Məhkəmə qərarları › İş №2(021)-3733/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3733/2025

04.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3733/2025 04.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın öhdədə olma faktının müəyyən edilməsi” tələbinə dаir mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci il tarixdə ailə qurmuş, 06 aprel 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə nikahlarından iki övladları var: 11 mart 2007-ci il təvəllüdlü X2 və 04 iyun 2009-cu il təvəllüdlü X3. Cavabdeh ilə evləndikdən sonra onunla valideynlərinin Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən evində yaşamışlar və birgə təsərrüfat aparmışdırlar. Cavabdeh ilə əvvəllər mehriban yaşasalar da son vaxtlarda xasiyyətləri uyğun gəlməmiş, bir-birlərini anlamamışlar. Cavabdehlə ailə münasibətləri pozulduğundan Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli 2(021)-5089\2017 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2007-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində 175 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və birgə nikahlarından olan övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları Cavabdeh yanında saxlanılmışlar. Cavabdeh ilə nikahları pozulduqdandan sonra oğlu X3 müəyyən müddət cavabdehin yanında qaldıqdan sonra daha onunla yaşamaq istəməmiş və onun yanına gəlmişdir. Artıq neçə ildir onunla qalır və ona özü baxır. Cavabdeh uşağın tərbiyə və təhsili ilə maraqlanmır. Ona görə də uşağın ata qayğısına və nəvazişinə ehtiyacı var, yetkinlik yaşına çatmayan uşağın onun yanında qalıb böyüməsi onun mənafeyinə uyğundur. Ata kimi yetkinlik yaşına çatmayan uşağının onun himayəsinə verilməsini istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, nəvəsi X3 məhkəmə qətnaməsi ilə anasının himayəsinə verilməsinə baxmayaraq 8 aydır ki, Bərdə rayonunda ona məxsus evdə o və atası ilə birlikdə yaşayır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbinə etiraz edir. Məhkəmə qərarı ilə oğlu Saleh onun himayəsinə verilib. 8 ay əvvəl oğlu nənəsinin Bərdə rayonunda yerləşən evinə gedib. Atası Elnur Bakı şəhərində yaşayır və onun öz ailəsi var. Faktiki olaraq Saleh atası deyil, nənəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında xx.xx.2009-cu il təvəllüdlü X3 bildirdi ki, Bərdə rayonunda H.Aslanov küçəsində yaşayır. O, məhkəmə qətnaməsi ilə anasının himayəsinə verilib, 8 aya qədər anası ilə yaşayıb, 8 ay əvvəl isə nənəsinin yanına getmişdir. Atası Bakı şəhərində yaşayır. Onun öz ailəsi var. Atası toylarda operator işləyir. Faktiki olaraq nənəsi ilə yaşayır. Atasını 8 ay ərizndə 3-4 dəfə görmüşdür. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, şəxsin öhdədə olma faktının təsdiq olunması iddia icraatında deyil, xüsusi icraat qaydasında baxılmalı olduğu halda iddia icraatı qaydasında verilmiş və məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq iddiaçı tərəfindən nöqsanlar aradan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Beləliklə, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 manat dövlət rüsumu ona qaytarılmalıdır. İddiaçı ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüuquq izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ İddiaçı Cavabdeh qarşı “uşağın öhdədə olma faktının müəyyən edilməsi” tələbinə dаir mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar