Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3350/2023 11.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi İddiaçı Mövsüm oğlunun “şəxsin psixatriya xəstəxanasına məcburi yerləşdirilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı Mövsüm oğlu məhkəməyə ərizə ilə müraciət edərək 27 avqust 1983-cü il təvəllüdlü oğlu Maraqlı şəxs stasionar müalicə olunması üçün Psixatriya Xəstəxanasına məcburi qaydada yerləşdirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı Mövsüm oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs onun oğludur, 27 avqust 1983-cü ildə anadan olmuşdur, o,2003-cü ildən əsəb xəstəliyindən əziyyət çəkir, ali təhsilli olduğundan psixatriya xəstəxanasında qeydiyyata alınmasına razılıq verməmişdir, keçən müddət ərzində mütamadi müalicə almışdır. Mir-X8 rayon polikilnikasında da müalicə almışdır. Hazırda onun xəstəliyi kiritik həddə çatmışdır. Belə ki, o, tez-tez onlardan yüksək məbləğdə pul tələb edir, evdə mütamadi dava-dalaş salır. Hər gün anasının iş yerinə gedib ona nalayiq söyüşlər söyür, hədə-qorxu gəlir, ölümlə hədələyir, heç kəsin məsləhətinə qulaq asmır, söz dedikdə əsəbləşir, özündən çıxır, həkim məsləhətlərinə əməl etmir, müalicə olunmaqdan yayınır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə Rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş rəydə Maraqlı şəxs Kzım oğluna “Şizotopik Pozğunluq” diaqnozu qoyulmuş və onun stasionar müalicəyə ehtiyacı olduğu qeyd edilmişdir. Maraqlı şəxs Kzım oğlu daimi onu və ailə üzvülərini söyür, təhqir edir, evdə dava-dalaş salır, onları ölümlə hədələyir, həyatları üçün real təhlükə yaradır. Ərizəçi İddiaçı Mövsüm oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs 27 avqust 1983-cü ildə doğulmuşdur. İş materiallarında olan 410544 nömrəli, 07 iyul 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Maraqlı şəxs 27 avqust 1983-cü ildə doğulmuşdur,atası İddiaçı Mövsüm oğlu, anası X2r. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3031 nömrəli, 06 iyul 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ağayev X4 şəhəri, M.Müşfiq küçəsi 17 ünvanında yaşayır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiəsinin surətindən müəyyən olunur ki, İddiaçı Mövsüm oğlu xx xxxx 1952-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcabri Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə Rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 19 iyun 2023cü il tarixli 432 nömrəli arayışdan müəyyən olunur ki, Maraqlı şəxs Şizotipik pozğunluq diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Naziriyi 2 saylı Ağdam Rayonlararası Psixatriya Xəstəxanası 04 iyul 2023-cü il tarixli, 08 saylı arayışından müəyyən olunur ki, Maraqlı şəxs 26 iyun 2023-cü il tarixdə 2 saylı Ağdam rayonlarası Psixatriya xəstəxanasıa müraciət etmiş, xəstəyə vəziyyəttinə uyğun ambulator müalicə təyin edilmişdir. Diaqnoz: Raranoid vəziyyyət F.22. Xəstəyə müalicənin davamlı etdirilməsi məsləhət görülmüşdür. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin Məcəllənin 305.1.10-cu maddəsinə əsasən, məhkəmə xüsusi icraat şəxsin qaydasında şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 335.1-ci maddəsinə əsasən, şəxsin psixiatriya stasionarına qeyrikönüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. Bu Məcəllənin 335.2-ci maddəsinə əsasən, ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir. Bu Məcəllənin 337.1-ci maddəsinə əsasən şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizəyə hakim iş başlanılan vaxtdan 5 gün ərzində baxılmalıdır. İşə baxıldıqda onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməyə imkan verirsə, barəsində işə baxılan şəxs məhkəmə iclasında iştirak edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 338.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 338.2-ci maddəsinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi və sonradan, qanunla müəyyən edilən müddətə orada saxlanılması üçün əsasdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müyyən olunur ki, Maraqlı şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi üçün kifayət qədər əsaslar müəyyən edilmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Mövsüm oğlunun ərizədə göstərdiyi hallar məhkəmə araşdırması zamanı sübuta yetiridiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 335-338, 227, 357 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs müalicə oluunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixatiriya Mərkəzinə yerləşdirilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixatoriya Mərkəzinə və Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3350/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3350/2023
11.08.2023 · Şəxsin psixiatriya stasionarına qeyr-könüllü yerləşdirilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver