Məhkəmə qərarları › İş №2(021)-3273/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3273/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3273/2023 21.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı «aliment ödəməkdən azad edilmə» tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2019-cu il təvəllüdlü Kərəm və xx.xx.2021-ci il təvəllüdlü Aylan adlı övladlarının saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-2023/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə aliment ödəməkdən azad edilməyinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiadan imtina etdiklərini qeyd edərək İddiaçı məhkəməyə ərizəsini təqdim etdi. Ərizədə iddiaçı məhkəmədən ərizənin baxılmamış saxlanaraq, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, ərizəni və işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı «aliment ödəməkdən azad edilmə» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər, habelə iddiаçı İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar