Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3261/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad etmə” tələbinə dair mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X2 ilə ailə qurduğu, ailələrinin maddi gəlirində əhəmiyyətli dərəcədə artım olduğu üçün Biləsuvar rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(022) 1640/2015 nömtrəli qətnaməsi üzrə tutulan alimenti ödəməkdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Cavabdeh Ağdam rayonu Başgüney kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; 44.2.2-ci maddəsinə əsasən, işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. MPM-in 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda aidiyyət məsələsi həll edilməli, aidiyyət qaydalarının pozulmasına yol verildiyi nəzərə alınaraq, mülki iş baxılması üçün iddiaçının qeydiyyatda olduğu yer üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad etmə” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3261/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3261/2022
06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver