Məhkəmə qərarları › İş №2(021)-3274/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3274/2023

04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3274/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarını, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə dəyəri, cəmi 3760 (üç min yeddi yüz yüz altmış) manat məbləğində pulun va iddia qaldırmaq üçün mediasiyada ödədiyi 50 manatın alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-512/2019 saylı qətnaməsi ilə onunla hazırki iş üzrə Cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdehin yaşadığı evlərindən, döyülüb qovulan zaman ona məxsus olan qızıl-zinət əşyaları cavabdehin yaşadığı evində qalmışdır. Cavabdeh tələb etdiyi həmin qızıl-zinət əşyalarının siyahısı aşağıdakı kimidir: komplekt –(sırğa, üzük, boyunbağı, qolbaq) -28 qram, 583 əyyar-2240 manat, nişan üzüyü-3,5 qram 583 əyyar (brilyant qaşlı) -800 manat, üzük-2 qram 583 əyyar -160 manat, üzük-3 qram 583 əyyar -240 manat, üzük-2,5 qram 583 əyyar -200 manat, üzük-1,5 qram 583 əyyar -120 manat, Cəmi:3760 manat Məhkəmə iclasında İddiaçı bildirdi ki, 2019-cu ildə qardaşının əşgərlikdən qayıtması münasibətilə atasıgilə getmiş, bir daha da evə qayıtmamışdır. Tələb olunan qızıllar cavabdehdə qalmışdır. O həmçinin bildirdi ki, iddia tələbində qeyd olunan üzük-1,5 qram 583 əyyar -120 manat olmayıb. Həmin qızılın nəzərə almamasını və iddia tələbini digər qızıllara münasibətdə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nitq qüsurlu olduğundan vəkili X2 bildirdi ki, cavabdeh və onun ailəsi həmin yığıncağa getməmişdir, İddiaçı gedərkən qızılları özü ilə aparmış və bir daha cavabdehin evinə qyıtmamışdır.İddia tələbinin rədd ounmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)512/2019 saylı, 13 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh Əliyeva (Məlikova) Aygün Aydın qızı arasında Bərdə rayonu Kolayır kənd İcra Nümayəndəliyində 12 may 2015-ci ildə bağlanmış və 11 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 01 aprel 2016-cı ildə anadan olmuş X5 və 17 iyul 2017-ci ildə anadan olmuş X3 cavabdeh Əliyeva (Məlikova) Aygün Aydın qızının himayəsində qalması, 01 aprel 2016-cı ildə anadan olmuş X4 və 17 iyul 2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment 13 fevral 2019-cu ildən başlayaraq tutulub Əliyeva (Məlikova) Aygün Aydın qızına verilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş AZ-İ №435622 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Mülki işə əlavə edilmiş “X7” MMC-nin xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyindən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyaları 3760 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı 59 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2015-ci ildə ailə qurmuşlar, daha sonra tərəflərin ailə münasibətləri pozulmuş və aralarında bağlanmış nikah Bərdə Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə rəsmi olaraq pozulmuşdur. İddiaçı hazırda qızıl-zinyət əşyalarının geri tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq iddiaçının hansı şəraitdə evi tərk etməsi hallarını araşdırmış və müəyyən etmişdir ki, İddiaçı 2018-ci ildə qardaşı hərbi xidmətdən qayıdan zaman keçirilən yığıncaqla əlaqədar öz atasıgilə getmişdir. Həmin vaxt ailədə söz-söhbət olduğundan cavabdeh və onun ata və anası həmin yığıncağa getməmişlər. İddiaçı digər səbəblərlə yanaşı bu halıda nəzərə alaraq bir daha cavabdehi yaşadığı mənzilə qayıtmamışdır.Bu halı hər iki tərəf təsdiq edir. Cavabdeh tərəf isə bildirir ki, iddiaçı gedərkən qızılları özü ilə aparmışdır. Məhkəmə iddia ərizəsində qeyd olunan –“döyülüb qovulan zaman qızıllar evdə qalmışdı” sualına cavab olaraq iddiaçı bildirmişdir ki, vəkilim yazıb mənim xəbərim yoxdur deyə cavablandırmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı evi könüllü olaraq tərk etmişdir. Bundan başqa məhkəmə 5 ilə yaxın bir müddət ərzində nə səbəbə görə qızlı əmlakın geri qaytarılması barədə iddia irəli sürməmisiniz sualına cavab olaraq İddiaçı bildirmişdir ki, bu tələblə bağlı iddia olub, lakin baxılmamış saxlanılmışdır. Həmin halın müəyyən edilməsi üçün məhkəmə dəftərxanasında tərəflərin qızıl əşyaları tələbi ilə bağlı yoxlama aparılmış, lakin belə bir tələbin olmadığını müəyyən etmişdir. Həmçinin iddiaçı bu barədə qərardadı da məhkəməyə təqdim edə bilməmişdi. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, təqdim olunmuş fotoşəkildə iddia tələbində qeyd olunan üzük-1,5 qram 583 əyyar -120 manat yoxdur. İddiaçı isə buna cavab olaraq həmin qızılın nəzərə almamsını xahiş etmişdir. Fikrini isə onula əsaslandırmışdır ki, həmin əşyanın olmasını sübut edə bilməyəcəkdir. Məhkəmə qeyd edir ki, artıq tərəflərin nikahlarının pozulması barədə qətnamənin qəbulundan dörd ildən artıq vaxt keçməsinə baxmayaraq iddiaçı bu müddət ərzndəqızıl zinət tələbi ilə bağlı iddianı qaldırmaması, tərəflərin həmin müddətdə barışmaq niyətində olmaması açıq müəyyən olunduğundan (iddiaçı müxtəlif iddialarla cavabdehə qarşı iddia qaldırması halları ) iddianın rədd olunması üçün məhkəməyə daxili inam yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-ci maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qanunun məzmunundan göründüyü kimi iddiaçı tərəf öz tələbinin əsasını sübut edə bilməmiş və bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. X10 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədr əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinəəsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 59 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar