Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-427/2023 28.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, vəkili və nümayəndəsi X10 iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı cehiz əşyalarının boşaldılması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X11 qarşı əmlak tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bərdə rayonu Qazıqurdalı kəndi ərazisində yerləşən ona məxsus evdən cehiz əşyalarının çıxarılması və boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X6 qızıl zinət əşyalarının, geyim əşyalarının və ya onların dəyərinin 5590 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağdərə rayonundan məcburi köçkündür, ünvan 1ində müvəqqəti məskunlaşmışdır, Qarabağ veteranıdır, hal-hazırda səhhətində çox ciddi problemlər var. Oğlu X1 Sevər Ramiz qızı ilə qeyri rəsmi ailə qurmuşlar, onun gəlinin cehiz əşyaları oğlunun evi olmadığı üçün onun evində yerləşdirilmişdir. Onun oğlu və gəlini ilə sözünün düz gəlmədiyi üçün cehiz əşyalarının çıxarılmasını istəyir, çünki onu yerdə xəstə qoyub Bakıda özləri üçün kef çəkirlər. Cavabdehin təcili olaraq onun mülkiyyətindən cehiz əşyalarının çıxrılmasını xahiş edir, onların sözü düz gəlmir, evini zanit edir, ona görə də məhkəmədən xahiş edir ki, onun evində bu adda cehiz əşyalarını Cavabdeh təhvil alıb çıxarsın: döşək-5-tək-1 qosa, yorğan-5- tək-1-qosa, döşək -2- balaca,yastıq -6 -ədəd – böyük, yastıq 6 - ədəd- uzun, yastıq -6-ədəd-balaca, yastıq-yun- 2- ədəd-uzun, yorğan-4-ədəd-silikon, odeyal 3 ədəəd, yun, 1 ədəd ağ, divan-örtüyü 2-dəst, xalça -1+2 - orta+2 –balaca, kukla-4 -ədəd, əl - üz - məhrəba - 5 qutu, çxol 1 qutu, pərdə-4-tül-3-ədəd, televizor-1- ədəd, tufofka-1-ədəd, yemək isidən -1 -ədəd, tozsoran-1-adəd, ət maşını-1-ədəd, sok cəkən-1-ədəd, qazan dəsti- 2 - ədəd, tok smovarı -1-ədəd, ütü 1-ədəd, miksel 1-ədəd, çaynik dəsti 1-1- ədəd, badnus dəsti -1 -ədəd, tort qabi-1-ədəd, termus-1-ədəd, çaynik-1 ədəd, çay servis -3 ədəd, rumka-6-ədəd, bakal-6-adəd, rumka-6-ədəd, meyvə qabı 2+1 böyük, böyük stəkan+6+6+6, balaca stəkan+6+6, vedirə 2 -şirəli, çaynik 1-ədəd, güldan 1 -ədəd, vaz 1 ədəd-böyük, vaz 3-gözlü, bıcaq-dəsti, qənd qabı-4-ədəd, meyvə qabı-2-ədəd, karopka - 3 qab- qacaq, karopka -qaşıq- biçaq, çəngəl - çömçə,1 karopkakisələr, 1 karopka- qab- qacaq, qazan 1-yekə-1-balaca, 1-sirəli-ləyən, 1-dəmir-ləyən, 4- kapron ləyənçə, tərəcə - kartof – soğan, 1-sandıq-içi dolu məhrəba çxol, ütü stolu -1 - ədəd, mebellər: şifoner - 1 -ədəd,qoşa yataq - 1- ədəd, tumbuşqa -2 -ədəd, termo- 1-ədəd, servant-1-ədəd, divan künclük - 6 ədəd – yastiq, tək yataq -1 -ədəd. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onuunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə ona qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair iddia ərizə ilə müraciət etmişdir. O, cavabdehin X2 ilə 26 mart 2022-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə yaşayış dövründən övladları anadan olmamışdır. Qısa müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların aramızda olan münasibətlər pisləşməyə başlayıbdır. Hal-hazırda onlar ayrı yaşayırlar. Onun evdən çıxıb getməsinin səbəbi isə cavabdehin onu evə qoymamağıdır. Belə ki, cavabdehin oğlu ilə 2022-ci il tarixdə el adədi ilə toy edib ailə həyatı qurduqları zaman toy zamanı hədiyyə kimi qızıl-zinət əşyaları və valideynləri tərəfindən ona cehiz əşyaları verilmişdir. Aralarında yaranmış narazılığa görə həyat yoldaşımın evindən valideynlərinin evinə gəldiyi zaman cehiz əşyaları və qızıl-zinət əşyalarını cavabdeh qaynatası İddiaçı məxsus olan fərdi yaşayış evindən götürməmişdir. Hal-hazırda cehiz əşyalarına dair İddiaçı iddia qaldırmış, lakin qızıl-zinət əşyalarının verilməsinə dair ərizədə heç bir yazı yazılmamışdır. X23 qəzaya uğradığı zaman o, haray üçün valideynlərinin evə getmişdr. Valideynlərinin yanına getdiyi zaman isə evdən bir başa çıxıb getməmişdir. O, zaman isə qızıl-zinət əşyaları üzərində olmamışdır. Daha sonra evə qayıtmaq istədiyi zaman həyat yoldaşı və onun valideynləri onu evlərinə aparmaq istəməyiblər və ayrılmaq istədiklərini bildiriblər. Hal-hazırda cavabdeh İddiaçı cehiz əşyalarının evdən çıxarılmasını bilirmişdir, onun onların evində qalmış qızıl-zinət əşyalarını da tələb edir. Qızıl-zinət əşyaları hər zaman qaynanası Qəmər Kərimova və qaynatası İddiaçı olurdu. Harasa gedəndə ona taxmağa belə vermiyiblər. Hazırda qızıl-zinət əşyalarını cavabdehdən tələb etdikdə verməkdən imtina edirlər. Cavabdehin evində qalmış qızıl-zinət əşyaları aşağıdakılardır. Qızıl-zinət əşyaları: komplekt dəst brilyant ( sep, bilərzik, üzük, sırğa,kalye)-34 qr-585 əy-2720 manat, nişan üzüyü brilyant qaşlı-5 qr- 585 əy-750 manat, yaşıl qaşlı üzük-4 qr-585 əy -320 manat, paxlava formalı üzük- 3 qr- 585 əy-240 manat, cəmi:4030 (dörd min otuz ) manat. Geyim əşyaları: qadın geyimləri-don-10 dəst-300 manat, palto- 2 dəst-210 manat, kurtqa-3 dəst-150 manat, şalvar-8 dəst-160 manat, penjama-ev geyimləri-6 dəst-180 manat, kofta-10 dəst-150 manat, sumka-5 dəst-50 manat, ayaqqabı-4 cüt-90 manat, sapaşki-2 cüt-80 manat, krasovqa-4 cüt-80 manat, qol saatı-5 ədəd-80 manat, bijuteriya, bilərzik -6 ədəd -30 manat, cəmi: 1560 (min beş yüz altmış) manat. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını, qarşılıqlı iddianı isə qəbul etməyərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı qəbul edərək, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X11 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X9 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1961-ci ildə Ağdərə rayonunda doğulmuşdur, Ağdam rayonu, Yeniqaralar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1995-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş AA 312054 məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə olunmuş AA ******* məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Ağdərə rayonundan məcburi köçkündür. İş materiallarına əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müyyən olunur ki, Cavabdeh Ağdam rayonu, Şurabad kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Ağdam rayonu, Yeniqaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X3 rayonu, Yeniqaralar kəndində qeydiyyatdadır, məcburi köçkündür, ünvan 1ində müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə olunmuş Price Consultinq MMC tərəfindən qızıl zinət, cehiz əşyalarının dəyəri 4030 manat, cehiz və geyim paltarlarının dəyəri 13486 manat, cəmi 17516 manat qiymətləndirilmişdir. Mülki iş materiallarında olan, cavbdeh Cavabdeh tərəfindən mülki işə əlavə edilmiş fotoşəkilərdən müəyyən olunur ki, qarşılıqlı ərizəsində qeyd edilən qızıl-zinyət əşyaları iddiaçıya hədiyyə olaraq verilmiş, üzərində olmuşdur. Mülki iş materiallarında olan cavbdeh Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş toy məclisinin video çəkiliş olan diskə baxış keçirilmiş, baxış zamanı həmin vaxt qarşılıqlı ərizəsində qeyd edilən qızıl-zinyət əşyaları Cavabdeh üzərində olmuşdur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi və qarşılıqlı iddiia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli mənzil İddiaçı aid olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh əmlaklarını mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin əmlaklarının çıxarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iclası zamanı iddiaçı Cavabdeh qızıl zinət əşyalarını tələb edərkən, iddiaçı qızıl əşyalarının onda olmasını etiraf etməsə də, bunun əksini sübut edə bilməmişdir. Lakijn iddia tələbinin geyim əşyalarına münasibətdə isə qarşılıqlı iddia tələbini etiraf edərək o hissədə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin əmlakı hal-hazırda İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanından çıxarılmalıdır. Həmçinin Cavabdeh qızıl zinət əşyaları İddiaçı və X6 alınaraq ona verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İlk iddia təmin edilsin. İddiaçı Bərdə rayonu Qzıqurdalı kəndində yerləşən evindən Cavabdeh məxsus 13486 manat dəyərində cehiz əşyaları:- döşək-5-tək -1 qosa, yorğan-5- tək-1-qosa, döşək -2- balaca,yastıq -6 ədəd – böyük, yastıq 6 - ədəd- uzun, yastıq -6-ədəd-balaca, yastıq-yun- 2- ədəd-uzun,yorğan-4ədəd-silikon,odeyal 3 ədəəd, yun, 1 ədəd ağ, divan-örtüyü 2-dəst, xalça -1+2 - orta+2 –balaca, kukla-4 -ədəd, əl - üz - məhrəba - 5 qutu, çxol 1 qutu, pərdə-4-tül-3-ədəd, televizor-1- ədəd, tufofka- 1-ədəd, yemək -isidən -1 -ədəd, tozsoran-1-adəd, ət maşını-1-ədəd, sok cəkən-1-ədəd, qazan dəsti- 2 - ədəd, tok smovarı -1 -ədəd, ütü 1-ədəd, miksel 1-ədəd, çaynik dəsti 1-1- ədəd, badnus dəsti -1 -ədəd, tort qabi-1-ədəd, termus-1-ədəd, çaynik-1 ədəd, çay servis -3 ədəd, rumka-6-ədəd, bakal-6-adəd, rumka-6-ədəd, meyvə qabı 2+1 böyük, böyük stəkan+6+6+6, balaca stəkan+6+6, vedirə 2 -şirəli, çaynik 1-ədəd, güldan 1 -ədəd, vaz 1 ədəd-böyük, vaz 3-gözlü, bıcaq-dəsti, qənd qabı-4-ədəd, meyvə qabı-2-ədəd, karopka - 3 qab- qacaq, karopka -qaşıq- biçaq, çəngəl - çömçə,1 karopka- kisələr, 1 karopka- qab- qacaq, qazan 1-yekə-1-balaca, 1-sirəli-ləyən, 1-dəmir-ləyən, 4kapron - ləyənçə, tərəcə - kartof – soğan, 1-sandıq-içi dolu məhrəba çxol, ütü stolu -1 - ədəd, mebellər: şifoner - 1 -ədəd,qoşa yataq - 1- ədəd, tumbuşqa -2 -ədəd, termo- 1-ədəd, servant-1ədəd, divan künclük - 6 ədəd – yastiq, tək yataq -1 -ədəd çıxarılsın. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh məxsus komplekt dəst brilyant (sep, bilərzik, üzük, sırğa, kalye)-34 qr-585 əyar- 2720 manat, nişan üzüyü brilyant qaşlı-5 qr-585 əyar-750 manat, yaşıl qaşlı üzük-4 qr-585 əyar - 320 manat, paxlava formalı üzük- 3 qr- 585 əyar-240 manat, cəmi :4030 ( dörd min otuz) manat dəyərində qızıl zinyət əşyaları, əşyalar naturada olmadıqda onların dəyəri olan 4030 manat pul və geyim əşyaları qadın geyimləri-don-10 dəst-300 manat, palto- 2 dəst-210 manat, kurtqa-3 dəst-150 manat, şalvar-8 dəst-160 manat, penjama-ev geyimləri-6 dəst-180 manat, kofta-10 dəst-150 manat, sumka-5 dəst-50 manat, ayaqqabı-4 cüt-90 manat, sapaşki-2 cüt-80 manat, krasovqa-4 cüt-80 manat, qol saatı-5 ədəd-80 manat, bijuteriya, bilərzik -6 ədəd -30 manat, cəmi 1560 (min beş yüz altmış) manat, həmin geyim əşyaları naturada olmadıqda onların qiyməti yəni 1560 manat pul İddiaçı və X6 alınaraq Cavabdeh Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-427/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-427/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver