Məhkəmə qərarları › İş №2(021)-635/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-635/2025

13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-635/2025 13.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(021)2730/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin xeyrinə qət olunan qətnamənin bir uşağın saxlanılması üçün 150 manat aliment, onların ailəsinin həmin müddətdə bir yerdə olması ilə bağlı yığılmış 4650 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(021) 2730/2019 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddia qaldırmışdır. Bir uşağın saxlanması üçün hər ay 150 manat məbləğində alimentin verilməsini iddia etmişdir. Bərdə Rayon Məhkəməsinin Hakimi Cənab Məhərrəm Allanverdiyev bir uşağın saxlanması üçün 150 manat qətnamə qət etmişdir, həyat yoldaşı ilə nikahları Bərdə şəhərində 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxılaraq pozulmuşdur. Ailədə müəyyən narazıçılıqlar olduğu üçiin həyat yoldaşı ondan aliment tələb etmişdir. Onların arasında müəyyən narazıçılıqlar aradan qaldırıldıqdan sonra bir yerdə yaşamışlar. Məhkəmənin ona qarşı qət etdiyi qətnamənin verildiyi gündən 2024-cii ilin sentyabr ayına kimi həyat yoldaşı və övladı ilə bir yerdə yaşamışdır. Ailənin bütün ehtiyacları onun tərəfindən ödənmişdir. Buna maddi sübut olarar Hacallı kənd inzibati ərazi dairəsinin icra nümayəndəliyinin xx.xx.2024-cü il arayışında qeyd edilmişdir. O, bu gündə övladının və həyat yoldaşının sosial ehtiyyaclarını qarşılayır. Hazırda uşaq Hacallı kənd orta məktəbində təhsilini onun yanında davam etdirir. Kənd İcraNümayəndəsi övladının onun yanımda olmasını sübut edə bilər. Xahişi ondan ibarətdir ki, 2019-ci il 16 iyul tarixindən başlayan bir uşağın saxlanması üçün 150 manat aliment tutularaq cavabdehin xeyrinə ödənilməsi qət etmişdir, o, gündən bu günə kimi aliment borcu 4650 manat yığılıb qalmışdır. Həmin tarixdən 2024-cü sentyabr ayına kimi həyat yoldaşı və övladı ilə birlikdə bir yerdə yaşamışdır. Həmin yığılmış 4650 manat aliment borcunun silinməsini xahiş edir. Hesab edir ki, məhkəmə bütün bu halları nəzərə almalı, ata və ananın uşağları saxlaması barədə hər ikisinin eyni vəzifəsi olduğu nəzərə alınaraq cavabdehin xeyrinə tutulmuş 150 manat alimenti və yığılmış aliment borcu ləğv edilməlidir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilmədiyini, aliment borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 1637/2024 nömrəli üç ulduzlu qərarında qeyd edilən hüquqi mövqeyə əsasən Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Belə ki, alimentin hesablanma tarixi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmuşdur və iddiaçının tələbi məhz icra məmuru tərəfindən hesablanan borcun silinməsi ilə bağlıdır. İddiaçı cavabdeh ilə aralarında olan nikah pozulsa da sonradan həyat yoldaşı və övladı ilə birlikdə 2019-2024-cü il aralığında birlikdə yaşadıqlarını, övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Qanunvericiliklə şəxsin aliment borcundan tam və ya qismən azad edilməsi ilə bağlı iddialara iddia icraatı qaydasında da baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi durumu və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı, ümumiyyətlə, icra məmuru tərəfindən borcun hesablanması ilə razı deyil və onun borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. İddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdi. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A ALDİ : İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar