Məhkəmə qərarları › İş №2(021)-3359/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3359/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3359/2021 03.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nə və Cavabdeh1nə qarşı ipoteka predmetinin girovdan azad edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində ona məxsus Bərdə şəhəri, Səməd Vurğun küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 63,3 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 11 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinin ləğv edilməsinə və ipotekaya xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov məhkəməyə vəsatət göndərərək İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı bağlanmış müqavilənin ləğvi tələbinə dair mülki işə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov oğlu ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı, ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı “ipoteka predmetinin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-yə daxil olmuş Bərdə Rayon Məhkəməsinin 12.10.2021ci il tarixli bildirişindən göründüyü kimi iddia tələbi ilə bağlı 2(021)-3359/2021 saylı mülki iş üzrə 03.11.2021-ci il tarixinə saat 11:00-a məhkəmənin hazırlıq iclası təyin edilmişdir. Hesab edir ki, məhkəmə aidiyyatı pozulduğundan iddia təmin edilməməlidir. Filial hüquqi şəxs olduğundan, yalnız əsasnamə ilə fəaliyyət göstərdiyinə görə hazırkı mülki iş üzrə cavabdeh kimi çıxış edə və cəlb edilə bilməz. Ləğv prosesində olan Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında İddiaçı vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin nümayəndəsinin vəsatətini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Bu Məcəllənin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 54.4-cü maddəsinə görə idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Bu Məcəllənin 54.5-ci maddəsinə əsasən dövlət idarələrinin və digər idarələrin ayrıayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. İddiaçı iddia ərizəsində Cavabdeh1 cavabdeh qismində qeyd etsə də məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə Cavabdeh1 hazırkı iş üzrə cavabdehlik daşımır. İş üzrə əsas cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASCdir. İş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC ünvan 1 ünvanında qeydiyyatda alındığından mülki iş Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 35.1, 45, 263- 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A L D İ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nə və Cavabdeh1nə qarşı ipoteka predmetinin girovdan azad edilməsi tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar