Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3457/2023 30.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas kаtibliyi, cavabdeh Maraqlı şəxs2 iştirakı ilə, İddiаçı Ərizəçi Eçin qızının cavabdeh Maraqlı şəxs2 qarşı “atalığın müəyyən edilməsi, uşağın doğum faktının müəyyən edilməsi və aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Ərizəçi Eçin qızı cavabdeh Maraqlı şəxs2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə rayon Səttərxan küçəsi yaşadıqları evdə xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 doğum faktının müəyyən edilməsi, xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 cavabdeh Maraqlı şəxs2 atası olmasının müəyyən edilməsi, övladlarının saxlanılması üçün hər ay cavabdehdən 220 (iki yüz iyirmi) manat aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs2 ilə 2017-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuşalar. Onların həmin dövürdə xx.xx.2018-ci il tarixdə X3 adlı övladları anadan olmuşdur. Həddindən artıq imkansız olduqlarından maddi rifah halları pis olduğu üçün övladı Bərdə rayon Səttərxan küçəsində olan evlərində dünyaya gəlmişdir. Xeyli vaxtdır ki, cavabdehlə birgə yaşamır. Cavabdehdən övladına atalıq verməyini tələb etsə də, onun tələbinə məhəl qoymamışdır. Hətda Mediasiyaya müraciət etsə də, cavabdeh gəlməkdən imtina etmişdir. Həttta övladlarının doğum faktının müəyyən edilməsi üçün Bərdə rayon Qeydiyyat şövbəsinə də müraciət etmişdir. Ancaq məhkəməyə ərizə verməyini ona bildirmişdilər. Hesab edir ki, övladının doğum faktı müəyyən edilməli, cavadeh atalığını verməli və cavabdeh övladının saxlanılıb böyüdüb boya başa çatana kimi sabit məbləğdə aliment ödəməlidir. Cavadehin hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyə biləcəyinə inanır. İddiaçı Ərizəçi Eçin qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı Ərizəçi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs2 iddianı qismən qəbul edərək X5 adlı uşağın onun olduğunu və onun atalığını qəbul etdiyini, iddiaçı ilə ayrı yaşadığını, heç bir yerdə işləmədiyi üçün maddi imkanının aşağı olması səbəbindən hər ay uşağın saxlanması üçün 70-80 manat aliment verə biləcəyini bildirmiş və məhkəmədən iddiaçının iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etdi, həmçinin dedikləri ilə bağlı yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs1nə məlumat verilməsinə baxmayaraq sözügedən qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Əvvəlki məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X1 ifаdəsində göstərdi ki, ərizəçi onun qızıdır. Onun yazdıqlarını və dediklərini təsdiq edir və ərizənin təmin edilməsini xahiş edir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Maraqlı şəxs1 tərəfindən Ərizəçi Eçin qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-15-381/2023 nömrəli sorğuya cavabdan görünür ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər kabinetinin 145 saylı, xx.xx.2003- cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 6.2 və 6.7-ci bəndlərinə uyğun olaraq atalığın müəyyən edilməsi hər iki valideyinin iştirakı və razılığı ilə həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"-nın 1.8-ci bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı notariat qaydada təsdiq olunmuş etibarnamə əsasında aparıla bilər. Maraqlı şəxs1 onlara aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görür. İş materiallarında olan “Bərdə RMX”-nin Bərdə şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş tibbi arayışdan görünür ki, arayış verilir Bərdə rayon, Səttərxan küçəsində yaşayan Ərizəçi ondan ötrü ki, həqiqətən onun xx.xx.2018-ci il tarixdə anadan olmuş oğlan uşağı Abdullayev……… Fidan oğlu hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3885 nömrəli arayışdan görünür ki, Ərizəçi hal-hazırda Bərdə şəhəri, Səttərxan küçəsinda yaşayır. İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən Xanım İsayevaya ünvanlanmış sorğuya cavabdan görünür ki, Ərizəçi deməsinə görə onun Maraqlı şəxs2 ilə birgə yaşayışı dövründə dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü Abdullayev.......Fidan oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində Hakim Pediatr tərəfindən qeydiyyata götürüldü. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinə olundu və praktiki sağlam olması təsdiq edildi. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG1/MT007/2023-02398 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf yalnız Ərizəçidır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Ərizəçi 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 50 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə rayon Səttərxan küçəsi yaşadıqları evdə xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 doğum faktının müəyyən edilməsi, xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 cavabdeh Maraqlı şəxs2 atası olmasının müəyyən edilməsi, övladlarının saxlanılması üçün hər ay cavabdehdən 220 (iki yüz iyirmi) manat aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsinin (bundan sonra AM): 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 186-cı maddəsinə əsasən, ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. 187.1-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. 187.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir. 188-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, X2 xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs2 xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 atası olması müəyyən edilməlidir. Məhkəmə hazırki iş üzrə məhkəmə tibbi-genetik ekspertizanın aparılmasını tərəflər arasında uşağın atalığı və doğumu ilə bağlı hər hansı mübahisənin olmaması səbəbindən zərurət görmür. Bundan başqa, məhkəmə uşaq üçün alimentin tutulması ilə bağlı qeyd edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qərarın 8.12-ci bəndində göstərilmişdir ki, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, cаvаbdeh uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zаmаndа iddiаçının uşağına dа şamil olunur. Məhkəmə uşаğın sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni müzakirə edərkən uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və uşağa qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Bundan başqa Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır:
1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Hazırki ərizə xüsusi icraat qaydasına deyil, atanın sağ olması ilə bağlı iddia icraatı qaydasında verildiyindən məhkəmə uşağın doğulması faktını deyil, doğulması olaraq tələbi müəyyən etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə hesаb edir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 220 (iki yüz iyirmi) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, habelə uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, uşаğın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini və cavabdehin işləməməsi və maddi imkanının zəif olmasını nəzərə аlаrаq – xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Maraqlı şəxs2 hər ay bir uşağa 150 (bir yüz əlli) manat sabit pul məbləğində аliment tutularaq iddiaçıya verilməli, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı, aliment hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan alimentin məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edirlir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalı aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. MPM-in 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən, аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən alimentlə bağlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 45 manat məbləğində dövlət rüsumu cavabdeh Maraqlı şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi tərəfindən məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiа qismən təmin edilsin. X2 xx.xx.2018-ci ildə doğulmuş hesab edilməsi, cavabdeh Maraqlı şəxs2 xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 atası, Ərizəçi isə anası olması müəyyən edilsin. xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cаvаbdeh Maraqlı şəxs2 hər ay bir uşağa 150 (bir yüz əlli) mаnаt sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh Maraqlı şəxs2 45 manat dövlət rüsumu аlınаrаq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fuad Babaşov