Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3789/2021 08.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı «aliment» təəbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş 18 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi olaraq 16 noyabr 2011-ci i! tarixdə ailə qurmuş, birgə nikah dövründə 09 iyul 2012-ci il təvəllüdlü X4, 18 may 2014-cü il təvəllüdlü X5 və 18 may 2019-cu il təvəllüdlü X6 adlı 3 övladları anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da daha sonralar araarında yaranan narazıçılığa görə onlar cavabdehlə uzun müddətdir ki, ayrı yaşayırlar və rəsmi olaraq 26 yanvar 2017-ci il tarixdə ayrılmışlar. Daha sonra ailə münasibətlərini bərpa edərək qeyrirəsmi olaraq birlikdə yaşamışlar və birgə yaşayış dövründə 2019-cu il təvəllüdlü övladları anadan olmuşdur Hal-hazırda aralarında yaranmış narazıçılğa görə onlar ayrı yaşayır və həmin vaxtdan övladları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Zahid Əliyevlə 2017-ci il tarixdə ayrıldıqları zaman 2012-ci il təvəllüdlü və 2014-cü il təvəllüdlü az yaşlı övladları yetkinlik yaşına çatana kimi alimentin tutulması müəyyən olunmuşdur. Halhazırda o, övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək 09 iyul 2012ci il təvəllüdlü X1, 18 may 2014-cü il təvəllüdlü X2 və 18 may 2019-cu il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 2011-ci ildə iddiaçı ilə evlənmiş, birgə nikahlarından 3 uşaqları olmuşdur. Aralarında yaranan narazılıqlara görə 2016-cı ildə ayrılmışlar. Heç bir yerdə işləmədiyini, heç bir yerdən gəliri olmadığını qeyd edərək nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Laçın rayon Hacıxanlı kəndində anadan olmuşdur. Laçın rayon Hacıxanlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5971 saylı 01.10.2021-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş AZ-İİ № 923830 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, 09.07.2012-ci il təvəllüdlü Ülviyyə Əmiraslanovanın atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə edilmiş AZ-İİİ № 293735 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, 18.05.2014-cü il təvəllüdlü Zəhra Əmiraslanovanın atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 18 may 2019-cu il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 615820 saylı arayışdan görünür ki, 18 may 2019-cu il təvəllüdlü Nahid Əmiraslanovun atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)5235/2016 saylı 18 noyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 16 noyabr 2011-ci il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsində 769 nömrə ilə qeydə alınmış nikahın pozulması, 09 iyul 2012-ci il təvəllüdlü X1 və 18 may 2014-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması qət olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 254799 saylı çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra arvada Hümbətova soyadı verilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Republikası Mediasiya Şurası tərəfindən verilmiş 18.10.2021-ci il tarixli 02959 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, iddiaçı Mediasiya Şurasına müraciət etmiş, lakin mübahisə həll olunmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2011-ci ildə rəsmi ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflərarasında bağlanmış nikah pozulmuş, birgə nikah dövründə amanadan olmuş uşaqları 09 iyul 2012-ci il təvəllüdlü X4 və 18 may 2014-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılmışdır. Daha sonra tərəflər yenidən barışmış və qeydri-rəsmi bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövrdə 18 may 2019-cu il təvəllüdlü X6 adlı bir uşaqları anadan olmuşdur. Tərəflər arasında münasibət yenidən pislşmiş və ayrılmışlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə muqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların umumi otra təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil muəssisəsinin və təhsil formasını seçmək huququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq huququna malikdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların anasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə hər ay hər uşağa 100 manat alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olmasını, iddiaçı tərəfindən cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməməsini nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş 09 iyul 2012-ci il təvəllüdlü X1, 18 may 2014-cü il təvəllüdlü X2 və 18 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Məhkəmə hesab edir ki, aliment məhkəməyə müraciət edildiyi, yəni 21.01.2021-ci il tarixdən tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 09 iyul 2012-ci il təvəllüdlü X1, 18 may 2014-cü il təvəllüdlü X2 və 18 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni 03.11.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3789/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3789/2021
08.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver