Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3538/2025 13.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə Müəyyənetdim: İddiaçı məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1804/2024 saylı qətnaməsi ilə hər ay bir uşağın saxlanılması üçün müəyyən edilmiş 190 manat alimentin azaldılaraq 100 manat olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. İddia ərizəsinin yolverilməzliyindən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1804/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024cü il tarixdən başlayaraq cavabdeh X1 190 manat aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Alimentin məbləğinin müəyyən edilməsi barədə məhkəmə qətnaməsi olmasına baxmayaraq alimentin azaldılması barədə iddia tələbinin irəli sürülməsi yolveriləndir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı bu halda yeni əsasa istinad etməlidir. İddia ərizəsinin təsviriəsaslandırıcı hissəsinə əsasən yeni əsasa istinad müəyyən olunmur. İddiaçı azaldılma tələbini yalnız əmlak və gəlirlərinin olmaması, himayəsində azyaşlı övladının olması ilə əsaslandırmışdır. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-3538/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3538/2025
13.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver