Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3684/2024 11.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı Cavabdeh qarşı “uşaqların himayədə olmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “uşaqların himayədə olmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 onun himayəsində saxlanmalarının və onların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Çıraqova X1 rayonu, N.Gəncəvi prospektində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətandaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzrdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Cavabdeh qeydiyyat ünvanı Kəlbəcər rayonu, N.Gəncəvi olduğundan, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Kəlbəcər Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “uşaqların himayədə olmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 onun himayəsində saxlanmalarının və onların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat alimentin alınaraq ona ödənilməsi tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM:
1. İddiaçı Cavabdeh qarşı “uşaqların himayədə olmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim: Ziya Abdullayev