Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3288/2025 17.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçı X5 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 aprel 2009-cu ildə anadan olmuş X13 13 mart 2011-ci ildə anadan olmuş X8 və 17 noyabr 2021-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə həmçinin mediasiya xidmətinə görə ödəiyi 60 manat xidmət haqının caabdehdən alınaraq ona qaytarılmasına qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki oaraq 2009-cu ikldə evlənərək ailə qurmuşlar. Nikahlarını 07 iyul 2009-cu il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində 321 nömrə ilə qeyd etdirmişlər. Cavabdehlə birgə nikahlarından 3 uşaqları 04 aprel 2009-cu ildə X18, 13 mart 2011-ci ildə X15 və 17 noyabr 2021-ci ildə X16 anadan olmuşdur. Hal-hazırda cavabdehlə üyni ünvanda yaşalar da cavabdeh ailəsinə laqeyd davranır, sanki ailəsi və övladları yoxmuş kimi hərəkət edir, uşaqların saxlanması, qidalanması, geyim, təhsil, sağlamlıq və digər gündəlik ehtiyacları yalnız onun və valideyinlərinin hesabına təmin olunurş. Cavabdeh isə ailə və ata məsuliyyətini tamamilə unudaraq qazandığı pulları şəxsi əyləncələrinə, yeyib-içməyinə və özünün naməlum xərclərinə sərf edir. Cavabdeh evə qazanc gətirmir, pövladlarının qayğısına qalmır, uşaqlarının və onun heç bir tələbatlarını ödəmir. Cavabdeh bu cür məsuliyyətsiz davranışlar nümayəiş etdirməsi ona və ailə üzvlərinə ziyan vurur. Bu vaxt ərzində uşaqların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyib. Cavabdeh bir ata kimi az yaşlı uşağının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmayıb, valideynin uşağının saxlamaq vəzifəsini yadından çıxarıb və təssüf ki bu məsuliyyəti hələdə dərk etməyib, uşaqları ana nəvazişindən başqa digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki belə vəziyyətdə bütün xərclərin ödənilməsini o təkbaşına edə bilməz. Hazırda maddi cəhətdən əziyyət çəkir və uşaqların ehtiyaclarını qarşılamaq üçün təkbaşına kifayət qədər vəsait tapa bilmir. Cavabdeh avtombil ustası və çilingər kimi çalışır, aylıq gəliri 1500-2000 manatdan az deyildir. Lakin buna baxmayaraq ailəsinə və övladlarına qarşı heç bir maddi və mənəvi dəstərk göstərmir. Dəfələrlə övladlarının ehtiyaclarını xatırlatsa da ya cavab verməmiş ya da kobudluq edərək yersiz davalar salmışdır.Hələlik ailəsinin dağılmamasının xatirinə cavabdehlə nikah qyedlərinin ləğv olunmasına dair ona qarşı məhkəmədə iddia qaldırmamışdır. Güman edir ki, cavabdeh nə vaxtsa səhvini başa düşər və ailəsinə uşaqlarına qayğı göstərər və onların maddi tələbatlarını ödəyər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı X7 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, uşaqlarından biri autizm sindromundan əziyyət çəkir daimi müalicəyə ehtiyacı vardır. Heç bir yerdə işləmir, uşaqlarına anası baxır, anası isə üəryindən əməliyyat olunmuş və xəstədir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Ş.İ.Xətai küçəsi ev 53-də qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983cü ildə anadan olmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ518303 nömrəli, 07 iyul 2009cu il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 07 iyul 2009-cu ildə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 321 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Bərdə Regional “ASAN-Xidmət” Mərkəzi qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli, AZ-İİ636278 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2021-ci ildə anadan olmuş, atası Cavabdeh oğu, anası İddiaçı olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 26 noyabr 2021-ci il tarixdə 2523 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 iyun 2009-ci il tarixli,AZ- İİ461349 nömrəli doğum ahqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 04 aprel 2009-cu ildə anadan olmuş, atası Cavabdeh oğu, anası İddiaçı olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 01 iyun 2009-cu il tarixdə 674 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 mart 2011-ci il tarixli, AZ-İİ 636278 nömrəli doğum ahqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 13 mart 2011-ci ildə anadan olmuş, atası Cavabdeh oğu, anası İddiaçı olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 29 mart 2011-ci il tarixdə 698 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 24 iyul 2025-ci il tarixli, 2050 nömrəli arayışdan görünür ki, X2 şəhəri Gəncə küçəsi ev 33-də yaşayır. Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli,0065874 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Aliment təyin edildikdə əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum Qərarının formalaşdırdığı hüquqi mövqeyə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin edilməli 25 iyul 2025-ci il tarixdən başlayaraq 04 aprel 2009-cu il təvəllüdlü X10, 13 mart 2011-ci il təvəllüdlü X8 və 17 noyabr 2021-ci təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minumum aylıq əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilmədir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 25 iyul 2025-ci il tarixdən başlayaraq 04 aprel 2009-cu il təvəllüdlü X10, 13 mart 2011-ci il təvəllüdlü X8 və 17 noyabr 2021-ci təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minumum aylıq əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı ödədiyi 60 (əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3288/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3288/2025
17.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver