Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-565/2022 09.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qarşısının alınması, gedişgəliş yolunun açılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Cəbrail oğlu tərəfindən bağlanmış onlara məxsus olan fərdi yaşayış evinə avtomobil üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 115.7 kv.m-dən ibarət olan fərdi yaşayış evi mülkiyyət hüquqları ½ hissəsi ona və ½ hissəsi anası X2 məxsusdur. Sözügedən fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 23 sentyabr 2021-ci il tarixdə ********** saylı Çıxarışda verilmişdir. Cavabdeh Cəbrail oğlu onun əmisi oğludur. Uzun illər o və Cavabdeh Cəbrail oğlu eyni avtomobil yolundan istifadə etmişlər və ona verilən torpaq sahəsi elə yerdə yerləşir ki, onun evinə başqa yol verilməsi və ya onun başqa yoldan istifadə etməsi qeyri-mümkündür. Uzun illər istifadə etdiyi həmin yoldan həm piyada, həm də avtomobil yolu kimi bu günədək istifsdə etmişlər. Lakin cavabdeh bu günlərdə gediş-gəliş yolu üçün nəzərdə tutulan avtomobil yolunu hasarlayaraq bağlamış və onun ümumi istifadədə olan yoldan istifadə etməyinə imkan vermir. Bununla da hesab edir ki, cavabdeh onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Dəfələrlə qanunsuz hərəkətlərini dayandırmalarını tələb etsə də heç bir xeyri olmamışdır. İddiaçı məhkəməyə ərizə göndərərək, iddiası əsasında mülki işin baxılmamış saxlanılmaqla sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın baxılmamış saxlanılmasına etiraz edərək, hazırki mülki işə mahiyyəti üzrə baxılmasını, iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxx 1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6717 saylı, 02 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə şəhər, Nüşabə küçəsi 9-da yaşayır. İş materiallarına əlavə olunmuş **********05 reyestr nömrəli Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə Bərdə şəhəri, Nüşabə küçəsi dönvə 4, ev 10 ünvanında fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən İddiaçı iddiasına qarşı etirazda göstərilmişdir ki, iddiaçının tələb etdiyi yol dediyi torpaq sahəsi mülkiyyət hüquqi ilə ona məxsusdur, buna baxmayaraq öz ərazisindən iddiaçının evinə gediş gəliş üçün 2 metr enində 15 metr uzunluğunda piyada yolu, servitut vermişdir, iddiaçının avtomobil yolu isə ümumiyyətlə yoxdur, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş **********72 reyestr nömrəli Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətinə Bərdə şəhəri, Nüşabə küçəsi dönvə 4, ev 10a ünvanında fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 16 iyun 1999-cu il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 Bərdə şəhəri, nüşabə küçəsi 4/10a ünvanında mənzil verilmişdir. İş üzrə ünvan 5al 2022-ci il tarixli qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin kordinatlarına və iddiaçının sənəd üzrə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin kordinatlarına əsasən, cavabdeh iddiaçının həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunu zəbt etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bədə Ərazi İdarəsi tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli, **********41 nömrəli məktubda mütəxəssis rəyinin verilməsi üçün 311 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 101 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, Cavabdeh İddiaçı gediş-gəliş yolunu zəbt etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qarşısının alınması, gediş-gəliş yolunun açılması tələbin dair iddiası öz təsdiqini tapmadığından təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qarşısının alınması, gedişgəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 311 manat ekspertiza xərci İddiaçı tutularaq X7 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabbına köçürülsün. Mülki iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-565/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-565/2022
09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver