Məhkəmə qərarları › İş №2(021)-750/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-750/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-750/2021 22.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İşHakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynəddin qızının iştirakı ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynəddin qızına qarşı “uşağın himayədə saxlanılması və aliment” tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynəddin qızının iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşağın himayədə saxlanılması” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynəddin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 16.08.2014-cü il təvəllüdlü X2 və 25.03.2016-cı il təvəllüdlü X3 onun himayəsində saxlanılması və övladlarının saxlanması üçün hər ay hər uşaq üçün 110 manat alimentin cavabdehdən alınaraq ona verilməsinə dair barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Zeynəddin qızı ilə 2012ci ildə faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 16.08.2014-cü il təvəllüdlü X4 və 25.03.2016-cı il təvəllüdlü X5 adlı 2 uşaqları anadan olmuşdur. Cavabdehlə ayrılmışlar və uşaqlar hazırda onun himayəsindədir. Cavabdeh uşaqları ilə maraqlanmamış və görməyə cəhd etməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Zeynəddin qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı övladları 16.08.2014-cü il təvəllüdlü X2 və 25.03.2016-cı il təvəllüdlü X3 alınaraq ona verilməsinə dair barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Zeynəddin qızı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 2012-ci idə qeyri-rəsmi ailə qurmuşlar. Birgə nikahlarından 16.08.2014-cü il təvəllüdlü X4 və 25.03.2016-cı il təvəllüdlü X5 adli 2 uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə 2018-ci il tarixdən ayrı yaşayırlar. Cavabdehlə ayrılqıddan sonra uşaqlar onun himayəsində qalmışdır. Lakin daha sonra cavabdeh uşaqlarla görüşmək adı ilə uşaqları aparmış və bundan sonra da uşaqları ona göstərməmişdir. Övladlarının atasının himayəsində qalmasına etiraz edir. Göstərilənlərə əsasən ilk iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynəddin qızı məhkəməyə ərizə təqdim edərək, yalnız uşaqların onun himayəsinə verilməsini tələb etdiyini, cavabdehdən aliment tələbinin olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 25.01.1985-ci il tarixdə Bərdə rayon Türkmən kəndində anadan olmuşdur. Bərdə rayon Türkmən kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Türkmən kəndində yaşayır. Mülki işə əlavə edilmiş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Zeynəddin qızı xx.xx.1978-ci il tarixdə Zaqatala rayon Qarqay kəndində anadan olmuşdur. Zaqatala rayon Dağlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Dağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 49 saylı 08.02.2021-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh Zeynəddin qızı Zaqatala rayon Dağlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş İV- BD № 534744 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, 25.03.2016-cı il təvəllüdlü Yusif Cəfərovun atası İddiaçı, anası Cavabdeh Zeynəddin qızıdır. Mülki işə əlavə edilmiş İİİ- BD № 823632 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, 16.08.2014-cü il təvəllüdlü Nurlan Cəfərovun atası İddiaçı, anası Cavabdeh Zeynəddin qızıdır. Mülki işə əlavə olunmuş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 19.04.2021- ci il tarixli Müayinə Aktından görünür ki, Cavabdeh Zeynəddin qızının yaşadığı mənzildə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Zeynəddin qızının yaşadığı evin ümumi sahəsi 50 kv.m, yaşayış sahəsi 42 kv.m, 2 otaqlı, mətbəxi olan kürsülü, 1 mərtəbəli evdir. Həmin evdə Cavabdeh qardaşı ailəsi ilə birlikdə və 2 azyaşlı uşağı ilə birgə yaşayır. Evdə həyat şəraiti qismən qənaətbəxşdir. Mülki işə əlavə olunmuş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının 26.04.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 16.08.2014-cü il təvəllüdlü X2 və 25.03.2016-cı il təvəllüdlü X3 anaları Cavabdeh Zeynəddin qızının himayəsində, qalıb yaşaması uşaqların mənafeyinə uyğun hesab edimişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 09.04.2021-ci il tarixli yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə Aktdan görünür ki, İddiaçı iştirakı ilə yaşadığı mənzildə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı ev onun özünə məxsus xüsusi fərdi yaşayış evidir, həmin ev iki mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü şiferdəndir, beş otaqlıdır, orta təmirlidir, orta kommunal şərait vardır, həyətyanı torpaq sahəsi 40 sotdur. Evdə İddiaçı və onun uşaqları-16.08.2014-cü il təvəllüdlü X4, 25.03.2016-cı il təvəllüdlü X5 yaşayır. Həmin evdə uşaqların yaşayıb tərbiyə olunması və təhsil almaları üçün orta şərait vardır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən müəyyən olunur ki, 16.08.2014-cü il təvəllüdlü X2 və 25.03.2016-cı il təvəllüdlü X3 anaları Cavabdeh Zeynəddin qızının himayəsində, qalıb yaşaması onun mənafeyinə uyğun, məqsədəmüvafiq və qanunamüvafiq hesab edimişdir. Mülki işə əlavə olunmuş Cavabdeh Zeynəddin qızının ərizəsindən görünür ki, övladlarının saxlanması üçün İddiaçı aliment tələbi yoxdur. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, hər iki tərəf 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh Zeynəddin qızı ailə qurmuşlar. Onların birgə nikahından 2 uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Ayrıldıqdan sonra uşaqlar atasının himayəsində qalmışdır. Məhkəmə qeyd edir ki, hər iki iddia tələbi bir-birilə qarşılıqlı əlaqədadır. Ona görə də hər iki iddia tələbinə birlikdə qiymət verilməlidir. Ailə Məcəlləsinin 60.4-cu maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə muqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların umumi otra təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil muəssisəsinin və təhsil formasını seçmək huququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, oz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq huququna malikdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş azyaşlı uşaqların ana qayğısına daha çox ehtiyacı olmasını, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının və Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının rəyləri də nəzərə alınmaqla 16.08.2014-cü il təvəllüdlü X4 və 25.03.2016-cı il təvəllüdlü X5 anaları Cavabdeh Zeynəddin qızının himayəsinə verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların anasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynəddin qızına qarşı “uşağın himayədə saxlanılması və aliment” tələbinə dair ilk iddia təmin olunmasın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynəddin qızının iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşağın alınıb ona verilməsi” tələbinə dair qarşılıqlı iddia təmin olunsun. Tərəflərin birgə nikahlarından anadan olmuş 16.08.2014-cü il təvəllüdlü X4 və 25.03.2016-cı il təvəllüdlü X5 cavabdeh İddiaçı alınaraq anaları Cavabdeh Zeynəddin qızına versilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar