Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-660/2025 13.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların onun himayəsində saxlanılması tələbinə” dаir iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə hazırlıq iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 iyul 2018-ci il təvəllüdlü X1 onun himayəsində olmasının müəyyən edilməsi, 20 oktyabr 2021-ci il təvəllüdlü X7 və 23 avqust 2019-cu il təvəllüdlü X9 ilə birgə onun himayəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını belə əsaslandırmışdır ki, 26 noyabr 2017-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə nikah dövründə 14 iyul 2018-ci il təvəllüdlü X6, 23 avqust 2019-cu il təvəllüdlü X9 və 20 oktyabr 2021-ci il təvəllüdlü X7 adlı üç övladları anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuş və nəticədə 2021-ci ildən ayrı yaşayırlar. Övladları Nərgiz, Lalə və Almaz Xəlilova onunla bağlı olduqlarına görə hər dəfə onlar görüşüb ünsiyyətdə olarkən onun himayəsində yaşamaq istədiklərini bildirmişlər. X3 himayəsində yaşayır, o övladlarına bir ata kimi qayğı və qulluq göstərir. Buna görə hesab edir ki, övladları onun himayəsində saxlanılmalıdır. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsi ilə əlaqədar başlanmış 2(021)-660/2025 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin bundan əvvəl qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan və uşaqların iddiaçıya alınıb verilməsi ilə əlaqədar heç bir yeni əsas yaranmadığından və ya belə əsasla bağlı mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən hazırki iddia tələbinə yenidən mahiyyəti üzrə baxılması yolverilməzdir və buna görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh İddiaçı qarşı adları yuxarıda qeyd edilən uşaqların alınıb ona verilməsinə dair iddia tələbi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 14 sentyabr 2022ci il tarixli 2(021)-1609/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3091/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin 2(102)-1476/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3091/2022 saylı 16 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan başqa İddiaçı bundan əvvəl Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 oktyabr 2021-ci il təvəllüdlü X4 cavabdehdən alınıb ona verilməsi, azyaşlı övladı 14 iyul 2018-ci il təvəllüdlü X1, 23 avqust 2019-cu il təvəllüdlü X5, 20 oktyabr 2021-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qərardadı ilə tərəflər arasında hazırki işlə bağlı qanuni qüvvəyə minmiş qətnamə olduğundan iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan isə iddiaçı tərəfindən heç bir şikayət verilməmiş və qərardad qüvvəyə minmişdir. Göründüyü kimi eyni hallar məhkəmələr tərəfindən araşdırılaraq həmin hallara obyektiv hüquqi qiymət verilmiş və üzərindən 1 ildən çox vaxt keçsə də heç bir yeni əsasa istinad etmədən və yeni hala söykənmədən İddiaçı eyni predmetlə bağlı eyni əsasla əlaqədar Cavabdeh qarşı məhkəməyə təkrar iddia irəli sürməsi və məhkəmə tərəfindən həmin məsələyə mahiyyəti üzrə baxılaraq təkrar araşdırma aparılması qəbul edilməzdir və prosessual qənaət, həmçinin preyudisiallıq prinsiplərinin pozulması ilə nəticələnəcəkdir. AR.MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayədə olmasının müəyyən edilməsi tələbinə” dаir 2(021)-660/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-660/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-660/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver