Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-419/2024 23.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, Üçüncü şəxs X9 ASC nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X14 Xidmət Mərkəzi Notariat ofisinə və üçüncü şəxs X9 ASC-yə qarşı “17905 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17905 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi və məhkəmədə iddia icraatı qaydasında baxılaraq qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, X14 Xidmət Mərkəzində Notariat Ofisinin xususi notariusu X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İcra qeydinə əsasən İpoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan ünvan 1 ünvanlı Unibank KB ASC tələbi ilə ünvan 2oteka qoyana, yəni ona məxsus ipoteka predmeti olan Bərdə şəhəri Gəncə küçəsində Bərdə-Tərtər yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasında 20.503,53 manat əsas borc, 3312.78 manat faiz borcu,1335.16 manat dəbbə pulu olmaqla, cəmi 25.151,47 manat borc üzrə tutma yönəldilməsi qeyd olunmuşdur. Hesab edir ki, X14 xidmət mərkəzində notariat ofisinin xususi notariusu X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Belə ki, icra qeydinin verilməsindən yeni xəbəri olmuşdur. Uzun zamandır ki, sahibkarlıqla məşğul olurmuş. Ona görə də, məhkəmədən 17905 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X.İsayeva iddia icra qeydinin ləğvini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X10 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında uçüncü şəxs X9 ASC nümayəndəsi X8 bildirdi ki, Unibank KB ASC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli bildirişlər göndərilərək, borcun 20 gün müdətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıqlar edilmişdir. Həmin bildirişlər Sürətli Poçt Xidməti tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. İddiaçı tərəfindən mübahisələndirilmədiyindən Unibank KB ASC-nin tələbi ilə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli İcra Qeydinə əsasən ipoteka qoyan İddiaçı məxsus ipoteka predmetinə yönəldilmişdir. İpoteka predmeti ilə bağlı artıq hərrac keçirilmişdir. İddiaçının məqsədi işi yubatmaqdır. İddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh X14 Xidmət mərkəzinin nümayəndəsi məhkəməyə ərizə göndədərərək, iştirakı olmadan işə baxılmasını və qanunamüvafiq qərara qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1955-ci il tarixdə Bərdə rayonu Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə şəhəri Gəncə küçəsi ev 77-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Bərdə rayonu İHB Bərdə şəhəri İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarxili 1057 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Bərdə şəhəri Gəncə küçəsi 77 nömrəli evədə yaşayır. Mülki iş materiallarına əlavə olunmuş İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli İcra Qeydinin surətindən görünür ki, Unibank KB ASC-nin tələbi ilə ipoteka qoyan ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı oğluna məxsus ipoteka predmeti olan Bərdə rayonu Bərdə-Tərtər yolunun sol tərəfində yerləşən qeyriyaşayış binası ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 20503.53 AZN əsas borc,3312.78 AZN faiz borcu,1335.16 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 25151.47 AZN təşkil etmişdir). Mülki iş materiallarına əlavə olunmuş AZ-İİ 977700 nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən X7 etibarnamə verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş etibarnamədən görünür ki, X4 Unibank KB ASC tərəfindən tələb olunan sənədlərin imzalanması və məhkəmələrdə nümayəndə olma səlahiyyətləri verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022- cil tarixli bildirişdən görünür ki, borclu İddiaçı Unibank KB ASC tərəfindən xx.xx.2020-ci il tarixli, 704micBRD/20 saylı əsas və xx.xx.2021-ci il tarxili, 305micBRD/21 saylı əlavə kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 21 gün müdətində ödənilmədiyi halda tutmanının ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022- cil tarixli bildirişdən görünür ki, borclu İddiaçı Unibank KB ASC tərəfindən xx.xx.2020-ci il tarixli, 704micBRD/20 saylı əsas və xx.xx.2021-ci il tarxili, 305micBRD/21 saylı əlavə kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Sürətli Poçt xidmətinin sənədlərinin surətindən görünür ki, Bərdə rayon Gəncə küçəsi ev 77 ünvanına İddiaçı ünvanlanmış poçt göndərişləri 18 iyul 2022-ci il tarixində qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Unibank KB ASC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli bildirişlər göndərilərək, xx.xx.2020-ci il tarixli, 704micBRD/20 saylı əsas və xx.xx.2021-ci il tarxili, 305micBRD/21 saylı əlavə kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıqlar edilmişdir. Həmin bildirişlər Sürətli Poçt Xidməti tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. İddiaçı tərəfindən 20 gün müddətində mübahisələndirilmədiyindən Unibank KB ASC-nin tələbi ilə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli İcra Qeydinə əsasən ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bərdə rayonu Bərdə tərtər yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir (Öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 20503.53 AZN əsas borc,3312.78 AZN faiz borcu,1335.16 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 25151.47 AZN təşkil etmişdir). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Həmin Qərara əsasən: 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Qeyd. Tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır. X13 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədr əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məkkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh X14 Xidmət Mərkəzi Notariat ofisinə qarşı “17905 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin ləğv edilməsi” tələbi təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X14 Xidmət Mərkəzi Notariat ofisinə və üçüncü şəxs X9 ASC-yə qarşı “17905 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-419/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-419/2024
23.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver