Məhkəmə qərarları › İş №2(039)-525/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-525/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-525/2021 11.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum və atalıq faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 doğulması faktının, eyni zamanda oğlu Orucun atasının mərhum əri X3 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, X3 ilə 2016-ci tarixdə ailə qurmuşdur. Nikahlarını xx xxxx 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. İkinci uşağı Mələk nikah bağladıqdan sonra doğulduğu üçün ona doğum haqqında şəhadətnamə almışlar. Lakin birinci uşağı Oruc rəsmi nikahdan əvvəl doğulduğu üçün şəhadətnamə alınmamışdır. Mərhum əri X3 xx xxxxxxx 2020-ci il tarixdə Tərtər- Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Bu səbəbdən ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən ərizəçiyə imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.2002-ci ildə anadan olub. AA seriyalı nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.1993-cü ildə anadan olub. Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ 397089 №li nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X7 arasında bağlanmış nikah 2020-ci ilin iyul ayının 01-ci günündə akt qeydləri kitabında 523 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bahadurzadə, arvada isə Bahadurzadə soyadı verilmişdir. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 2160 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci ildə anadan olmuş oğlan övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bərdə regional “Asan xidməti” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 132682 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2020-ci ildə vəfat etmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X8, X1 və X9 ifadələrində bildirmişdir ki, onlar ərizəçinin qohumu və qonşularıdır. Vüqar Bahadurzadə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Mərhumun ərizəçi ilə birgə nikahından Oruc və Mələk adlı uşaqları var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır; 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbyacan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax rayonu Malbinəsi kəndində ev şəraitində, xx.xx.2017-ci il tarixdə bir oğlan uşağı doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi uşağının adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Eyni zamanda işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, ərizəçinin qeyd olunan tarixdə doğduğu oğlan uşağı mərhum Vüqar Babazadə ilə faktiki nikah münasibətlərində olduğu zaman doğulmuşdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax rayonu Malbinəsi kəndində doğması və uşağın atasının xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 olması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2017-ci il tarixdə bir oğlan uşağını Yevlax rayonu Malbinəsi kəndində doğması və həmin oğlan uşağının atasının xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 olması faktı müəyyən edilsin. Bu qətnamə, doğum və atalıq faktı barədə akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar