Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3584/2021 03.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı Həmidova Çinarə Bulud qızının, Cavabdeh Qurbani Səxavət İsrəfil oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Qurbani Səxavət İsrəfil oğluna qarşı «aliment tələbinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həmidova Çinarə Bulud qızı cavabdeh Qurbani Səxavət İsrəfil oğluna qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsrəfil oğlundan hər ay 21 dekabr 2017-ci il təvəllüdlü X13 oğlu və 26 iyul 2021-ci il təvəllüdlü X17 qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 70 manat, cəmi 140 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh Qurbani Səxavət İsrəfil oğlu ilə 15 yanvar 2017-ci il tarixdə qeyri-rəsmi ailə qurub evlənmişdir, birgə yaşayış dövründə 21 dekabr 2017-ci il təvəllüdlü X13 oğlu və 26 iyul 2021-ci il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. Əvvəllər mehriban yaşasalarda son zamanlarda ailə münasibətləri pozulmuşdur və onlar xeyli vaxtdır ayrı yaşayırlar, həmin vaxtdan övladları ilə birlikdə valdeyinlərinin himayəsində yaşayır, belə ki, Qurbani Səxavət ilə ayrı yaşadıqları gündən bu vaxta qədər onlarla maraqlanmamış və onlara heç bir maddi yardım etməmişdir. Halhazırda o, övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir, Hazırda Respublikamızda hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Səxavət Qurbani ilə ailə münasibətləri pozulandan caavabdeh onlara baxmamamış heç bir yardım etməmişdir. Onun maddi imkanı olduqca çətindir, heç bir yerdə işləmir, heç bir yerdən gəliri yoxdur, övladlarının tələbatlarını ödəməkdə çətinlik çəkir, yəni cavabdeh 2017-ci il təvəllüdlü və 2021-ci il təvəllüdlü övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün azda olsa hər ay hər uuşaq üçün 70 manat, cəmi 140 manat məbləğində aliment ödəyə bilər. Cavabdeh Qurbani Səxavət İsrəfil oğlundan hər ay 21 dekabr 2017-ci il təvəllüdlü X13 oğlunun və 26 iyul 2021-ci il təvəllüdlü Qurbani Dəniz Səxavət qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat cəmi 140 manat məbləğində alimentin tutulub onun xeyrinə verilməsinə dair məhkəmə qətynaməsinə ehtiyacı var. Məhkəmə iclasında iddiaçı Həmidova Çinarə Bulud qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qurbani Səxavt isrəfil oğlu izahatında iddianı qəbuul edərək, hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş verilmiş AA ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həmidova Çinarə Bulud qızı xx xxxxxxx 2000-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra hakimiyyəti Bərdə şəhəri İnzibati Ərazi dairəsi üzrə nümayəndliyi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli 6082 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İV 052984 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qurbani İsrəfil Səxavət oğlu 21 dekabr 2017-ci ildə doğulmuşdur, atası Qurbani Səavət İsrəfil oğlu, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 601130 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qurbani Dəniz Səxavət qızı 26 iyul 2021-ci ildə doğulmuşdur, atası Qurbani Səavət İsrəfil oğlu, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 337293 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh İsrəfil oğlu X2 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ 415327 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh İsrəfil oğlu X3 atası hesab edilmişdir. İş materiallarında olan X9 iştirak edilməsi barədə arayışdan müəyyən olunur ki, tərəflər aliment tutulması barədə müraciət etmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı Həmidova Çinarə Bulud qızı və Qurbani Səxavət İsrəfil oğlu 2017-ci ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 21 dekabr 2017-ci il təvəllüdlü X13 oğlu və 26 iyul 2021-ci il təvəllüdlü Qurbani Dəniz Səxavət qızı adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, aralarında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqları iddiaçının himayəsində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməli, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını, iş üzrə cavabdehin iddianı qəbuul etməsini, uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 21 dekabr 2017-ci il təvəllüdlü X13 oğlunun və 26 iyul 2021-ci il təvəllüdlü Qurbani Dəniz Səxavət qızının yetkinlik yaşına çatana qədər hər ay hər uşağın saxlanılması üçün 70 (yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin uşaq üçün aliment tutulması ilə bağlı qeyd edir ki, həmin aliment 07 oktyabr 2021-ci il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 21 dekabr 2017-ci il təvəllüdlü X1 və 26 iyul 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni 07 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 70 (yetmiş) manat sabit pul məbləğində, cəmi 140 (yüz qırx) manat aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3584/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3584/2021
03.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver