Məhkəmə qərarları › İş №2(021)-655/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-655/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-655/2021 02.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X13 iclas kаtibliyi, İddiaçı1, İddiaçı2, vəkil X24 və Cavabdeh2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Bərdə ragional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “22.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Bərdə ragional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22.06.2020-ci il tarixli, AN_İ ******* saylı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara və digər ailə üzvlərinə məxsus Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu Ərazi Dairəsi X10 kənd ərazisində yerləşən fərdi yaşayış evi və 2,06 ha torpaq sahəsi vardır. Onlara məxsus fərdi yaşayış evini dəyərindən aşağı qiymətə yaxın qohumları olan Cavabdeh2 satmışlar. Ailənin digər üzvüləri alqı-satqının həyata keçirilməsi məqsədi ilə İddiaçı1 etibarnamə vermişdir. Bundan başqa İddiaçı1 isə fərdi yaşayış evinin alqı-satqısı məqsədi ilə Cavabdeh2 etibarnamə vermişdir. İddiaçı1 Bərdə Regioanl”ASAN-Xidmət” Mərkəzində yalnız fərdi-yaşayış evinin alqı-satqısını həyata keçirilməsi ilə əlaqədar Cavabdeh2 etibarnamə verdiyini bildirmişdir. Onlar mülkiyyətlərində olan 2,06 ha torpaq sahəsini müxtəlif vaxtlarda icarəyə vermişlər. 2015-ci iildən isə həmin torpaq sahəsini yaxın qohumları X25 icarəyə vermişlər. Mülkiyyətlərində olan torpaq sahəsini rəsmi şəkildə icarəyə vermək üçün Bərdə Regional”ASAN-Xidmət” Mərkəzinə müraciət etmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, Cavabdeh2 ona verilmiş etibarnamə əsasından torpağı oğlu X5. Həmin müqavilənin 4-cü bəndlərində göstərilir ki, güya Cavabdeh1 İddiaçı1 0,4944 ha torpaq sahəsini 1500 manata və İddiaçı2 isə 0,4944 ha torpaq sahəsini 1500 manata satın almışdır. Həmin etibarnamədən gələcəkdə Cavabdeh2 sui-istifadə etməməsi məqsədi ilə cavabdehə verilmiş 07 noyabr 2018-ci il tarixli etibarnamənin ləğv edilməsi ilə bağlı Bərdə Regional “ASAn-Xidmət” Mərkəzinin Notariat Konturuna müraciət etmişlər və həmin etibarnamə ləğv edilmişdir. Mübahisəli alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı Bərdə Regional ”ASAN-Xidmət” X8 müraciət etsələr də heç bir nəticəsi olmamışdır.Hesab edirlər ki, həmin müqavilə formal bağlandığından etibarsız hesab olunmalı və alqı-satqının doğurduğu hüquqi nəticələri ləğv edilməlidir. Odur ki, məhkəmədən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22.06.2020-ci il tarixli, AN-İ0863047 saylı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı1, İddiaçı2, vəkil X24 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və X30 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı1 mərhum qardaşı Elxanın həyat yoldaşı İddiaçı2 isə qardaşının qızıdır. İddiaçı1 mübahisəli torpaq sahəsini 2020-ci ilin noyabr ayına kimi qardaşı Əliyə icarəyə vermişdir. Səadət 2020-ci ilin may ayında ona zəng edərək vacib pul lazım olduğuna görə torpaq sahəsini satacağını bildirmişdir. İlkin olaraq Səadət ona həmin torpaq sahəsini 10.000 manata satdığını bildirmiş, o isə torpaq sahəsini 8.000 manata alacağını bildirmişdir. Bundan sonra Səadət və ailə üzvüləri ilə razılaşaraq ilkin olaraq Səadətə şahidlərin yanında 5000 manat vermiş, Səadət isə torpağın sənədlərini ona vermişdir. Qalan 3000 manatı isə Səadət ona ailəli olan qızına verməsini bildirmişdir. Bundan sonra 1500 manatı Məmmədova Zəhra Elxan qızına, 1500 manatı isə qızı Nərminə qardaşı İsağın və qaynatasının həyat yoldaşının yanında vermişdir. 2020-ci ilin sentyabr ayında iddiaçı onlara gələrək mübahisəli torpaq sahəsini 12000 manata almaq istəyən olduğunu bildirmiş, o isə Səadətə torpağa əlavə 2000 manat pul xərclədiyini hələ torpaqdan istifadə etmədiyini bildirərək həmin torpağa görə ödədiyi 10.000 manatı qaytarmasını bildirmiş, Səadət isə ona 8000 manat gətirdiyi bildirərək çıxıb getmişdir. Halhazırda İddiaçı1 ondan 5000 manat pul almasını inkar edərək şər böhtan xarakterli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddia əsassızdır və rədd edilməlidir. Cavabdehlər X22 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” X12 Xüsusi notariusu məhkəməyə ərizə göndərərk məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edilərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq maraqlı şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 15451072 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1966-cı ildə Bərdə rayonu Qazaxlar kəndində doğulmuş, Goranboy rayon Tapqaraqoyunlu kəndində qeydiyyatdadır. AN-İ ******* nömrəli, 22 iyun 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcılar İddiaçı1, İddiaçı2 DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2020-ci il tarixdə verilmiş **********84 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən hər birinə 6/25 hissə olmaqla hər birinə məxsus 0,4944 ha torpaq sahəsini alıcı Cavabdeh1 hər biri özünə aid hissədə 1500 manat olmaqla cəmi 3000 manata satmışdır. “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, X4 Arzu İsax olğuna 07.11.2022-ci il tarixə kimi etibarnamə vermiş, həmin etibarnamə ilə İddiaçı1 Cavabdeh2 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği,müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri hansı ki, satmaq,bağışlamaq,dəyişmək,satın almaq, hədiyyəni qəbul etmək, ipoteka (girov qoymaq),icarəyə vermək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmağı, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı etibar etmişdir. Goranboy rayon İcra Hakimiyyəti Başçısının Tap-Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli, 794 nömrəli arayışdan görünür ki, İddiaçı1 hal-hazırda Goranboy rayonu Tap-Qaraqoyunlu kəndində yaşayır və qeydiyyatdadır. JN-0051 KOD61011568 nömrəli Torpağa mülkiyyət X34 Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslaha Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarına əsasən verilmiş Bərdə rayonu Həsənli kəndində yerləşən 2.06 ha pay torpaq sahəsi X17, İddiaçı1 qızının, X7, X9 və İddiaçı2 ümumi paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bərdə Rayonu Həsənli kəndində yerləşən 2,06 ha torpaq sahəsi Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 117 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində **********84 reyest nömrəsi ilə qeydiyyata alınmışdır. 08 oktyabr 2018-ci il tarixli, AR-İ684562 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı2 İddiaçı1 05.10.2022-ci il tarixə kimi etibarnamə vermiş, həmin etibarnamə ilə İddiaçı2 İddiaçı1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği,müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri hansı ki, satmaq,bağışlamaq,dəyişmək,satın almaq, hədiyyəni qəbul etmək, ipoteka (girov qoymaq),icarəyə vermək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmağı,qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı etibar etmişdir. Həmin etibarnamə ilə İddiaçı1 ona verilmiş səlahiyyətləri Cavabdeh2 vermişdir. 11 oktyabr 2018-ci il tarixli, AR-İ 684598 nömrəli etibarnamənin surətindən görünür ki, X26 İddiaçı1 08.05.2026-cı il tarixə kimi etibarnamə vermiş, həmin etibarnamə ilə X26 İddiaçı1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği,müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri hansı ki, satmaq,bağışlamaq,dəyişmək,satın almaq, hədiyyəni qəbul etmək, ipoteka (girov qoymaq),icarəyə vermək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmağı,qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı etibar etmişdir. Həmin etibarnamə ilə İddiaçı1 ona verilmiş səlahiyyətləri Cavabdeh2 vermişdir. 17 sentyabr 2018-ci il tarixli, AR-İ 665901 nömrəli etibarnamənin surətindən görünür ki, Məmmədova Həqiqət Elxan qızı İddiaçı1 18.09.2022-ci il tarixə kimi etibarnamə vermiş, həmin etibarnamə ilə X2 Səadət Cəfər qızına həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği,müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri hansı ki, satmaq,bağışlamaq,dəyişmək,satın almaq, hədiyyəni qəbul etmək, ipoteka (girov qoymaq),icarəyə vermək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmağı,qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı etibar etmişdir. Həmin etibarnamə ilə İddiaçı1 ona verilmiş səlahiyyətləri Cavabdeh2 vermişdir. 17 sentyabr 2018-ci il tarixli, AR-İ 665910 nömrəli etibarnamənin surətindən görünür ki, X3 Səadət Cəfər qızına 19.09.2022-ci il tarixə kimi etibarnamə vermiş, həmin etibarnamə ilə X3 Səadət Cəfər qızına həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği,müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri hansı ki, satmaq, bağışlamaq,dəyişmək,satın almaq, hədiyyəni qəbul etmək, ipoteka (girov qoymaq),icarəyə vermək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmağı,qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı etibar etmişdir. Həmin etibarnamə ilə İddiaçı1 ona verilmiş səlahiyyətləri Cavabdeh2 vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AN-İ ******* nömrəli, 22 iyun 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcılar İddiaçı1, İddiaçı2 DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2020-ci il tarixdə verilmiş **********84 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən hər birinə 6/25 hissə 0,4944 ha torpaq sahəsi alıcı Cavabdeh1 hər biri özünə aid hissə də 1500 manat olmaqla cəmi 3000 manata satmışdır. Daha sonra İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Bərdə ragional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22.06.2020-ci il tarixli, AN_İ0863047 saylı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prosessual Məcələsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). İddia tələbindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədən cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən alğı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Əqdin etbarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə gəldikdə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qanunvericiliyin məzmunundan aydın görünür ki, daşınmaz əmlaka dair həyata keçirilən hər hansı hüquq (eləcə də alğı-satqı müqaviləsinin bağlanması) mütləq və qeydşərtsiz dövlət qeydiyyatına alınmalı, bu qeydiyyat müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməli, bu zaman daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilməli, yəni ünvan reyestri aparılmalıdır. Yenə mülki qanunvericilik müəyyən edir ki, həmin reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni şəxsin xeyrinə reyestrdəki qeyd bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, yalnız yuxarıda qeyd edilən qanunvericiliyin şərtlərinə tam riayət edildikdən sonra daşınmaz əmlak üzərində hər hansı hüququn həyata keçirilməsindən (eləcə də alğı-satqı müqaviləsinin bağlanması) söhbət gedə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Bu çərçivədə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr də mütləq notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən iki hal yoxlanılmalıdır: 1.əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququ; 2. müqavilənin qanunauyğunluğunu. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyətin özü də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur ki, bu müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Bu səbəbdən dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Bundan başqa məhkəmə daşınmaz əmlakın hazırkı mülkiyyətçisinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə (vicdanlı alıcı olubolmaması) barədə qeyd edir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. (Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı1 şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli Qərarı). Həmçinin, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət X34 reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli qərarında qeyd edilmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh1 oğlu vicdanlı alıcı hesab olunmalıdır. Belə ki, satıcı və alıcı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan vaxt satıcı həmin torpaq sahəsi satmaq səlahiyyətinə malik olduğundan və Dövlət Aktı qüvvədə olduğundan, eyni zamanda həmin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Odur ki, satıcı və alıcı arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan vaxt torpaq sahəsinin dövlət reyestri qeydinə dair hər hansı etiraz (yüklülük və s.) reyestrə daxil edilmədiyindən və əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməsi ilə bağlı hər hansı hal müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən alıcı, satıcının xeyrinə olan dövlət reyestri qeydini həqiqi hesab etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, mübahisəli torpağa alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, JN-0051 KOD61011568 nömrəli Torpağa mülkiyyət X34 Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarına əsasən verilmiş X17, İddiaçı1, X7, X9 və İddiaçı2 ümumi paylı mülkiyyətində olan Bərdə rayonu Həsənli kəndində yerləşən 2.06 ha pay torpaq sahəsi daxil olmaqla X27,X14, X18 və İddiaçı2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onların əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri hansı ki, satmaq, bağışlamaq,dəyişmək,satın almaq, hədiyyəni qəbul etmək, ipoteka (girov qoymaq), icarəyə vermək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmağı, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı İddiaçı1 etibar etmiş, İddiaçı1 isə həmin səlahiyyətləri Cavabdeh2 etibar etmişdir. AN-İ ******* nömrəli, 22 iyun 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcılar İddiaçı1, İddiaçı2 qızı DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2020-ci il tarixdə verilmiş **********84 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən hər birinə 6/25 hissə 0,4944 ha torpaq sahəsi alıcı Cavabdeh1 hər biri özünə aid hissə də 1500 manat olmaqla cəmi 3000 manata satmışdır. Beləliklə məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, qeyd olunanlara əsasən iddiа tələbi təmin edilməməlidir. Məhkəmə son olaraq qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Bərdə ragional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “22.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar