Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-798/2024 04.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “əlavə xərc” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh hər ay xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150 manat məbləğində əlavə xərcin tutulub onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2018-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişlər. Nikahlarını 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründən xx.xx.2020-ci il təvəllüdlü X6 adlı bir övladları anadan olmuşdur. Uzun müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların aralarında olan münasibətlər pisləşməyə başlamış, bu münvalla aralarında bağlanmış nikahları Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli qətnaməsi və Bərdə rayon QŞ-nin xx.xx.2023cü il tarixli sənədi ilə pozulmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikahları pozulduqdan sonra azyaşlı övladı onun himayəsində qalmışdır. Belə ki, xx.xx.2020-ci il təvəllüdlü övladı X6 anadangəlmə ikitərəfli yastıpəncəlik və dil qüsuru var. Övladı mütəmadi olaraq müalicə olunur və davamlı olaraq müayinələrdən keçir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər isə Loqos Bərdə MMC konsultasiyasında psixoloq Xəyalə Bayramovanın terapiyasında qəbulda olmuşdur. Lakin Cavabdeh ayrı yaşadıqları gündən bu vaxta qədər övladlarının xəstəliyi üçün heç bir əlavə xərc ödəmir. Alimenti davamlı olaraq ödəmədiyi və aliment məbləği az olduğu üçün övladının əlavə xərcinə aliment məbləği yetmir. Onun isə maddi imkanı olduqca çətindir. Övladının əlavə xərclərini ödəməkdə çətinlik çəkir. Cavabdeh isə işləyir və aylıq gəliri yüksəkdir. Bunun üçün də övladının müalicə və müayinəsi üçün hər ay bir uşaq üçün 150 manat məbləğində əlavə xərcin tutulmasına dair qərar qəbul edilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında işləmədiyini, uşağın problemli olduğunu, uşağı müalicə etdiridiyini, cavabdehin isə ona maddi olaraq heç bir yardım göstərmədiyini, özünün bir aydır ki, Sumqayıtda yaşadığını, yeni qayıtdığını bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı rədd edərək izahatında uşağın Sumqayıtda yaşadığını, müalicə almadığını, iddiaçının sosial yardım aldığını, özünün isə hər ay 170 manat aliment verdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5989 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən, ünvan 1 ünvanında yerləşən evdə ailə üzvü olan oğlu 2020-ci il təvəllüdlü X6 ilə birgə yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 014 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixində "xxxx" MMC-də konsultasiya olunmuşdur. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək psixo-pedaqoq Xəyalə Bayramovanın yanında terapiya keçmişdir. X3 terapiyalarının davam etməsi tövsiyə edilir. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” pulik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 anadangəlmə ikitərəfli yastıpəncəlik aşkar edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü i tarixli, AZ-İ 448556 nömrəlli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Yəhyazadə, qadına Hüseynova soyadı verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 89 nömrə ilə qeydə alınmışdır. Bərdə Regional “Asan Xidmət” mərkəzində ƏN-nin QŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV 547516 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 95 nömrə ilə qeydə alıınmışdır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞGOR/MT032/2023-01649 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf yalnız İddiaçıdır. İş materiallarında olan 7320 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh hər ay xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılıması üçün 150 manat məbləğində əlavə xərcin tutulub onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəllənin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən birgə nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatması üçün aliment deyil, uşağın müalicəsi üçün çəkiləcək əlavə xərclərə cavabdehin cəlb edilməsini tələb edir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Qərarda daha sonra qeyd edilir ki, qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Həmin Qərarda daha sonra göstərilir ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qərarda daha sonra qeyd edilir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Hazırkı iddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehdən birgə nikahlarından doğulmuş uşaqlarının müalicəsi ilə əlaqədar bu günə qədər çəkdiyi xərclərin əvəzini tələb etmir. İddiaçı cavabdehin uşağın müalicəsi ilə əlaqədar gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iş materiallarında xx.xx.2020-ci il təvəllüdlü X3 xəstə olduğunu, mütəmadi müalicəyə ehtiyacı olduğunu və bu müalicəyə hər ay maddi vəsait tələb olunduğunu, müalicə davam etdiriləcəyi təqdirdə gələcəkdə də tələb olunacağını göstərən kifayət qədər sübutlar mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı uşağın müalicəsi ilə əlaqədar gələcəkdə çəkiləcək əlavə xərclərə cavabdehin cəlb edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin qismən təmin edilməli olduğunu, iddiaçı və cavabdehin uşağın saxlanmasına görə birgə məsuliyyət daşıdığını və cavabdehin maddi imkanının zəif olması, habelə iddiaçının uşağın müalicəsi üçün konkret olaraq aylıq nə qədər məbləğ tələb olunması ilə bağlı sənəd təqdim etməməsini nəzərə alaraq aylıq 100 manat müalicə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məqsədəuyğun hesab edir. Məhkəmə iddia tələbinin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əlavə xərcin tutulması hissəsi ilə bağlı bildirir ki, hazırki xərc aliment xərci olmadığından və müvafiq tibbi sənədlərə əsasən uşaq yektinlik yaşına çatmadan da sağala biləcəyindən və hazırki xəstəliyin yaşdan asılı olmamasını nəzərə alaraq yetkinlik yaşına çatanadək hissəsində iddianın əsassız olması qənaətinə gəlir. Yəni hazırki müalicə xərci uşaq sağalanadək cavabdehdən tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçıya qarşı gələcəkdə müalicə xərcindən azad edilmə barədə iddia verdikdə və uşağın sağalması barədə müvafiq tibbi sənədləri iddiaya əlavə edərək məhkəmə qaydasında sübut edəcəyi təqdirdə müalicə xərcindən gələcəkdə məhkəmə tərəfindən azad edilə bilər. Məhkəmə pulun məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu da xəyali hüquqa çevirə bilər. Odur ki, qətnamənin icra olunmadan qalma ehtimalını aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 anadangəlmə ikitərəfli yastıpəncəlik olduğu və nitq qüsuru (korreksiyası) olduğu üçün psixo-pedaqoqun yanında daimi müalicə alır. Həmin müalicənin qeyrimüəyyən müddət davam edə biləcəyini, müalicə ilə bağlı bütün xərclərin iddiaçı tərəfindən qarşılandığını və cavabdehin həmin xərclərin ödənilməsinə cəlb edilməyəcəyi təqdirdə gələcəkdə uşağın müalicəsi ilə bağlı çəkiləcək bütün xərclərin iddiaçı tərəfindən ödəniləcəyini, iddiaçının həmin xərclərin ödənilməsində maddi cəhətdən çətinlik çəkdiyini bildirməsini, bu halın son nəticədə uşağın mənafeyinin pozulmasına gətirib çıxara biləcəyini, cavabdehin könüllü olaraq müalicə xərcinin ödənilməsində iştirak etməməsini, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, onların diqqətəlayiq olan digər maraqlarını nəzərə alan məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 müayinə və müalicəsi ilə əlaqədar hər ay 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya xərci MPM-in 115-ci maddəsində nəzərdə tutulmuş işə baxılması ilə əlaqədar olan məsrəflər sırasında nəzərdə tutulmadığından və iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 50 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X3 müayinə və müalicəsi ilə əlaqədar hər ay 100 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-798/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-798/2024
04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver