Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4167/2023 30.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzinə və üçüncü şəxs "xxxx" X3 Səhmdar Cəmiyyətinə qarşı Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun 17905 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib Müəyyən etdim: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun 17905 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin ləğv edilməsi və məhkəmədə iddia icraatıə qaydasında baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər İddiaçı nümayəndəsi (vəkili) X2 məhkəməyə ərizə verərək ərizəsinin icraata qəbul etmədən sənədlərinin özünə geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 152.1.9-cu maddəsinə görə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən hesab edirəm ki, İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzinə və üçüncü şəxs "xxxx" X3 Səhmdar Cəmiyyətinə qarşı Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun 17905 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzinə və üçüncü şəxs "xxxx" X3 Səhmdar Cəmiyyətinə qarşı Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun 17905 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin ləğv edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-4167/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4167/2023
30.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver