Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-812/2024 01.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə 15 iyun 2023-cü ilədək birgə yaşadığından və onlara valideynlik borcunu layiqincə yerinə yetirdiyindən Cavabdeh ödənilməli olan aliment borcundan azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(021)-3272/2019 saylı qətnaməsi onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixli, 125 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulması müraciət edildiyi vaxtdan, yəni xx.xx.2019-cu ildən müəyyən edilməsi qət edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, qətnamə üzrə iyun 2023-cü ilədək yaranmış borcları ödəməkdən azad edilməlidir. Belə ki, Cavabdeh ilə rəsmi boşansalar da, bu formal xarakter daşımış və 2023-cü ilin iyun ayının 15-dək Rusiya Federasiyasının Tümen şəhərinin, Belyayev küçəsi ev 29-da bir yerdə yaşamışlar. Təqdim etdiyi könüllü tibbi sığorta, tibbi arayış, inzibati cərimələr, RF-da müvəqqəti məskunlaşma arayışları, həmçinin borclunun RF hüdudlarından kənara çıxarılması haqqında qərarın surətindən görünür ki, o, 2019-2023-cü illərdə Rusiyada, Tümen şəhərinin, Belyayev küçəsi ev 29-da yaşamışdır. Həmin ünvan hazırki iş üzrə Cavabdeh da müvəqqəti qeydə alındığı ünvandır. Bir yerdə yaşamaqlarına başqa bir sübut kimi, təqdim etdiyi fotoşəkillərə diqǝt yetirilsə aydın görünür ki, o, öz ailəsi və uşaqları ilə birlikdə müxtəlif yerlərdə şəkillər çəkdirmişdir. Tümen şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona 5 il müddətinə Rusiyananın sərhədlərindən girişinə qadağa qoyulmuşdur. Bundan sonra, Rusiyadan Azərbaycana deportasiya olunarkən sərhədi keçdikdən sonra ona məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə onun xeyli miqdarda aliment borcu yığılmışdır. Hansı ki, yuxarıda qeyd etdiyi kimi onların aralarında olan nikah rəsmi olaraq pozulsa da, 2023-cü ilin iyun ayının 15-dək, yəni Rusiyadan deportasiya olunanadək həyat yoldaşı və uşaqları ilə birgə yaşamışlar. Qeyd etməyi zəruri hesab edir ki, maddi imkanı olduqca ağırdır, Bərdə şəhərində Bərdə-İST MMM-də fəhlə işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Buna görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, bildirdi ki, onun aliment barədə qətnamədən xəbəri olmayıb. Cavabdehlə Rusiyada birlikdə yaşayıb. Ona görə də ondan aliment tutula bilməz İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etdi ki, iddia tələbi əsassızdır. Belə ki, boşanma qətnaməsində hər iki tərəfin nümayəndəsi iştirak edib və alimentin tutulmasından xəbərləri olub. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ilə telefon vasitəsilə əlaqəsi saxlanılmış və iddia tələbi ilə bağlı bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, onlar ailə münasibətlərini bərpa etməmişlər və bir yerdə yaşamamışlar, birgə nikahdan olan uşaqları üçün mehriban şəkildə münasibətlərini davam etdirmişdirlər, iddiaçının təqdim etdiyi foto-şəkillər də özəl günlərdə çəkilmiş şəkillərdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X3 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Mülki işə əlavə olunmuş İ-ФР №878063 nönrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)3272/2019 saylı 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə 125 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 Cavabdeh himayəsində və yanında saxlanılması, xx.xx.2010cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Tümen vilayəti üzrə məhkəmə pristavları Federal xidməti İdarəsinin Borclunun RF hüdudlarından kənara çıxarılması haqqında xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Rusiya Federasiyasının inzibati hüquq pozuntusu haqqında Məcəlləsinin 18.8 maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan hüquq pozuntusunun törədilməsində günahkar bilinsin və ona məcburi xaric edilmə formasında Rusiya Federasiyası hüdudlarından inzibati çıxarılması ilə 5000 (beş min) rubl həcmində inzibati cəza təyin edilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-ci il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Mülki işə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ailə qurmuş, daha sonra ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra Bərdə Rayon Məhkəməsinin 2(021)3272/2019 saylı 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə 125 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 Cavabdeh himayəsində və yanında saxlanılması, xx.xx.2010cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qaldırılmış iddianı əsassız hesab edir. Belə ki, iddiaçı Cavabdeh ilə rəsmi olaraq nikahları pozulsa da, ailə münasibətlərini bərpa edib bir yerdə yaşadıqlarını iddia etsə də, məhkəmə iclasında cavabdehlə telefon əlaqəsi saxlanılmış və bildirmişdir ki, onlar ailə münasibətlərini bərpa etməmişlər və bir yerdə yaşamamışlar, birgə nikahdan olan uşaqarı üçün mehriban şəkildə münasibətlərini davam etdirmişdirlər, iddiaçının təqdim etdiyi foto-şəkillər də özəl günlərdə çəkilmiş şəkillərdir. Məhkəmə hesb edir ki, iddiaçının uşaqların saxlanması üçün müəyyən olunmuş alimentdən azad edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə qətnaməsinin icrası məcburidir. Bundan əlavə, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya az qazanca malik olması, onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin cavabdeh idiaçının aliment ödəməkdən azad edilməsinə razılıq verməmişdir. Odur ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2- ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı aliment ödəməkən azad olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsum da iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-812/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-812/2024
01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver