Məhkəmə qərarları › İş №2(021)-3671/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3671/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3671/2025 13.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, Cəlilzadə Mehran Anar oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 nümayəndəsi İddiaçı1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçılar və ya İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya Cavabdeh1, Cavabdeh2) qarşı “Alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, vərəsəlik müqaviləsinin ləğv edilməsi və hər kəsin əmlakının özünə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2016-cı il tarixdə reyestrdə qeyd edilmiş **********187 4Ə-187 nömrə ilə və **********188 4 Ə-188 nömrə ilə reyestrlə vermiş olduqları Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində qeyd olunan ərizələrin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələblərini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Yenidaşkənd kəndində yaşayırlar. X12 Komissiyasının qərarı ilə onların ailəsinə 0.56 ha yaşayış təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində ev tikilmişdir. Yaşayış sahəsinin üzərində tikilən 3 otaqlı fərdi yaşayış evi 159.8 kv/m., yaşayış sahəsi 69.7 kv/m., yardımçı sahəsi 90.1 kv/m. olan fərdi yaşayış evini iddiaçılar İddiaçı1 qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 bağışlamışlar. Onların arasında şərtlər qoyulmuşdur ki, onlara məxsus əmlakı bağışladıqları üçün həmin əmlakın bazar qiymətindən aşağı ona və ailəsinə pul ödənişi etməlidirlər. Lakin illər ötdükcə başa düşmüşlər ki, Əkulə və Əsəd onları aldadırlar. Onların aralarında dəfələrlə mübahisələr baş vermiş, hər dəfə cavabdehlər onları yola vermişlər ki, ödəniş edəcəklər. Lakin cavabdehlər heç bir ödəniş etməmişlər. Onlar hədiyyə verdiklərinə görə çox peşmandırlar. Ona görədə xahiş edirlər ki, onların aralarında bağlanmış bağışlanma müqaviləsi etibarsız sayılsın. Əmlaklarının pulunu bu günə kimi cavabdehlərdən ala bilməmişlər. Cavabdehlər onların etibarını qazanaraq əmlaklarını ələ keçirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı və digər iddiaçılar İddiaçı2, X3 və İddiaçı3 nümayəndəsi İddiaçı1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək cavabdehlər İddiaçı1 və Cavabdeh1 ilə Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisində qeyd olunan vərəsəlik müqaviləsinin ləğv edilməsi, hər kəsin əmlakının özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehlər miras əmlakdan onların xeyrinə imtina etsə ona 40000 manat məbləğində pul verəcəklərini vəd etmiş, lakin bağışlama müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq cavabdehlər ona vəd etdikləri pulu verməmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, Atası vəfat etməmişdən əvvəl vəsiyyət etmişdir ki, evi bacısı Cavabdeh1 ilə aralarında bölsünlər. Bacısı Cavabdeh1 Türkiyə Respublikasında yaşayır. 2003-cü ildə böyük qardaşı İddiaçı1 Bərdə şəhərinə köçmüş, sonuncuya Güloğlular kəndində ev tikməsinə kömək etmişlər. Həbsdən çıxandan sonra iddiaçı ona icazə verməmişdir ki, torpağını 4000 (dörd min) manata satsın. Sonuncu ona 2800 (iki min səkkiz yüz) manat pul verərək torpağı ucuz qiymətə özü almışdır. İddiaçı qardaşı olduğundan ona heç nə deməmişdir. Bağışlama müqaviləsinin bağlanmasında iştirak etmiş, lakin iddiaçılara pul verilməsi ilə bağlı aralarında heç bir razılaşma olmamışdır. Rəsmi və ya qeyri-rəsmi şəkildə iddiaçılara pul verməyi öhdəsinə götürməmiş, aralarında pul söhbəti olmamışdır. Ümumiyyətlə, sözügedən bağışlama müqaviləsini hər hansı şərtlə bağlamamışlar. Hazırda da iddiaçının tələb etdiyi əmlak onun istifadəsindəir və həmin evdə ailəsi ilə birlikdə yaşayır. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X13 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı1 xx.xx.1971-ci ildə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Bərdə rayonu Yeni Daşkənd kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı2 xx.xx.1973-cü ildə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Bərdə rayonu Yeni Daşkənd kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı3 xx.xx.1996-cı ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Yeni Daşkənd kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı4 xx.xx.1993-cü ildə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Bərdə rayonu Yeni Daşkənd kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 194 nömrəli 18 avqust 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır. 17 fevral 2016-cı il tarixli 4Ə-187 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Hədiyyə verənlər- İddiaçı1, İddiaçı2, X7 və X1 rayonu Yenidaşkənd kəndində 0,56 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 159,8 kv.m., yaşayış sahəsi 69,7 kv.m., yardımçı sahəsi 90,1 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsini (hissələri) Hədiiyə alan- Cavabdeh2 mülkiyyətinə verir(lər): -Hədiyyə verən İddiaçı1 (tam hissə, 30,73 kv.m.) Hədiyyə alan Cavabdeh2; -Hədiyyə verən X7 (tam hissə, 0.023 ha) Hədiyyə alan Cavabdeh2; -Hədiyyə verən X4 (tam hissə, 0,07 ha) Hədiyyə alan Cavabdeh2; -Hədiyyə verən İddiaçı2 (tam hissə, 0,07 ha) Hədiyyə alan Cavabdeh2. 17 fevral 2016-cı il tarixli 4Ə-188 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Hədiyyə verənlər- İddiaçı1 və X2 rayonu Yenidaşkənd kəndində 0,56 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 159,8 kv.m., yaşayış sahəsi 69,7 kv.m., yardımçı sahəsi 90,1 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsini (hissələri) Hədiiyə alan- Cavabdeh1 mülkiyyətinə verir(lər): -Hədiyyə verən X7 (tam hissə, 0.047 ha) Hədiyyə alan Cavabdeh1; -Hədiyyə verən İddiaçı1 (tam hissə, 0.116 ha) Hədiyyə alan Cavabdeh1; -Hədiyyə verən İddiaçı1 (tam hissə, 22.53 kv.m.) Hədiyyə alan Cavabdeh1. 21 avqust 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 məhkmədə iddia qaldırılması üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, işin gerçək halları ilə müəyyən edilir ki, iddiaçılar mülkiyyətlərində olan Bərdə rayonu Yenidaşkənd kəndində 0,56 ha torpaq sahəsini və qeyd olunan torpaq sahəsində yerləşən ümumi sahəsi 159,8 kv.m., yaşayış sahəsi 69,7 kv.m., yardımçı sahəsi 90,1 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini 17 fevral 2016-cı il tarixli 4Ə-187 reyestr nömrəli və 17 fevral 2016-cı il tarixli 4Ə-188 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən cavabdehlərə bağışlamışlar. Bağışlama müqavilələri bağlanarkən həmin müqavilələrdə başqa öhdəliklər nəzərdə tutulmamış və ya qeyd edilməmişdir. Ümumiyyətlə, 17 fevral 2016-cı il tarixli 4Ə-187 reyestr nömrəli və 17 fevral 2016-cı il tarixli 4Ə-188 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrindən sözügedən bağışlama müqavilələrinin hər hansı şərtlə bağlanması müəyyən edilmir. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 əmlaklarının bağışlanması müqabilində cavabdehlərin onlara 40000 manat pul verəcəkləri barədə üzərlərinə öhdəlik götürdüklərini qeyd etsə də, məhkəmə iclasında Cavabdeh2 iddiaçının qeyd etdiyini təkzib edərək üzərlərinə heç bir öhdəlik götürmədiklərini bildirmişdir. İddiaçı1 əmlakın bağışlanması müqabilində cavabdehlərin onlara 40000 manat pul verəcəkləri ilə bağlı üzərlərinə öhdəlik götürmələri barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, bağışlama müqavilələri 17 fevral 2016-cı ildə bağlanmış, həmin vaxtdan 10 ilə yaxın bir müddət keçmişdir. Cavabdehlər daşınmaz əmlakın bağışlanması müqabilində iddiaçılara 40000 manat məbləğində pul verəcəkləri ilə bağlı üzərlərinə öhdəlik götürmüş olsaydılar,iddiaçılar həmin məbləği 10 ilə yaxın müddət keçdikdən sonra deyil, müqavilə bağlandıqdan qısa müddət sonra tələb edərdilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1 və 668.1.1-ci maddələrinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 17 fevral 2016-cı il tarixli 4Ə-187 reyestr nömrəli və 17 fevral 2016-cı il tarixli 4Ə-188 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələri qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmış, həmin müqavilələr tərəflərin iradələrini əks etdirmişdir. Müqavilələrin bağlanmasından 10 ilə yaxın bir müddət keçməsinə baxmayaraq müqavilələr mübahisələndirilməmiş, tərəflər arasında şəxsi narazılıqlar yarandıqdan sonra iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar iddia ərizələrində 17 fevral 2016-cı il tarixli 4Ə-187 reyestr nömrəli və 17 fevral 2016-cı il tarixli 4Ə-188 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrini mübahisələndirməli olduqları halda, xx.xx.2016-cı il tarixdə reyestrdə qeyd edilmiş **********187 4Ə-187 nömrə ilə və **********188 4 Ə-188 nömrə ilə reyestrlə verdikləri Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində qeyd olunan ərizələrin etibarsız hesab edilməsini, daha sonra isə əlavə olaraq cavabdehlər İddiaçı1 və Cavabdeh1 ilə Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisində qeyd olunan vərəsəlik müqaviləsinin ləğv edilməsini tələb etmişlər. Göründüyü kimi, iddiaçılar öz iddia tələblərini də qanunvericiliyin tələblərinə uyğun qaydada ifadə edə bilməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar ilə cavabdehlər arasında bağlanmış bağışlama müqavilələri qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanıldığından və iddiaçılar iddia tələblərinin təmin olunması üçün məhkəməyə mötəbər sübutlar təqdim etmədiklərindən iddia tələbi təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçılar öz iddia tələblərinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, vərəsəlik müqaviləsinin ləğv edilməsi və hər kəsin əmlakının özünə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar