Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-38/2022 29.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X14 oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 370.45 manat məbləğində sığorta ödənişinin, 20.40 manat məbləğində dövlət rüsumunun və 7,00 manat məbləğində notariat xərcinin, 375,85 manat məbləğində pulun cavabdehlər Cavabdeh və X4 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.03.2009-cu il tarixində, Bərdə şəhəri, Bakı küçəsi X9 məxsus “VAZ2101” markalı , ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bərdə rayon Polis şöbəsinin arayışına, AR DİN BDYP–nin 242682 saylı protokoluna və Bərdə rayon məhkəməsinin 29 mart 2009-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, “VAZ 2101” markalı , ** BB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və İnzibati Xətalar Məcəlləsinin 152.2.3cü maddəsinə əsasən, 10 gün həbs edilməsi nəzərdə tutulmuşdur. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar olaraq , cəmiyyətimiz tərəfindən 800,45 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh 2010-cu ildə həmin məbləğin 360,00 manat, 2011-ci ildə 700 manat məbləğini geri ödəmiş, qalan 370.45 manat məbləğin geri ödənilməsindən qərəzli şəkildə yayınmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Xankişiyev Tariyel İfrahil oğlu məhkəməyə ərizə göndərərək, onun iştirakı olmadan işə baxılaraq qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, digər cavabdeh X11 05.12.2017-cü il tarixdə vəfat etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 14 aprel 2009-cu il tarixli 101/2009—CM-080/2009 saylı Sığorta Aktından görünür ki, 18.03.2009-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığorta etdirən ( sığortalı ) X5 məxsus “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1202 manat məbəğində müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş 31.03.2009-cu il tarixli Zərər Aktından görünür ki, X5 məxsus “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün yekun olaraq 1202 manat məbləğində hesablanmışdır. Mülki işə əlavə edilmiş Nəqliyyat Vasitələrinin Kompleks Sığortası Şəhadətnaməsindən görünür ki, "xxxx" ASC ilə X10 30.05.2008-ci il tarixdən 30.05.2011ci il tarixədək “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə sığorta dəyəti 13000 ABŞ dolları, sığorta məbləği 13000 ABŞ məbləğində sığorta müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş 21.04.2009-cu il tarixli Ödəniş tapşırığından görünür ki, 14 aprel 2009-cu il tarixli 101/2009—CM-080/2009 saylı akta əsasən "xxxx" ASC tərəfindən X5 800.45 manat ödəniş edilmişdir. Mülki işə əlavə edilmiş 31.03.2009-cu il tarixli Arayışdan görünür ki, 18.03.2009-cu il tarixdə saat 01:15 radələrində Bərdə şəhəri Bakı küçəsində “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Mülki işə əlavə edilmiş DİN Baş Dövlət ol Polis İdarəsi tərəfindən tərtib edilmiş 242682 saylı Protokoldan görünür ki, “VAZ2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 18.03.2009-cu il tarixdə saat 01:15 radələrində Bərdə şəhəri Bakı küçəsində avtomobili yüksək sürətlə idarə edərkən arşdn gələn avtomobilin yoluna çıxmış və toqquşmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 29.03.2009-cu il tarixli qərarınan görünür ki, X8 Azərbaycan Respublikasının İXM-in 152.2.3-cü maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə həbs edilmişdir. Mülki işə əlavə edilmiş AB №148290 nömrəli Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. Mülki işə əlavə edilmiş Ağcabədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş №05/76- 769/69 nömrəli 07.10.2019-cu il tarixli Çıxarışdan görünür ki, X11 01.12.2017-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş 29.07.2019-cu il tarili mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 20.40 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 18.03.2009-cu il tarixində, Bərdə şəhəri, Bakı küçəsində X9 məxsus “VAZ2101” markalı , ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bərdə rayon Polis şöbəsinin arayışına, AR DİN BDYP–nin 242682 saylı protokoluna və Bərdə rayon məhkəməsinin 29 mart 2009-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, “VAZ 2101” markalı , ** BB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və İnzibati Xətalar Məcəlləsinin 152.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar olaraq, iddiaçı tərəfindən 800,45 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6- cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən «icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəsini iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, iddiaçı zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən onun cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi X9 münasibətdə təmin oluna bilməz. Belə ki, X11 05.12.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı qeyri-peşəkar formada iddia ərizəsi irəli sürərək vəfat etmiş şəxsdən borcun tutulmasını istəyib. Bunun üçün iddiaçı vəfat etmiş şəxsin vərəsələrini müəyyən edib məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Beləliklə maddənin məzmunundan görünür ki, iddia ərizəsi məhkəməyə daxil olmamışdan əvvəl digər cavabdeh X11 vəfat etmişdir. Bu da o anlama gəlir ki, məhkəmə tərəfindən onun hüquqi varisləri müəyyən edilə bilməz. Bu vəzifə iddiaçının üzərinə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı). Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi 7 manat məbləğində notariat xərci hissəsində də təmin oluna bilməz. Belə ki, iddiaçı notariat xərci ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh 370.45 manat pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyindən iddia təmin olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 370.45 (üç yüz yetmiş manat qırx beş qəpik) manat sığorta hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-38/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-38/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver