Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-626/2022 31.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı Niftiyeva Arzu Hümbət qızının , Cavabdehlər X1 və Cavabdeh2 iştirakları ilə , İddiaçı Niftiyeva Arzu Hümbət qızının cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “torpaq sahəsinin bölünməsi “ tələbinə dair mülki işə baxaraq Müəyyən etdi: İddiaçı Niftiyeva Arzu Hümbət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onların 9 nəfərdən ibarət ailə üzvlərinə Bərdə rayon Hüseynalılar kənd ərazisində verilən 4.10 ha torpaq sahəsindən onun payına düşən torpaq sahəsinin ayrılıb naturada tanınması və cavabdehlərin onun hissəsinə düşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlərlə barışdıqlarına görə iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlər X3 və Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazlarının olmadığını bildirdilər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı Niftiyeva Arzu Hümbət qızının cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “torpaq sahəsinin bölünməsi “ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Niftiyeva Arzu Hümbət qızının cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “torpaq sahəsinin bölünməsi “ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-626/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-626/2022
31.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver