Məhkəmə qərarları › İş №2(021)-4828/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4828/2023

26.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4828/2023 26.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsi Cavabdeh direktoru X* qarşı “Cavabdeh Pedaqoji Şurasının *2.09.2023-cü il tarixli, * nömrəli iclas Protokolunun özünə aid hissədə ləğv edilməsi, *4.*0.2022-ci il tarixli, 50 nömrəli Əmək müqaviləsi üzrə cavabdehin öz hərəkətlərinin yerinə yetirilməsi, 6 saat dərs yükünün verilməsi və məvburi iş buraxma müddəti üçün özünə əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsi Cavabdeh direktoru X* qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Pedaqoji Şurasının *2.09.2023-cü il tarixli, * nömrəli iclas Protokolunun özünə aid hissədə ləğv edilməsi, *4.*0.2022-ci il tarixli, 50 nömrəli Əmək müqaviləsi üzrə cavabdehin öz hərəkətlərinin yerinə yetirilməsi, 6 saat dərs yükünün verilməsi və məcburi iş buraxma müddəti üçün özünə əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, İddiaçı Cavabdeh Pedaqoji Şurasının *2.09.2023-cü il tarixli, * nömrəli iclas protokolunun özünə aid hissədə ləğv edilməsi, *4.*0.2022-ci il tarixli, 50 nömrəli Əmək müqaviləsi üzrə cavabdehin öz hərəkətlərinin yerinə yetirilməsi, 6 saat dərs yükünün verilməsi və məvburi iş buraxma müddəti üçün özünə əmək haqqı ödənilməsini iddia tələbi - rayon məhkəməsinin səlahiyyətinə aid deyil. Belə ki, müəllimlərə dərs kvotasının və tədris saatlarının ayrılması Təhsil Nazirliyi və onun reional qurumları olan təhsil idarələrinin səlahiyyətinə aiddir və həmin məsələ səlahiyyətli orqanın inzibati funskiyalarından irəli gəldiyindən mülki xarakterli məsələ deyil və bu iddiaya mülki iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM) *53.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu Məcəllənin *53.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd edilənlərlə bağlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddi ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *53, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsi Cavabdeh direktoru X* qarşı “Cavabdeh Pedaqoji Şurasının *2.09.2023-cü il tarixli, * nömrəli iclas Protokolunun özünə aid hissədə ləğv edilməsi, *4.*0.2022-ci il tarixli, 50 nömrəli Əmək müqaviləsi üzrə cavabdehin öz hərəkətlərinin yerinə yetirilməsi, 6 saat dərs yükünün verilməsi və məvburi iş buraxma müddəti üçün özünə əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar