Məhkəmə qərarları › İş №2(021)-3912/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3912/2023

03.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3912/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə və üçüncü şəxs Unibank KB ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi ” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinin 17905 saylı xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi və məhkəmədə iddia icraatı qaydasında baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinin 17905 saylı xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi və iddia icraatı qaydasında baxılaraq qərar qəbul olunması xahiş olunmuş, tərəflər kimi iddiaçı və cavabdeh qeyd olunmuşdur. MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanuna əsasən icra sənədi üzrə icraatda tərəflər tələbkar və borcludur. Beləliklə sözügedən icra sənədi üzrə borclu İddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununun tələblərinə uyğun olmayan formada tərtib edilmişdir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə və üçüncü şəxs Unibank KB ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə və üçüncü şəxs Unibank KB ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 100 (bir yüz )manat geri qayatrılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar