Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-437/2025 11.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1 Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması və yığılmış alimentin ləğv edilməsi” tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Gəncə Apellaysiya məhkəməsinin 2(104)-2687/2022 saylı 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 07 sentyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş 150 (bir yüz əlli ) manat olan alimentin miqdarı azaldılaraq, 100 (bir yüz ) manat olması və yığılmış alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırılmışdır ki, əsəb xəstəliyindən əziyyət çəkir, səhətində problem var. Cavabdeh ilə qeyri-rəsmi ailə qurmuşlar və qeyri-rəsmi nikahdan 1 övladları olmuşdur. Bərdə rayon məhkəməsinin 2(021)- 944/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü Sevginin atası olmağı faktı müəyyən edilmiş və saxlanması üçün hər ay 120 manat miqdarında aliment kəsilmişdir. Lakin Gəncə apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2687/2022 nömrəli qətnaməsi ilə 150 manat sabit pul məbləği olan aliment kəsilmişdir. Alimenti gücü çatan qədər ödəmişdir. Lakin son vaxtlar o, alimenti ödəyə bilmir. Belə ki, real iş yeri yoxdur. 150 manat sabit pul məbləği kəsilən alimenti ödəyə bilmir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, hazırki iş üzrə ilk İddiaçı "alimnetin azaldılması və yığılmış aliment borcunun silinməsi" tələbinə dair iddiasının rədd edilməsi, qarşılıqılı iddianın təmin edilməklə Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(021)- 2687/2022 saylı qətnaməsi əsasında 07 sentyabr 2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı iddia tələbini qəbul etmir. Bele ki, İddiaçı aliment ödəməkdən yayınmaq üçün ona qarşı alimentin azaldılması tələbinə dair iddia qaldırmışdır. Keçən müddət ərzində İddiaçı azyaşlı Sevginin saxlanılması üçün tutulan alimenti müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışdır. Hazırda uşağın saxlanmasında maddi çətinlik çəkir. Məhkəmə qətnaməsi üzrə tutulmalı olan 150 manat aliment məbləği hazırki vaxtın tələblərinə cavab vermir. Həmin aliment məbləğli uşağın normal yaşaması üçün kifayət etmir, uşağın gündəlik yeməyə, paltara, mənzildə işıqdan, qazdan, sudan istifadə etmə və s. ödənişlərə ehtiyac olmaqla maddi cəhətdən çətinlik çəkir. Hazırda uşaq böyümüş, cavabdeh uşağın saxlanmasına əlavə yardım göstərmir. Halbu ki o, fərdi əməklə məşğuldur, imkanı yaxşı olmaqla maddi cəhətdən təminatlıdır, Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, oğlu xəstədir. Psixoloji vəziyyəti yerində deyil, işləmir. Bu günə qədər alimenti oğlu deyil, o, öz pensiyasından ödəmişdir. Maddi vəziyyətləri aşağıdır. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin ifadəsini dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Bərdə rayonu Körpüsındıran kəndində anadan olmuşdur. Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh xx.xx.1999-cu ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AZ- İV № 589067 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 07 sentyabr 2020-ci il tarixdə anadan olmuşdur. Ata qrafasınds ata adı İddiaçı, ana qrafasında ana adı Cavabdeh kimi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)2687/2022 saylı qətnaməsindən görünür ki, 07 sentyabr 2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(021)-944/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay 135 (yüz otuz beş) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, 07 sentyabr 2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(021)- 944/2021 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilərək cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən mediasiya xidməti üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş tibbi sənədlərdən görünür ki, İddiaçı Respublika Kliniki Xəstəxanasında “nevroz” xəstəliyi diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 07 sentyabr 2020-ci il təvəllüdlü Sevgi Abdullayeva adlı uşaqları doğlmuşdur. Sonradan münasibətləri pisləşdiyindən tərəflər ayrılmış, uşaq isə ananın yanında qalmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(104)2687/2022 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Əlizadə Emirin saxlanması üçün İddiaçı 150 manat alimentin tutulub Cavabdeh verilməsi müəyyən olunmuşdur. Məhkəmə qaldırılmış ilk iddianı əsassız hesab edir. Belə ki, iddiaçıdan bir uşağın saxlanması üçün tutulan alimentin miqdarının azaldılması onun yaşayış səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Bundan başqa iddiaçı tutulan alimentin miqdarının azaldılmasına səbəb ola biləcək onun ailə və maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Odur ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə baxışı zamanı İddiaçı ondan Cavabdeh xeyrinə tutulan alimentin azaldılmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh qarşılıqlı iddiası qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli sərəncamına əsasən minum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Hazırki işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği alimentin artırılmasına dair Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)2687/2022 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilmişdir. 2022-ci ilin yanvarın 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinin 300 manat müəyyən edildiyini nəzərə alsaq, 150 manat məbləğində tutulan aliment 2022-ci il üzrə minimum əmək haqqının 0,5 misli həddində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 07 sentyabr 2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, İddiaçı bir uşaq üçün cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Artırılmış aliment məbləğinin tutulmasına isə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 04 noyabr 2024-cü il tarixdən etibarən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda iddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, ilk iddia təmin olunmadığından Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ilk iddia üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması və yığılmış alimentin ləğv edilməsi” tələbinə dair ilk iddiası təmin olunmasın. Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair qarşılıqlı iddiası qismən edilsin. 04 noyabr 2024-cü il tarixdən başlayaraq 07 sentyabr 2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməklə, Cavabdeh xeyyriə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş mimimum əmək haqqının 0,55 misli həddində aliment tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İlk iddia üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-437/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-437/2025
11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver