Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3266/2024 24.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Aliment” tələbinə dair mülki işə 24 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 may 2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı 2 övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat alimentin tutulub onun xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə qeyri-rəsmi evlənərək nikahlarını xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadığı dövrdə xx.xx.2011-ci il təvəllüdlü X8 və birgə nikah dövründə 30 avqust 2013-cü il təvəllüdlü X10 adlı iki övladları anadan olmuşdur. Uzun müddət ər-arvad kimi normal münasibətdə yaşadıqdan sonra onların aralarında olan münasibətləri pisləşməyə başlamışdır. Xeyli zamandır ki, münasibətləri pozulduğundan ayrı yaşayırlar. Cavabdeh ayrıldıqdan sonra övladlarının saxlanması üçün ona heç bir köməklik göstərməmişdir. Övladlarının gündəlik tələbatlarının ödəmək üçün əziyyət çəkir. Ona görə də məhkəmədən 09 may 2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı 2 övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat alimentin tutulub onun xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı iddia tələbinin dəyişdirərək birgə nikahdan anadan olmuş 2 (iki) övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün tutulan aliment məbləğinin Cavabdeh əmək haqqısından üçdə bir hissədə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X12 izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı tələb etdiyi əmək haqqı məbləğini almır. Onun aldığı əmək haqqı göstərilən məbləğdən çox aşağıdır. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli Bərdə 1 saylı X1 Günel Bulud qızına verilmiş arayışından görünür ki, ******* saylı arayış mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 29.3 maddəsinə əsasən verilmişdir. xx.xx.2024-cü il tarixli 293 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Şatırlı İƏD-nin Nazırlı kəndində yaşayır. Sorğu məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. AZ-İİİ 148900 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür X13 xx.xx.2013-cü tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. AZ-İİ 746660 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-İ 702125 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2011-ci il tarixdə Yevlax Rayon Qeydiyyat şöbəsində 461 nömrə ilə bağlamışlar. Seriya AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdöə Bərdə rayonu Nazirli kəndində anadan olmuşdur. Bərdə rayonu Nazırlı kəndində yaşayır. xx.xx.2024-cü il tarixli 266 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Nazırlı kəndində yaşayır. Azərbycan Respublikası Elm Və Təhsil Nazirliyi Məktəbəqədər Və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixdən Tovuz rayon Papaqçılar kənd C.Hüseynov adına tam orta məktəbdə müddətdsiz müqavilə ilə fransız dili müəllimi işləyir. Onun dövlət ümumi təhsil məktəbində müəllim kimi stajı 16 (on altı) il 11 (on bir ) ay, 2023-2024-cü tədris ilində tarifləşmə cədvəlinə əsasən əmək haqqısı isə 1652.60 (bir min altı yüz əlli iki manat altmış qəpik) manat təşkil edir. AR-İİİ 508568 nömrəli etibarnamədən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəliyini X7 vermişdir. Tovuz rayon Papaqçılar kənd C.Hüseynov adına tam orta məktəb xx.xx.2024-cü il tarixli 1 saylı arayışdan görünür ki, Papaqçılar kənd C.Hüseynov adına tam orta məktəbin Fransız dili müəllimi Cavabdeh 2024-2025-ci tədris ilində aldığı əmək haqqı tarifləşdirmə cədvəlinə uyğun olaraq vergi çıxılmamış 1266.61 manat, vergi çıxıldıqdan sonra 1018.41 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşağın mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. AM-nin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. AM-nin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını, habelə Cavabdeh qazancının müntəzəm olmasını, ondan hər ay iki uşağın saxlanılması üçün aylıq gəlirlərinin və başqa qazancının 1/3 hissəsi məbləğində alimentin tutulmasının real olmasını nəzərə alaraq belə hesab edir ki, aliment tələbinə dair iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, AM-nin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 03 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya ödənişi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: 1.İddia təmin edilsin. 2.xx.xx.2013-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü ildən başlayaraq hər ay iki uşağa görə aylıq gəlirlərinin və başqa qazancının 1/3 hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulsun. 3.İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya ödənişi iddiaçının özünə aid edilsin. 4.Qətnamə dərhal icra edilsin. 5.Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-3266/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3266/2024
24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver