Məhkəmə qərarları › İş №2(021)-713/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-713/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-713/2024 06.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayədə saxlanılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı uşağın himayədə saxlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdeh 2021-ci ildən evdən getmişdir. Həmin vaxtdan uşaqlar onun yanında qalmışdır. Uşaqlardan birini tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Ağcabədi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh Ağcabədi rayon Hüsülü kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşağın himayədə saxlanılması tələbinə dair 2(021)-2215/22 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Ağcabədi rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35,44,45-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı uşağın himayədə saxlanılması tələbinə dair 2(021)- 713/2024 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Ağcabədi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar