Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-783/2021 24.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Nümayəndə1 oğlunun nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 oğlunun iştirakları ilə, İddiaçı Nümayəndə1 oğlunun cavabdehlər Cavabdeh2 ASC –yə və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 oğlu iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ASC ilə aralarında olan 07.0.2015-ci il tarixli 90-LD/15 sayli lizinq müqaviləsinin ləğv edilməsinə və ödədiyi 282.000 (iki yüz səksən iki min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 ASC –dən və Cavabdeh1 isə 15.000 manat pul vəsaitinin alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 ASC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə 07.07.2015-ci il tarixli 90-LD/15 sayli lizinq müqaviləsinə əsasən, güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsinin isə ödəniş cədvəlinə uyğun şəkildə ödəmək şərti ilə 325 baş “holştin-friz” cinsli damazlıq heyvanları lizinqə götürmüşdür. Bu günə qədər tərəfindən 260.000 manat pul ödənilmişdir. Hazırda damazlıq cins heyvanların çoxaldılması təsərrüfarında davam edir. Yemin, dava-dərmanın bahalaşması, manatın devalvasiyası və s. Səbəbindən ödənişlərində gecikməkər yaranmışdır. Təşkilat 10.000 manatlıq ödənişini qəbul etməkdən imtina etmişdir ki, bu da yolverilməzdir. 14.01.2019-cu il tarixdə bağlanmış 02-19 saylı müqavilətyə əsasən 160.000 manat dəyərində 50 baş holştin-frix cinsli damazlıq heyvanları Cavabdeh2 ASC-nə vermişdir. Bundan başqa 31.10.2017-ci il tarixli 69/17 saylı alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 11.000 olan 2 baş törədici buğalar Cavabdeh2 ASC-nə təhvil verilmişdir. Ölmüş heyvanların dəyəri olaraq 28.02.2017-ci il tarixdə 31.608.26 manat sığorta haqqı lizinq verənə ödənilmişdir. Bu sığorta hqqından əlavə 6 baş ölmüş heyvanlar üçün 5.055.62 manat sığorta ödənilmişdir. Nəhayət 23.01.2019-cu il tarixdə lizinq ödənişləri ilə bağlı 79.000 manat pul ödənilmişdir. Bundan başqa güzəştli satış dəyərindən 03.04.2015-ci il tarixdə 50.000 manat və 30.06.2015-ci il tarixdə 32.000 manat olmaqla, cəmi 82.000 manat ilkin ödənişi Cavabdeh2 ASC-nə ödəmişdir. Həmçinin 14.09.2015-ci il tarixdə 15.000 manat, 23.10.2015-ci ildə 15.000 manat, 19.11.2015-ci ildə 15.000 manat, 15.12.2016-cı ildə 8.000 manat və 27.02.2017-ci ilə 10.000 manat pul ödəmişdir. Həmçinin qeyd etmişdir ki, 21.05.2017-ci il tarixdə Cavabdeh1 Cavabdeh2 ASCnə ödəməsi üçün 15.000 manat məbləğdə pul vermişdir. Ancaq bu günlərdə ona məlum olmuşdur ki, həmin 15.000 manat pul vəsaitini Cavabdeh1 Cəmiyyətə ödəməmişdir. Qeyd etmişdir ki, inventar nömrəsi 75077, 19374, 28081, 51492, 84070, 07543, 40617, 75682, 51487, 28625, 79248, 23006, 78817, 84058, 28571, 30464, 94929, 62395, 23962, 25261, 70189, 72503, 74167 və 25507 olan 24 baş heyvanlar ölmüş, həmin heyvanlara görə 28.04.2017-ci il tarixdə sığorta haqqı olaraq 31.608.26 manat, 22.01.2019-cu il tarixdə isə 79.000 manat pul iddiaçıya ödənilmişdir. Həmçinin 23.01.2017-ci il tarixdə 11.688 manat sığorta haqqı ödənilmişdir. Bundan başqa 14.01.2019-cu il tarixdə cavabdehə 50 baş hoştinfriz cinsli, 160.00 manat dəyərində damazlıq heyvanlar, 31.10.2017-ci il tarixli 69/17 saylı alqı-satqı müqaviləsi əsasında ümumi dəyəri 11.000 manat olan 2 baş törədici buğalar satmışdır. 28 baş heyvanın məcburi kəsiminə və ödənilməsinə dair atlarda göstərilən heyvanların sığorta məbləği də sığortaçı tərəfindən Cavabdeh2 ASC-nə ödənilmişdir. Qeyd olunanklara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)782/2021 saylı 24.11.2021-ci il tarixli qəradadı ilə iddiaçı Nümayəndə1 oğlunun Cavabdeh2 ASC ilə aralarında olan 07.0.2015-ci il tarixli 90- LD/15 sayli lizinq müqaviləsinin ləğv edilməsi tələbi hissəsinə qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğundan xitam verilmişdir. Məhkəmə iclasında Nümayəndə1 oğlunun nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 oğlu iddia tələbini qəbul etməyərək, rədd olunmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X8 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Nümayəndə1 oğlu xx.xx.1977-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Gəncə küçəsi ev 9 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh2 ASC tərəfindən verilmiş 09.07.2015-ci il tarixli 3014 saylı Əmrdən görünür ki, Nümayəndə1 07.07.2015-cı il tarixli s\188 saylı sifarişinə, 07.07.2015-cı il tarixli 90LD\15 saylı lizinq müqaviləsinə əsasən adları cədvəldə göstərilmiş damazlıq heyvanlar lizinqə verilməsi əmr olunmuşdur. Mülki işə əlavə edilmiş Cavabdeh2 ASC ilə Nümayəndə1 arasında bağlanmış damazlıq heyvanların lizinqə verilməsi barədə 08.12.2014-cü il tarixli İM/14 saylı İlkin müqavilədən görünür ki, lizinq alanın ərizəsinə əsasən Lizin verən 500 baş cins damazlıq heyvanların satın alındıqdan sonra Lizinq alana 3 il müddətinədək lizinq verilməsini təmin edir. Lizinq alan damazlıq heyvanların satış dəyərinin 10%-ni (125000) manat məbləği avans olaraq əvvəlcədən ödəməyi öz öhdəsinə götürür. Mülki işə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı Nümayəndə1 14.09.2015-ci il tarixdə 15000 manat , 23.10.2015-ci il tarixdə 15000 manat və 19.11.2015-ci il tarixdə 15000 manat pulu Cavabdeh2 ASC-nin hesabına ödəmişdir. Mülki işə əlavə edilmiş qəbzlərdən görünü ki, 14.09.2015-ci il tarixdə 15.000 manat, 23.10.2015-ci iltarixdə 15.000 manat, 19.11.2015-ci il tarixdə 15.000 manat,27.11.2015-ci il tarixdə 20.000 manat pul Cavabdeh2 ASC tərəfindən Nümayəndə1 verilmişdir. Mülki işə əlavə edilmiş 23.01.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Nümayəndə1 Cavabdeh2 ASC-nin hesabına 39500 manat pul köçürmüşdür. Mülki işə əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-44/2017 saylı 05.04.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ASC ilə Nümayəndə1 oğlu arasında bağlanmış Cavabdeh2 ASC-yə məxsus damazlıq heyvanların lizinqə verilməsi barədə 07.07.2015-ci il tarixli 90-LD/15 nömrəli müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən 325 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə cavabdeh Nümayəndə1 oğlundan alınaraq iddiaçı Cavabdeh2 ASC-nə qaytarılması, cavabdeh Nümayəndə1 oğlundan 142525.75 manat əsas borc, 24354.80 manat sığorta haqqı, 9750 manat üstəlik xərcin və 30 manat dövlət rüsumunun , cəmi 176660.55 manat cavabdeh Nümayəndə1 oğlundan alınaraq iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-01/2020 saylı 03.02.2020-ci il qətnaməsinin surətindən görünür ki, cavabdeh Nümayəndə1 oğlunun apellyasiya şikayəti qismən təmin olunaraq, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)- 44/2017 saylı 05.04.2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, Cavabdeh2 ASC ilə Nümayəndə1 oğlu arasında bağlanmış Cavabdeh2 ASC-yə məxsus damazlıq heyvanların lizinqə verilməsi barədə 07.07.2015-ci il tarixli 90-LD/15 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən verilmiş heyvanlardan 301 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə cavabdeh Nümayəndə1 oğlundan alınaraq iddiaçı Cavabdeh2 ASC-nə qaytarılması, cavabdeh Nümayəndə1 oğlundan 142525.75 manat əsas borc, 24354.80 manat sığorta haqqı, 9750 manat üstəlik xərcin və 30 manat dövlət rüsumunun , cəmi 176660.55 manat cavabdeh Nümayəndə1 oğlundan alınaraq iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)35/2021 saylı 23.02.2021-ci il qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2- 2(104)-01/2020 saylı 03.02.2020-ci il qətnaməsindən cavabdeh Nümayəndə1 oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 9/6761 saylı, 01.10.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 ASC ilə Nümayəndə1 oğlu arasında bağlanmış 08.12.2014-cü il tarixli İM/14 nömrəli damzlıq heyvanların lizinqə verilməsi barədə ilkin müqavilə üzrə Lizinq alan tərəfindən hansı məbləğdə ödənişin aparıldığını müəyyən etmək mümkün olmamışdır. "xxxx" ASC-nin 22.09.2021-ci il tarixli 23/2-1688 nömrəli məktubu ilə təqdim edilmiş 02 vərəqədən ibarət məlumatlara əsasən Nümayəndə1 oğlu ilə "xxxx" ASC arasında rəsmiləşdirilmiş 09.07.2015-ci il tarixli 90-LD/15 saylı lizinq müqaviləsi üzrə ümumilikdə 196.761.154 manat, 26.12.2016-cı il tarixli 322-LD/15 saylı lizinq müqaviləsi üzrə ümumilikdə 196.761.54 manat, 26.12.2016-cı il tarixli 322-LD/16 sayli lizinq müqaviləsi üzrə ümulikdə 97.402.34 manat məbləğində ödənişlər aparılmışdır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh2 ASC ilə X4 arasında bağlanmış 07.07.2015-ci il tarixli 90-LD/15 saylı lizinq müqaviləsinə əsasən, güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsinin isə ödəniş cədvəlinə uyğun şəkildə ödəmək şərti ilə 325 baş “holştin-friz” cinsli damazlıq heyvanları lizinqə götürmüşdür. Məhkəmə qeyd edir ki iddia tələbi Cavabdeh2 ASC–yə və Cavabdeh1 qarşı qaldırmışdır Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 ASC-yə qarşı hissəsinə münasibətdə qeyd edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-44/2017 saylı 05.04.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC ilə Nümayəndə1 oğlu arasında bağlanmış Cavabdeh2 ASC-yə məxsus damazlıq heyvanların lizinqə verilməsi barədə 07.07.2015-ci il tarixli 90- LD/15 nömrəli müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən 325 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə cavabdeh Nümayəndə1 oğlundan alınaraq iddiaçı Cavabdeh2 ASC-nə qaytarılması, cavabdeh Nümayəndə1 oğlundan 142525.75 manat əsas borc, 24354.80 manat sığorta haqqı, 9750 manat üstəlik xərcin və 30 manat dövlət rüsumunun , cəmi 176660.55 manat cavabdeh Nümayəndə1 oğlundan alınaraq iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması qət olunmuş, Nümayəndə1 oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətini hazırda iddia ərizəsində qeyd edilən hallarla əsaslandırmış, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-01/2020 saylı 03.02.2020-ci il qətnaməsi ilə Nümayəndə1 göstərdiyi hallara qiymət verilərək, Nümayəndə1 oğlunun apellyasiya şikayəti qismən təmin olunaraq, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-44/2017 saylı 05.04.2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, Cavabdeh2 ASC ilə Nümayəndə1 oğlu arasında bağlanmış Cavabdeh2 ASC-yə məxsus damazlıq heyvanların lizinqə verilməsi barədə 07.07.2015-ci il tarixli 90-LD/15 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən verilmiş heyvanlardan 301 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə cavabdeh Nümayəndə1 oğlundan alınaraq iddiaçı Cavabdeh2 ASC-nə qaytarılması, cavabdeh Nümayəndə1 oğlundan 142525.75 manat əsas borc, 24354.80 manat sığorta haqqı, 9750 manat üstəlik xərcin və 30 manat dövlət rüsumunun , cəmi 176660.55 manat cavabdeh Nümayəndə1 oğlundan alınaraq iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən kassasiya şikayətti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)35/2021 saylı 23.02.2021-ci il qərarı iləkassasiya şikayəti təmin olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)35/2021 saylı 23.02.2021-ci il qərarında qeyd olunmuşdur ki, Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, qənaətə gəlmişdir ki, müqavilə ilə cavabdehə verilən heyvanların cəmi dəyəri 405916,75 manatmüəyyən edilmişdir. Bundan başqa, iddiaçının 9750 manat məbləğdə üstəlik xərcləri, habelə 24354,80 manat sığorta haqqı ödəməsi şərtləşdirilmişdir (07.07.2015-ci il tarixli müqavilənin 5-ci vərəqi (səh.10)). Bu məbləğlərin cəmi 415.666,75 manat (405.916,75+9.750) təşkil edir. Cavabdeh bu məbləğdən 03.04.2015-ci il tarixdə 50.000 manat və 30.06.2015-ci il tarixdə 32.000 manat olmaqla cəmi 82.000 manat ilkin ödənişi etmişdir (səh. 119, 120). Qalan 333.666,75 manat puldan cavabdeh 14.09.2015-ci il tarixdə 15.000 manat, 23.10.2015-ci ildə 15.000 manat, 19.11.2015-ci ildə 15.000 manat, 15.12.2016-cı ildə 8.000 manat və 27.02.2017-ci ildə 10.000 manat (cəmi 63.000 manat) pul ödəmişdir (İ cild səh.119-123,126,127). Cavabdeh 01.01.2017-ci il tarixədək malların dəyərindən 205.525,75 manat ödəməli olduğu halda, cəmi 63.000 manat pul ödəmiş, malların dəyərindən həmin tarixə 142.525,75 manat borclu qalmışdır. Həmçinin cavabdeh əlavə xərclərə görə ödəməyi öhdəsinə götürdüyü 9.750 manat pulu və malların süğorta pulu kimi nəzərdə tutulmuş 24.353,80 manat pulu ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 ASC-yə münasibətdə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan iddia tələbi bu hissədə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Prosessuaal 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddia tələbinin Cavabdeh1 qarşı tələb hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 15000 manat pul verdiyini qeyd etsə də bunu sübut edə biləcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı Nümayəndə1 oğlunun cavabdeh Cavabdeh1 15000 manat pul verməsi sübut olunmur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə pul borcunun olması sübut olunmadığından iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Cavabdeh2 ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyindən iddia təmin olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aild edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Nümayəndə1 oğlunun cavabdehlər Cavabdeh2 ASC –yə və Cavabdeh1 qarşı “ pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aild edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-783/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-783/2021
24.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver