Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-482/2024 22.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı, qarşlılıq iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh, qarşlılıq iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “uşağın onun himayəsində saxlanması ” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Əlı̇ yeva Aysel Sədrəddı̇ n qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 03 iyul 2018-ci təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay bir uşağa görə 220 manat məbləğində aliment tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi olaraq 2017-ci il tarixdə ailə qurub evlənmişlər. Birgə yaşayış dövründə 03 iyul 2018-ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Uzun müddət ər-arvad kimi normal münasibətlərdə yaşasalar da, sonradan ailə münasibətləri pisləşməyə başlamışdır. Xasiyyətləri uyğun gəlmədiyi üçün, aralarında tez-tez münaqişələr yaranırmış. Cavabdeh ilə bir müddətdir ki ayrı yaşayırlar. O, ayrı yaşadıqları müddət ərzində övladının saxlanması üçün heç bir maddi köməklik etmir. Övladının tələbatını ödəməkdə çətinlik çəkirmiş. Cavabeh işləyir və aylıq gəlir maaşı yüksəkdir. Ona görə də məhkəmədən Cavabdeh hər ay 03 iyul 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşaq üçün 220 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əzı̇ zov Vası̇ f Mı̇ rzə oğlu məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın rədd edilməsi, İddiaçı X4nun alınıb onun himayəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Əzı̇ zov Vası̇ f Mı̇ rzə oğlu qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddiası tam əsassızdır, ona qarşı haqsız tələb irəli sürmüşdür. Belə ki, o, cavabdeh İddiaçı ilə 2017-ci il tarixde el adəti ilə toy edib, qeyri-rəsmi evlənmişlər və 03 iyul 2018-ci il tarixdə cavabdeh İddiaçı ilə qeyri-rəsmi nikahlarındam X4 anadan olmuşdur. X3 atası olmağı Bərdə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinin atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 327 nömrə ilə qeyd edilmişdir. Cavabdeh İddiaçı ilə evləndikdən sonra onunla Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən evində yaşamaqla birgə təsərrüfat aparmışlar. Cavabdeh İddiaçı ilə ilk vaxtdlarda mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, bir-birlərini anlamamışlar. Ona görə də cavabdehlə ayrılmışlar və məhkəmə aliment barədə qətnamə qəbul etmişdi. Lakin 4-5 ay keçəndən sonra uşağa görə yenidən barışmışlar. Ayrılmaqlarına səbəbi İddiaçı nevroz xəstəsi olması idi. Barışandan sonra da o, heç bir səbəb olmadan tez-tez evdə münaqişələr yaratmış, onunla mütəmadi mübahisələr etmiş, nalayiq sözlər demiş, uşaqla kobud rəftar etmiş, uşağa qarşı şiddət göstərmiş, artıq bir neçə aydır ki, evi tərk edib getmişdir. Cavabdeh İddiaçı nevroz xəstəsidir və müalicələr götürmüşdür. X4 nevroz xəstəsi olan cavabdehin yanındadır. Ancaq cavabdehin Mahir Əzizovu hansı şəraitdə, necə saxlaması məlum deyildir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə rədd edərək izahatında bildirdi ki, Cavabdeh təsərrüfatla məşğul olur. Rəsmi olmasa da, iki işdə işləyir. O, övladının təminatını ödəmək üçün əziyyət çəkir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında qarşlıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, o, heç bir yerdə rəsmi qaydada işləmir. İddiaçı nevroz xəstəsidir. Övladının onun himayəsində qalmasına razı deyil. Ona görə də məhkəmədən qarşlıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddiasının isə rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəfin izahatlarını dinləyib, iş üçün təqdim olunmuş sənədləri hərtərəfli tədqiq edib, məhkəmə iclasında toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materialların alavə olunmuş seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayonu Lənbəran kəndində yaşayır. İş materialların alavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materialların alavə olunmuş Bərdə regional Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 463454 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2018-ci ildə vətəndaş İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. İş materialların alavə olunmuş AZ-İ 241224 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh anası İddiaçıdır. İş materialların alavə olunmuş Azərbaycan Respublikası Ağcabədi rayon İHB Qaravəllli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 680 nömrəli arayışından görünür ki, Əzizov X7 rayon Qaravəlli kəndində yaşayır. İş materialların alavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiə nazirliyinin X1 sistemi Məşğulluq haqqında xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışdan görünür ki, Əzizov X8 regional Məşğulluq filialında işaxtaran kimi qeydə alınmışdır. İş materialların alavə olunmuş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. İş materialların alavə olunmuş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-482/2024 saylı qərardadı ilə mülki iş üzrə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı uşağın himayəsində saxlanılması tələbinə dair qarşlıqlı iddiası üzrə mülki iş üzrə xx.xx.2018-ci il təvəllüdlü X5 valideynlərindən hansının himayəsində saxlanılmasının (uşağın mənafeyi nəzərə alınmaqla) müəyyən edilməsi üçün mübahisəyə dair əsaslandırılmış rəy və tərəflərin həyat şəraiti barədə müayinə aktının verilməsi İddiaçı yaşadığı yer üzrə Bərdə rayon İHB aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyasına, Cavabdeh yaşadığı yer üzrə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılması qərara alınmışdır. İş materialların alavə olunmuş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyətinin başçısının aparatının 07 may 2024-cü il tarixli 3/381 rəyindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 anası İddiaçı himayəsində qalıb yaşaması onun mənafeinə uyğun və məqsədəmüvafiq hesab edilmişdir. İş materialların alavə olunmuş Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının aparatının rəyindən görünür ki, X5 yaşadığı ev 3 otaq, 1 zal, 1 mətbəxdən ibarət olmaqla mişar daşından inşa edilmişdir. Ev təbii qaz, elektrik enerjisi ilə təmin olunub. Ev normal təmirlidir, yaşayış üçün nəzərdə tutulmuş məişət əşyaları mövcuddur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi olaraq ailə qurmuşlar. Tərəflərin birgə qeyri-rəsmi nikahlarından bir uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, və ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra uşaq anasının yanında qalmışdır. Hazırda İddiaçı alimet tələbi ilə, Cavabdeh isə uşağın himayəsini tələb edir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər, uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar, uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər, dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə hesab edir ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının və Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının rəyləri və uşağın azyaşlı olması, ana nəvazişinə, qayğısına daha çox ehtiyac duymasını nəzərə alınmaqla qarşılqlı iddia ərizəsi təmin olunmamalıdır və xx.xx.2018-ci il təvəllüdlü X9 anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların anasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Məhkəmə ilk iddia tələbinə, alimentin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını, uşağı saxlamaq hər iki valideyinin vəzifəsi olmasını, nəzərə alaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 17 noyabr 2023-cü il tarixdən tutulmalıdır. İddia tələbinin alimentin tutulmasına dair bir uşaq üçün 190 manatdan artıq hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda iddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin tutulması hissəsində iddianın tam şəkildə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Həmçinin uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu, cavabdeh , qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvaFfiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddia tələbi qismən təmin edilsin. Cavabdeh 03 iyul 2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 noyabr 2023-cü il tarixdən başlayaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın onun yanında saxlanması” tələbinə dair qarşlıqlı iddia tələbi təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətinə Bərdə rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apell yasiya şikayəti verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-482/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-482/2024
22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver