Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-398/2022 10.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 , Cavabdeh, nümayəndəsi və vəkili Vəkil1, Bərdə rayon Təhsil Şöbəsinin metodisti X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "uşağın himayədə saxlanması" tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşayış dövründə anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2008-ci il tarixində Cavabdeh ilə faktiki ailə qurmuş, xx.xx.2009-cu il tarixdə oğlu X10, xx.xx.2011-ci il tarixdə qızı X6, xx.xx.2014-cü il tarixində isə qızı X8 anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da, sonralar cavabdehin ona və uşaqlara münasibəti dəyişmiş, ona xəyanət etmiş, dəfələrlə evdən qaçmışdır. Uşaqları fikirləşməmiş, onlara qayğı göstərməmiş, yemək bişirməmiş, evdə səliqə yaratmamış, bütün gün telefon əlində olmuş, kimlərləsə də yazışmış, onlara sevgi mesajları göndərmişdir. Onun bu hərəkətlərini uşaqlar da görmüş, uşaqların sağlamlığı, təhsili qətiyyən onu maraqlandırmamışdır. Sonuncu dəfə cavabdeh yenə də uşaqları evdə qoyub çıxıb getmiş, bir neçə aydan sonra zorla ona məxsus evə girmiş, çıxmayacağını bildirmişdir. Hazırda yarım ildən çoxdur ki, uşaqlardan Kamal və Səfiyyə onun himayəsindədir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyi bildirərək, uşaqların onun himayəsinə verilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında xx.xx.2009-cu il təvəllüdlü X10 metodist-psixoloq X3 iştirakı ilə ifadəsində bildirdi ki, o, bacısı və atası ilə birlikdə başqa evdə yaşayırlar. Bacısı Müjgan isə anası ilə birlikdə yaşayır. Atası ilə qalacağını qəti şəkildə bildirdi. Məhkəmə iclasında xx.xx.2011-ci il təvəllüdlü X6 metodist-psixoloq X3 iştirakı ilə ifadəsində bildirdi ki, qardaşı ilə birgə atasının yanında yaşayırlar. Bacıları Müjgan analarının yanında qalır. Atası ilə qalacağını qəti şəkildə bildirdi. Məhkəmə iclasında xx.xx.2014-cü il təvəllüdlü X8 metodist-psixoloq X3 iştirakı ilə ifadəsində bildirdi ki, anası ilə birlikdə yaşayır. Yaşı az olduğundan dəqiq fikir bildirə bilmədi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 10810672 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdir. ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AZE № 11554257 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdir. ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AZE № 10810671 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdir. ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş DİN-in BPQMİ-NİN MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bərdə rayon Həsənqaya kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 143 saylı İstismar Sahəsinin 76 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 143 saylı İstismar Sahəsinin 91 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatsız yaşayır. Mülki işə əlavə edilmiş 11 aprel 2022-ci il tarixli istehsalat xasiyyətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən McDONALDs Azərbaycan QSC restoranında briqada üzvü vəzifəsində işləyir. İşlədiyi dövr ərzində komandasının və iş yoldaşları arasında hörmət qazanmış, heç bir daxili nizam-intizam qaydasını pozmamışdır. Daima nümunəvi işçi kimi hər zaman diqqəti cəlb etmişdir. Mülki işə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2014-cü il təvəllüdlü X8 barəsində psixoloji rəyində qeyd olunmuşdur ki, xx.xx.2014-cü il təvəllüdlü X8 ilə söhbət aparıldı. Müjgan ağıllı və mülayim təbiətlidir, hərəkətlərində aqressivlik yoxdur. O, valideynlərinin ayrı yaşadıqlarını, bacı-qardaşının atası, özünün isə anası ilə qaldığını bildirdi. O, hər iki valideynini çox sevdiyini, atası və bacı-qardaşı ilə həftə sonları görüşdüyünü vurğuladı. Müjgan valideynlərini çox sevsə də, anasının yanında qalmaq, atası ilə də görüşmək istədiyini söylədi.Uşaqla söhbət zamanı onda heç bir travmatik hal müşahidə edilmədi, psixoloji vəziyyəti normal idi. Mülki işə əlavə edilmiş 20 may 2022-ci il tarixli müayinə aktından görünür ki, Bərdə Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(021)-398/22 saylı qərardadına əsasən ünvan 4 və ünvan 3 ünvanlarında müayinə aparılmışdır. Məlum olmuşdur ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olsa da, faktiki ünvan 4 ünvanında 2 övladı- xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 ilə birlikdə müvəqqəti kirayədə yaşayır. Mənzil 3 otaqdan ibarətdir, orta təmirlidir, kommunal şəraiti qənaətbəxşdir. Burada uşaqların yaşaması və istirahət etməsi üçün şərait vardır. İddiaçı müvəqqəti kirayədə yaşadığından qonşularla əlaqəsi olmadığını bildirmiş, ona görə də mənzilə baxış zamanı onların dəvət olunması məqsədəuyğun hesab edilməmişdir. Həmçinin məlum olmuşdur ki, Cavabdeh Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olsa da, faktiki ünvan 3 ünvanında xx.xx.2014-cü il təvəllüdlü övladı X8 ilə birlikdə yaşayır. Əri İddiaçı adına olan mənzil 4 otaqdan ibarətdir, 86.8 kv.metr ümumi, o cümlədən 63.0 kv.metr yaşayış və 23.8 kv.metr yardımçı sahəyə malikdir, orta təmirlidir, kommunal şəraiti qənaətbəxşdir. Burada uşaqların yaşaması və istirahət etməsi üçün şərait vardır.Mənzilə baxış zamanı qonşular evdə olmadığından, onların dəvət edilməsi mümkün olmamışdır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(021)- 398/22 saylı qərardadı ilə əlaqədar Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyasının xx.xx.2022-ciil tarixli rəyindən görünür ki: Müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri Nizami rayonu, 1.Məmmədov küçəsi, ev 2/4, mənzil 40 qeydiyyatda olsa da, faktiki ünvan 4 ünvanında 2 övladı- xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 ilə birlikdə müvəqqəti kirayədə yaşayır. Mənzil 3 otaqdan ibarətdir, orta təmirlidir, kommunal şəraiti qənaətbəxşdir. Burada uşaqların yaşaması və istirahət etməsi üçün şərait vardır. İddiaçı izahatında A.Y. Seyidovanın sosial şəbəkələrdə ailə tərbiyəsinə uyğun olmayan videolar paylaşdığını, əxlaqsız rəfiqələri ilə əlaqə saxladığını, o, belə işlərə etirazını bildirsə də cavabdehin ona məhəl qoymadığını qeyd etmişdir. O, A.Y. Seyidovanın əsəblərinin yerində olmadığını, özəl tibb müəssisəsində müalicə alsa da faydasının olmadığını, 3 övladını qoyaraq evi tərk etdiyini, 4 aya yaxın övladlarına tək baxdığını, uşaqları anaları tərəfindən dəfələrlə şiddət gördüklərinə görə onu istəmədiklərini bildirmişdir. Bir müddət keçdikdən sonra barışsalar da, onun yenidən əxlaqsız, qadına yaraşmayan hərəkətlərlə məşğul olduğunu, sübut etdikdən sonra isə Cavabdeh yenidən evi tərk etdiyini, uzun müddət keçdikdən sonra evə qayıdaraq "məni bu evdən heç kim çıxara bilməz”,- deyə təkid etdiyini vurğulamışdır. İddiaçı evdə olan münaqişələrin, sözsöhbətlərin kəsilmədiyindən bezdiyini, başqa evdə yaşamağa getdiyini, bir müddət keçdikdən sonra isə evə qayıdaraq övladları Kamal və Səfiyyəni də özü ilə yaşadığı evə apardığını vurğulamış, uşaqlarının da analarını istəmədiklərini, ona görə də övladlarının onun himayəsində qalmasına köməklik göstərilməsi üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. O, Bərdə Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(021)-438/2022 saylı qətnaməsi ilə Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 5 ünvanından çıxarılması haqqında qərar qəbul edildiyini diqqətə çatdıraraq nəzərə alınmasını komissiyadan xahiş etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh qizi Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olsa da, faktiki ünvan 6 ünvanında xx.xx.2014-cü il təvəllüdlü övladı X8 ilə birlikdə yaşayır. Əri İddiaçı adına olan mənzil 4 otaqdan ibarətdir, 86.8 kv.metr ümumu, o cümlədən 63.0 kv.metr yaşayış və 23.8 kv.metr yardımçı sahəyə malikdir, orta təmirlidir, kommunal şəraiti qənaətbəxşdir. Burada uşaqların yaşaması vƏ istirahət etməsi üçün şərait vardır. Məlum olmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən "xxxx" QSC restoranında briqada üzvü vəzifəsində işləyir və barəsində verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunur. O, izahatında 2021-ci ilin avqust ayından övladları Kamal və Səfiyyənin ataları ilə bilikdə yaşadıqlarını, E.K. Orucovun uşaqları ondan xəbərsiz başqa məktəbə keçirdiyini vurğulayaraq, övladlarının ona qaytarılmasına köməklik göstərilməsini komissiyadan xahiş etmişdir. Məsələ ilə bağlı yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2011ci il təvəllüdlü X6 ilə söhbət aparılmış, fikirləri öyrənilmiş, izahatları alınmış, xx.xx.2014-cü il təvəllüdlü X8 barəsində psixoloji rəy verilmişdir. X10 izahatında 8 N-li məktəbin 7-ci sinfində oxuduğunu, valideynlərinin boşanma ərəfəsində olduğunu, o, bacısı Səfiyyə ilə birlikdə atası ilə başqa mənzildə yaşadıqlarını, atasını çox sevdiyini, boşanmadan sonra atası ilə qalmaq, lakin həftədə bir dəfə anası ilə görüşmək istədiyini bildirmişdir. X1 da 8 N-li məktəbin 5-ci sinfində oxuduğunu, valideynlərinin boşanma ərəfəsində olduğunu, o, qardaşı ilə birlikdə atası ilə qaldığını, bacısı Müjganın isə anası ilə yaşadığını qeyd edərək, atasını daha çox sevdiyini və boşanma olarsa, atasını seçəcəyini bildirmişdir (surəti əlavə olunur). Psixoloq tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X8 ilə də söhbət aparılmış və barəsində psixoloji rəy verilmişdir. Rəydə onun mülayim təbiətli və ağıllı olduğu, hazırda valideynlərinin ayrı yaşadıqlarını, bacı və qardaşının atası ilə, özünün isə anası ilə qaldığını bildirdiyi qeyd olunmuşdur. O, valideynlərini çox sevsə də, anası ilə qalmaq arzusunda olduğunu bildirmişdir. Söhbət zamanı uşaqlarda hər hansı bir travmatik halın aşkar edilmədiyi, onların psixoloji vəziyyətinin normal olduğu qeyd edilmişdir (surəti əlavə olunur). Komissiya yuxarıda şərh olunanları, habelə yetkinlik yaşına çatmayanların mənafeyini və onların fikrini nəzərə alaraq, Kamal və Səfiyyənin ataları İddiaçı himayəsinə, Müjganın isə anası Cavabdeh himayəsinə verilməsini məqsədəuyğun saymış, hər iki valideynin övladları ilə ünsiyyət hüquqlarının təmin olunmasını onlar arasında yaranmış mübahisənin ədalətli həlli hesab etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu, L.Məmmədov küçəsi, ev 2/4, 40 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 1969 nömrəli reyestr kitabının 181895 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər qeyri-rəsmi olaraq ailə qurmuş və birgə yaşayış dövründən 3 uşaqları vardır Tərəflərin ailə münasibətləri pozulduğuna görə hazırda ayrı yaşayırlar. Uşaqlardan xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 atalarının himayəsində, xx.xx.2014-cü il təvəllüdlü X8 anasının yanında yaşayır. Hər iki tərəf hər üç uşağın himayəsini tələb edir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə muqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların umumi otra təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil muəssisəsinin və təhsil formasını seçmək huququna malikdirlər. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın rəyi, 10 yaşına çatmış uşaqların fikri, 8 yaşlı- xx.xx.2014-cü il təvəllüdlü X4 azyaşlı olmasını, ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olmasını, nəzərə alınaraq xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X6 ataları İddiaçı himayəsində, xx.xx.2014-cü il təvəllüdlü X8 anası Cavabdeh himayəsində saxlanılmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların anasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "uşağın himayədə saxlanması" tələbinə dair iddiası qismən təmin olunsun. xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 ataları İddiaçı himayəsində saxlanılsın. xx.xx.2014-cü il təvəllüdlü X8 anası Cavabdeh himayəsində saxlanılsın. İş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-398/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-398/2022
10.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver