Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1394/2021 07.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri 1 saylı Respublika Psixiatriya Xəstəxanasına qarşı “şəxsin psixiatriya stasionarına qeyrikönüllü yerləşdirilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 04 may 1981-ci il təvəllüdlü övladı X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri 1 saylı Respublika Psixiatriya Xəstəxanasına qeyri-könüllü yerləşdirilməsi və müalicəsinin tam başa çatacağı tarixədək orada saxlanılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 04 may 1981-ci ildə anadan olmuş övladı X8 alkoqol psixozu xəstəliyindən əziyyət çəkir. Sabit özünü idarə edə bilmir, evdə, küçədə özünü normal aparmır. Ona daim nəzarət etmək məcuriyyətindədirlər, lakin xəstəliyi ağırlaşdıqca onunla baca bilmirlər. Hazırda xəstəliyi daha da şiddətlənmişdir. Bu xəstəliyin təsiri nəticəsində Sabit hər an ağır cinayət hadisəsi törədə bilər. Oğlunun çox ağır psixi xəstəliyi olduğu barədə sənədlərində var. Onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi barədə həkim məsləhət komissiyasındanın göstərişi olsa da, Sabit xəstəxanaya könüllü getməkdən imtina edir. Ona görə də 04 may 1981-ci il təvəllüdlü övladı X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri 1 saylı Respublika Psixiatriya Xəstəxanasına qeyri-könüllü yerləşdirilməsi və müalicəsinin tam başa çatacağı tarixədək orada saxlanılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri 1 saylı Respublika Psixiatriya Xəstəxanasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, X5 hazırkı psixi vəziyyətinin onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən, ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04 may 1981-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X6r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixatriya Xəstəxanasının Dispanser şöbəsinin göndərişindən görünür ki, X7 “alkoqol psixozu” diaqnozu qoyulmuşdur. İş materiallarında olan “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, 04 may 1981-ci təvəllüdlü X3 RMX-ın Hüquqi şəxsin poliklinika şöbəsində ruhi və əsəb xəstəlikləri ilə əlaqədar dispanser qeydiyyatında dayanmışdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, X1 Xəstəxanasına könüllü surətdə yerləşdirilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının MPM-nin 335.1-ci maddələrinə əsasən şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən psixi pozuntunun xarakteri müayinə və müalicənin yalnız psixiatriya stasionarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarında qeyri-könüllü müalicə psixi pozuntusu olan şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün təhlükəli olması; şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyatı tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması; ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin onun sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi əsasları olduqda təyin edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi və ya məhkəmənin qətnaməsidir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən şəxs, yalnız qeyri-könüllü hospitallaşdırmaya əsas verən şərtlərin qaldığı müddətdə psixiatriya stasionarında saxlanılır. Azərbaycan Respublikasının MPM-nin 337.1-ci maddəsinə əsasən şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizəyə hakim iş başlanılan vaxtdan 5 gün ərzində baxmalıdır. İşə baxıldıqda onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməyə imkan verirsə, barəsində işə baxılan şəxs məhkəmə iclasında iştirak edə bilər. Həmin Məcəllənin 338-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi və sonradan, qanunla müəyyən edilən müddətə, orada saxlanılması üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 04 may 1981-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri 1 saylı Respublika Psixiatriya Xəstəxanasına qeyri-könüllü yerləşdirilməli və müalicəsinin tam başa çatacağı tarixədək orada saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 may 1981-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri 1 saylı Respublika Psixiatriya Xəstəxanasına qeyri-könüllü yerləşdirilsin və müalicəsinin tam başa çatacağı tarixədək orada saxlanılsın. X2 psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1394/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1394/2021
07.05.2021 · Şəxsin psixiatriya stasionarına qeyr-könüllü yerləşdirilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver