Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3304/2025 23.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, iddiaçı X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xəstə övladının alimentin davam etdirilməsi” tələbinə dair mülki işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-444/2023 saylı qətnaməsi ilə Cavabdeh hər ay bir uşağın saxlanması üçün tutulan 160 manat alimentin 10 avqust 2007-ci il təvəllüdlü X1 anadan gəlmə serebral iflici, sol tərəfi hemiparez, sinir-psixi və nitq inkişafının ləngiməsindən əziyyət çəkdiyi üçün alimentin davam etdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, hazırda nülki işə baxılmasını istəmir ərizəsinin baxılmamış saxlanaraq sənədlərin özünə qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, mülki işin baxılmamış saxlanmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “xəstə övladının alimentin davam etdirilməsi” tələbinə dair dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3304/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3304/2025
23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver