Bərdə rayon Qeydiyyat şöbəsində 24 fevral 2016-cı il tarixində, 25N-ilə qeyd edilmişdir) adlı övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla ümumilikdə, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, hər ayın 1-10 arası ikinci tərəfdən alınaraq, birinci tərəfin xeyrinə ödənilməsinə razılaşaraq öz öhdələrinə götürürlər. Bərdə rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(021)-1553/2011 saylı qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 08 saylı nikah qeydi pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bütün qazancının və başqa fgəlirlərinin 4/1 hissəsi və ya 2011-ci ilin oktyabr ayından başlayaraq sabit pul məbləğində 100 manat aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. AZ-İ 406992 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. AZ-İ 282121 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində doğulmuşdur, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatdadır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 50 (əlli) manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, cаvаbdeh uşaqlarının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə uşаqların sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni müzakirə edərkən uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və onun uşaqlara qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə bütün sənədləri nəzərdən keçirib toplanmış materialları araşdırıb hüquqi qiymət verərək hesab edir ki, övladlarının iddiaçının himayəsində saxlanılması və aliment tələbini, cavabdehin iddia tələbini qəbul etməsini, alimentin hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində təyin edilməsi barədə tərəflərin ərizəsini, habelə vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаqlara qаyğı göstərmək bоrcu оlduğundаn, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşağın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin hər iki tərəfin üzərinə düşməsini nəzərə alaraq, iddia təmin edilməlidir. xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllülü X10 anası İddiaçı himayəsində saxlanılmalı, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllülü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,375 misli həcmində aliment, sonraki artımlar nəzərə alınmaqla, Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və mediasiya ödənişi tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiа təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllülü X10 anaları İddiaçı himayəsində saxlanılsın. xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllülü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,375 misli həcmində aliment, sonraki artımlar nəzərə alınmaqla, Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində ödənilmiş dövlət rüsumu və 120 manat məbləğində mediasiya ödənişi onun özünə aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar