Məhkəmə qərarları › İş №2(048)-467/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-467/2023

31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-467/2023 31.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisinin vəzivələrin icra edən X9 iştirakları ilə, Ərizəçi doğum və atalıq faktının etiraf edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 Lerik rayon Kuman kəndində anadan olması, həmin uşaqın atası Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1995-ci il tarixdə Lerik rayon Kuman kəndində anadan olmuşdur.2016-cı il tarixdə X12 ilə qeyri rəsmi olaraq ailə həyatı qurmuşlar.Faktiki nikahlarından üç övladları doğulmuşdur.Sonradan nikahlarını 06 iyul 2020-ci il tarixdə 37 sayla Maraqlı şəxsndə rəsmiləşdirmişlər.Övladlarından xx.xx.2019-cu il tarixdə X7 və xx.xx.2021-ci il tarixdə X5 doğum evində anadan olmuşdur.Onlar üçün doğum haqqında şəhadətnamə götürmüşdür.Lakin sonuncu övladı xx.xx.2017-ci il təvəllüdülü X11 ev şəraitində anadan olduğundan onun üçün doğum haqqımda şəhadətnamə almaq mümkün olmamışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də,doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubu verilmişlər. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılımasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X14 məhkəmə iclası zamanı Ərizəçi doğum faktının müəyyən edilməsi və atalığın etiraf edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 izahat verərək bildirdi ki, Lalə onun qızıdır.Həqiqətəndə Lalə 05 may 2017-ci il tarixdə Lerik rayonu Kuman kəndində ev şəraitində dünyaya gəlmişdir.Uşaq ev şəraitində doğulduğundan onun üçün doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəmə iclası zamanı X12 ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş 06 iyul 2020-ci il tarixli 37 saylı şəhadətnamədən görünür ki, tərəflər arasında Maraqlı şəxsndə bağlanmış nikah akt qeydi vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lerik Rayon X8 hüquqi şəxsi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli 19 saylı arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X11 24 oktyabr 2022-ci il tarixdə tibbi müayinədən keçirilmişdir.Müayinə vaxtı uşaq sağlamdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi 2016-ci ildə Lerik rayon Kuman kənd sakini X12 ilə faktiki olaraq evlənmişlər. Nikahlarını 06 iyuyl 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdülü X11, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüldü X5 adlı uşaqları anadan olmuşdur. xx.xx.2017-ci il təvəllüdülü X1 ev şəraitində anadan olmuşdur.Həmin uşağa doğum haqqında şəhadətnamə götürə bilməmişlər. Ərizəçi uşağa doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağın doğumu haqqında heç bir qeydiyyat aparılmadığından ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən edilməsi ərizəçiyə uşağa doğum haqqında şəhadətnamə almaq üçün zəruridir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübütların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə xx.xx.2017-ci il təvəllüdülü X6 xx.xx.2017-ci il tarixdə Lerik rayon Kuman kəndində doğulması faktı və həmin uşağın atasının Ərizəçi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X6 05 may 2017-ci il tarixdə Lerik rayon Kuman kəndində doğulması faktı və həmin uşağın atasının Ərizəçi olması faktı müəyyən edilsin. Uşağın adı «Lalə», soyadı «Məlikova», atasının adı «Seymur», anasının adı «Ayşən», valideynləri-atası Ərizəçi, anası X12, doğulduğu tarix «xx.xx.2017-ci il», doğulduğu yer «Lerik rayonu, Kuman kəndi» yazılmaqla müvafiq qeyd aparılsın. Ağayeva xx.xx.2017-ci il təvəllüdülü X6 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar