Məhkəmə qərarları › İş №2(036)-732/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-732/2022

19.01.2022 · Şəxsin psixiatriya stasionarına qeyr-könüllü yerləşdirilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-732/2022 19.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin narkoloji-tibb müəssisəsində məcburi yerləşdirilməsi barədə ərizəsinə dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi şəxsin narkoloji-tibb müəssisəsində məcburi yerləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib 31.10.1979-cu il təvəllüdlü X2 narkoloji-tibb müəssisəsinə məcburi qaydada yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi göstərmişdir ki, 31.10.1979-cu il təvəllüdlü X5 onun oğludur və onunla birlikdə İmişli rayonunun Yalavac kəndində yaşayır. Narkotik vasitələrdən uzun müddətdən bəri mütəmadi şəkildə istifadə etməsi nəticəsində X3 narkotiklərdən asılılıq yaranmış və narkomaniyadan müalicə olunmasına baxmayaraq sağalmamışdır. Narkotik maddələri davamlı surətdə qəbul etməsi nəticəsində X2 psixikasında pozğunluq yaranmış və o, aqressivləşmişdir. O, təklif olunan müalicələrdən imtina etmiş, narkotik vasitələr almaqdan ötrü pul əldə etmək məqsədilə ailə üzvləri ilə tez-tez münaqişədə olmuşdur. X2 davranışı digər ailə üzvlərində qorxu yaratdığından onun müalicə olunması zərurəti yaranmışdır. Ona görə də, 31.10.1979-cu il təvəllüdlü X2 narkoloji-tibb müəssisəsində məcburi qaydada yerləşdirilməsi barədə ərizə vermişdir. İşdə olan İmişli RMX tərəfindən verilmiş 13.02.2022-ci il tarixli 32 nömrəli arayışa əsasən 31.10.1979cu il təvəllüdlü X1 MRX-nin Publik Hüquqi şəxsi Poliklinikasında “narkotik maddələrin istifadəsindən aslılıq sindiromu” statusu ilə həkim narkoloqun dispanser qeydiyyatındadır. İşdə olan İmişli RMX tərəfindən verilmiş 13.02.2022-ci il tarixli 31 nömrəli arayışa əsasən 31.10.1979cu il təvəllüdlü X5 “narkotik maddələrin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə Respublika Narkoloji Mərkəzinə göndərilmişdir. İşdə olan İmişli RMX tərəfindən verilmiş 12.01.2022-ci il tarixli Həkim Məsləhət Komissiyasının rəyində göstərilmişdir ki, 31.10.1979-cu il təvəllüdlü X4 ətraflı müayinə nəticəsində “narkotik maddələrin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu qoyulmuş və Respublika Narkoloji Mərkəzində müalicə olunması məsləhət görülmüşdür. Azərbaycan Respublikası MPM-nin 352.1-ci maddəsinə əsasən öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. AR Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 2.2.9-cu bəndinə əsasən narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinə yalnız həkim-məsləhət komissiyasının rəyi əsasında narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və ( və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində AR qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisəsi tərəfindən “narkomanlıq” diaqnozu təyin edilmiş şəxs üzərində yol verilir. Qaydaların 2.4-cü maddəsinə əsasən narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiq edilməsinə dair məhkəmənin qərarı həkim-məsləhət komissiyasının tibbi yoxlama rəyi əsasında çıxarılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 31.10.1979-cu il təvəllüdlü X5 narkoloji-tibb müəssisəsinə məcburi qaydada yerləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 352 və 353cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. 31.10.1979-cu il təvəllüdlü X5 narkoloji-tibb müəssisəsinə məcburi qaydada yerləşdirilsin. Qətnamədən 1(bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar