Məhkəmə qərarları › İş №2(021)-432/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-432/2025

30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-432/2025 30.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “himayə saxlanılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən birgə nikahlarından anadan olan xx.xx.2012-ci il təvəllüdlü X1 onun himayəsində saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, o cavabdehlə razılaşdığından iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş edir. İddia Azərbaycan Respublikası MPM-nin 259.0-11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. İddiaçı Cavabdeh qarşı “himayə saxlanılma” tələbinə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu ona geri qaytarılsın.

3. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar