Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4164/2024 12.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Miryusifli Mirhaşim Ağa oğlunun katibliyi , İddiaçı və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 avqust 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat məbləğində alimentin və övladının 3 yaşına çatana qədər onun saxlanılması üçün də 100 manat alimentin Cavabdeh alimentin tutulub onun xeyrinə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili X3 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mülki iş aidiyyatı üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən olundu ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair Ağdam Rayon Məhkəməsinin icraatında hal-hazırda 2(013)3100/2024 saylı mülki iş vardır və həmin mülki iş Ağdam Rayon Məhkəməsinin icraatına İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmamışdan əvvəl qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsində göstərilir ki, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsində göstərilir ki, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(021)-4164/2024 saylı mülki baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 43-cü maddəsinin tələbini əldə rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(021)-4164/2024 saylı mülki iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-4164/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4164/2024
12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver