Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4366/2023 04.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş X1, xx.xx.2014-cü ildə anadan olmuş X2 və xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 220 manat olmaqla, 3 uşaq üçün cəmi 660 manat alimentin və ödənilmiş 55 manat mediasiya xərcinin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(021)-1329/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü ildə təvəllüdlü X5 və xx.xx.2016-cı ildə təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci ildə təvəllüdlü X4 atası Cavabdeh alınaraq anası İddiaçı verilərək və onun yanında saxlanılması, xx.xx.2014-cü ildə təvəllüdlü X5 və xx.xx.2016-cı ildə təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğndə aliment, həmçinin xx.xx.2012-ci ildə təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı verildiyi vaxtdan başlayaraq xx.xx.2012-ci ildə təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğndə aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan başqa ərizəyə əlavə edilmiş Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Bərdə rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(021)-1329/2020 saylı icra sənədi borclunun ərizəsinə əsasən İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 23.1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə artıq məhkəmə qətnaməsi olduğundan hazırki iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd edilənlərlə bağlı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iddiaçıya Bərdə rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(021)-1329/2020 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya mövcud icra sənədinin yenidən icraya yönəldilməsi barədə ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-4366/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4366/2023
04.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver