Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-827/2024 21.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X*4 məhkəmə iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “Cavabdeh, Pedaqoji Şurasının, *2.09.2023-cü il tarixli, * nömrəli iclas protokolunun, ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh Pedaqoji Şurasının *2.09.2023-cü il tarixli, * nömrəli iclas protokolunun ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsinə dаir qətnаmə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 0*.02.20*2 tarixli, *4 nömrəli əmri ilə Ağdam * nömrəli Tam orta məktəbə «kitabxanaçı» vəzifəsinə təyin olunmuşdur. Ağdam Rayon Təhsil Şöbəsinin *6.09.20*3-cü il tarixli, 66 nömrəli əmri ilə əsas iş yeri saxlanmaqla Ağdam * nömrəli Tam orta məktəbə ixtisası üzrə «müəllim» vəzifəsinə təyin olunmuşdur. Cavabdeh *4.06.20*7-ci il tarixli, *36 nömrəli əmri ilə «ingilis dili müəllimi» vəzifəsinə xitam verilib. Ağdam rayon Məhkəməsinin 28.*2.20*7 tarixli, 2(*3)-58*2/20*7 saylı qətnaməsinə əsasən, Cavabdeh 30.03.20*8-ci il tarixli, 207 nömrəli əmri ilə «ingilis dili müəllimi» vəzifəsinə bərpa edilmişdir. *2 il kitabxanaçı vəzifəsində, eyni zamanda *0 il isə ingilis dili müəllimi vəzifəsində çalışmışdır. Müəllim kimi vəzifəyə təyin olunandan *2.09.2023-cü il tarixə qədər 6 saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir. Cavabdeh Pedaqoji Şurasının *2.09.2023-cü il tarixli, * nömrəli Protokolu əsasında 2023-2024-cü tədris ili üzrə müəllimlərin dərs bölgüsü müəyyən edilərkən ona dərs yükü verilməsi nəzərdə tutulmamışdır. Hal-hazırda kitabxanaçı vəzifəsinə təyin olunma əmrinə və eyni zamanda ixtisası üzrə müəllim vəzifəsinə təyin olunma əmrinə xitam verilməyib. Hal-hazırda hər iki vəzifəsinə görə ayrı-ayrılıqda Əmək Müqaviləsi var və hər bir Əmək Müqaviləsi müddətsizdir, eyni zamanda hər bir Əmək Müqavilələri qüvvədədir. Cavabdeh ona dərs yükü verməməklə və əmək haqqı ödəməməklə, əmək şəraitinin şərtlərini pozmuş, yəni Əmək Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Əmək Müqaviləsinin 4.*2-ci bəndində qeyd olunub ki, həftə ərzində 6 saatdan çox olmayaraq işləyir, yəni 6 saat dərs yükünün tədrisi nəzərdə tutulur. X*2, ona saat hesabı qaydasında, 6 saat dərs yükü və *5*.80 manat əmək haqqı verilməsi nəzərdə tutulub. Cavabdeh ilə, onun arasında kağız üzərində bağlanan Əmək Müqavilələrində «əsas iş yeri» və «əlavə iş yeri» sözləri qeyd olunmayıb. Lakin buna baxmayaraq, cavabdeh müəllim vəzifəsi, «əlavə iş yeri» hesab edərək, onu müəllim kimi məktəbdən kənarlaşdırıb və dərs yükünü “əsas iş yeri” üzrə çalışan müəllimlər arasında bölüb. Cavabdeh tərəfindən, Elm və Təhsil Nazirliyinin Əmri və Təlimati Məktubu təhrif, eyni zamanda səhv təvsir olunub. Buna görə də cavabdeh, ona dərs yükünün verilməməsinə görə Protokol tərtib edib. Cavabdehin *2.09.2023-cü il tarixli, * nömrəli Protokolu ona aid hissədə qanunsuzdur, əsassızdır və buna görə də məhkəməyə müraciət etdi. Belə hesab edir ki, sözügedən Protokol, qanunsuz və əsassız olduğu üçün Məhkəmə qaydasında ləğv edilməlidir. Cavabdehlə onun arasında əmək mübahisəsi yarandığı üçün, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, *2, *6, 46, 49, 54, 58, 63.*, 63.2, 287, 288, 289, 290, 29*, 292, 293, 294, 296, 297, 299, 300-cü maddələrini əsas götürərək, eyni zamanda Azarbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin və Azərbaycan Respublikasi Mülki Prosessual Məcəllənin 4.*, 35.2, *49 və *50-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəməyə müraciət etməli oldu. Qarabağ Regional Təhsil İdarəsi və Cavabdeh, Bərdə rayonunda yerləşir. Cavabdeh hüquqi şəxsdir və buna görə də iddia ərizəsi, hüquqi şəxsin ünvanının olduğu yerə görə verdi. Hesab edir ki, mülki işə, ərazi aidiyyatı üzrə, Bərdə Rayon Məhkəməsi baxmalıdır. Çünki, cavabdehin ünvanının olduğu yer Bərdə rayonunda yerləşir. O, Bərdə şəhər sakinidir və hal-hazırda Bərdə şəhərində yaşayır. İş yeri Bərdə rayonunda olduğu üçün və eyni zamanda hamilə olduğuna görə, Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Məhkəməsinə gedib-gəlməkdə ona çətinlik yaranır deyə, Bərdə Rayon Məhkəməsinə müraciət etdi. X*0 qeyd olunan səbəblər ilə razı deyil. X*0 qeyd olunur ki, Elm və Təhsil Nazirliyinin 26.0*.*999-cu il tarixli, 59 nömrəli əmrində kitabxanaçılara dərs yükü verilməsi nəzərdə tutulmayıb. Elm və Təhsil Nazirliyinin 26.0*.*999-cu il tarixli, 59 nömrəli əmrinin, * hissəsində qeyd olunur ki; Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçiləri tutduqları vəzifə ilə yanaşı öz ixtisaslarına uyğun olaraq işlədikləri müəssisələrdə və ya əsas iş vaxtı istisna olmaqla başqa təlim-tərbiyə müəssisələrində müvafiq qaydada əvəzçilik, əvəzetmə (müvəqqəti əvəzetmə), saat hesabı dərs yükü (pedaqoji is) apara bilərlər. Normalar üzrə dərs ilinin əvvəlində tərifləşmə siyahısına daxil edilməklə təhsil, təlim-tərbiyə müəssisəsinin yuxarıda göstərilən işçiləri tərəfindən tədris edilən dərslərin əmək haqqı ştatda olan müəllimlər üçün mövcud olan qaydalara uyğun ödənilir. Əsas iş yerində saat hesabı tədris edilən dərslərin hər saatının dəyəri dərsi tədris edən şəxsin təhsili və pedaqoji stajı əsasında müəyyənləşdirilən aylıq əmək haqqı stavkasına uyğun hesablanıb ödənilir. Başqa təlim-tərbiyə müəssisələrində saat hesabı tədris edilən dərslərin saatının dəyəri isə müvafiq qaydada təsdiq olunmuş saathesabı əməyin ödənilməsi məbləğləri əsasında verilir. Göründüyü kimi əmrdə qeyd olunur ki, məktəbdə direktora, direktor müavinlərinə və digər vəzifəli şəxslərə dərs yükü verilə bilər. Onun da vəzifəsinin biri müəllimdir və müəllimə də dərs yükü verilə bilər. X*0 qeyd olunur ki, Elm və Təhsil Nazirliyinin 22 iyul 20*7-ci il tarixli Təlimati Məktubuna əsasən kitabxanaçılara dərs yükü verilməsi nəzərdə tutulmur. O, kitabxanaçı vəzifəsinə görə dərs yükü istəməmiş, o, məktəbdən müəllim kimi dərs yükü istəmişdir. Nəzərdə tutmur ki, kitabxanaçı vəzifəsinə görə ona dərs yükü verilmişir. Bunu nəzərdə tutur ki, ingilis dili ixtisası üzrə müəllimədir buna görə də ayrıca Əmək Müqaviləsi var və həmin müqavilə üzrə işə götürənin öz öhdəliklərinin yerinə yetirilməsini məktəbdən tələb etmişdir. Əsas iş yeri və əlavə iş yeri eyni məktəbdir. Onunla ilk dəfə müddətsiz Əmək Müqaviləsini, Ağdam rayon Təhsil Şöbəsi, 0*.09.20*2-ci il tarixində bağlamışdır və sonra ikinci vəzifəsi də həmin müqaviləyə əlavə etmişdir. Daha sonra həmin müqavilə qüvvədən salındı. Qarabağ Regional Təhsil İdarəsi *4.*0.2022-ci il tarixdə onunla hər iki vəzifəsinə görə müddətsiz Əmək Müqavilələri bağladı. Əvvəlki və sonrakı müqavilələrdə onun hər iki vəzifəsi əsas iş yeri kimi göstərilmişdir. Hətta, Ağdam rayon Təhsil Şöbəsi onunla cəmi bir müqavilə bağlamışdır və həmin müqavilədə hər iki vəzifəsi əsas iş yeri kimi göstərmişdir. Qarabağ Regional Təhsil İdarəsi onunla ilk dəfə müqavilə bağlayanda onun hər iki vəzifəsinə görə ayrı-ayrılıqda Əmək Müqaviləsi bağlamışdır və hər bir Əmək Müqaviləsində onun hər iki iş yerini, əsas iş yeri kimi göstərmişdir. Daha sonra o, birinci övladına görə analıq məzuniyyətində olan zaman Qarabağ Regional Təhsil İdarəsi onun Əmək Müqaviləsinin birinə onun xəbəri olmadan X5 dəyişiklik edərək müəllim vəzifəsi əlavə iş yeri kimi göstərmişdir. Müəllim vəzifəsinə görə Qarabağ Regional Təhsil İdarəsi ilə bağlanan Əmək Müqaviləsində onun müəllim kimi iş yerini əlavə iş yeri kimi göstərmələrini düzgün hesab etmir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, o, hər iki vəzifəsinə görə eyni məktəbdə işləyir. Hər 2 iş yeri hesab edir ki, əsas iş yeridir. Cavabdeh onun müəllim vəzifəsi, əlavə iş yeri hesab edərək, dərs yükü verməməsinin səbəblərinin biri də budur. Yəni o, müəllim vəzifəsinə görə güya «əlavə iş yerində» işləyir və buna görə də dərs yükü ancaq əsas iş yerində işləyən müəllimlərə verilib. Cavabdeh, son * ildə onun Əmək Müqaviləsinə kağız üzərində dəyişiklik etməyib, lakin X* Sisteminə doğru-düzgün olmayan məlumat yerləşdirib. Müəllim vəzifəsinə görə əvəzçilik qaydasında Əmək Müqaviləsi onunla bağlanmayıb. Əvəzçilik üzrə onunla Əmək Müqaviləsi bağlansaydı, o zaman müəllim vəzifəsi əlavə iş yeri hesab olunardı. X*9 üzrə 6 saat dərs yükü, saat hesabı qaydasında ona verilmişdir, yəni əvəzçilik, əvəzetmə (müvəqqəti əvəzetmə) qaydasında deyil. 2022-2023-cü il tədris ilində əmək müqaviləsinə bir neçə dəfə dəyişikliklər olunub və bundan onun əvvəl xəbəri olmayıb, ancaq bu ilin noyabr ayında onun məlumatı olub. Hal-hazırda cavabdeh ona dərs yükü və əmək haqqı verməməyinə baxmayaraq, X5 Əmək Müqaviləsinə dəyişiklik etməyib və bununla da daha bir səhvə yol veriblər. X*0 qeyd olunur ki, 69 (digər arayışında 72 saat qeyd olunub) saat dərs yükü var və bu dərs yükü 6 müəllim arasında bölünür. Lakin həmin zaman Pedagoji Şuranın üzvləri onu müəllim kimi görmüyüb və müəllim kimi tanımayıb, buna görə də ona dərs yükü verməyiblər. Eyni zamanda müəllimin biri sosial məzuniyyətdədir və əlbəttə ki, ona dərs yükü nəzərədə tutulur, lakin o məzuniyyətdə olduğu üçün onun dərs yükü sonradan digər ixtisaslı müəllimlər arasında bölünür. Həmin sosial məzuniyyətdə olan müəllimin də dərs yükü ona verilə bilərdi. Yəni göründüyữ kimi cavabdeh ona ümumiyyətlə dərs yükū vermək istəməyib. Məktəbdə ingilis dili ixtisası üzrə cəmi 7 müəllim var və həmin 7 müəllimin biri də odur. Belə hesab edir ki, dərs yükü ədalətli və vicdanlı şəkildə hər bir müəllim arasında bölünməli idi. Diaqnostik Qiymətləndirilmədə iştirak etmiş və keçid balı toplamış müəllimə dərs yükünün kifayət qədər verilməsini, lakin ona, ümumiyyətlə, dərs yükünün verilməməsini düzgün hesab etmir. Çünki, Diaqnostik Qiymətləndirilmənin heç bir hüquqi əhəmiyyəti yoxdur və buna görə də müəllimlər arasında ayrı-seçkiliyə yol verilə bilməz. 2023-cü il tarixdə, Əmak Məcəlləsinə və eyni zamanda Təhsil Haqqında dəyişikliklər edilib. Cavabdehin həmin dəyişiklikdən məlumatı yoxdur, lakin onun məlumatı var. Əgər cavabdehin məlumatı olsaydı, belə səhvlərə yol verməzdi. Müəllimlərin hüquqları bərabərdir və bu Ağdam * nömrəli tam orta məktəbin, Pedagoji Surası tərəfindən nəzərə alınmalı idi. Nazirlər Kabinetinin qərarına əsasən, *5.09.20*9-cu il tarixdə Təhsil Haqqında Qanunda edilən dəyişikliyə əsasən müəllimlərin həftəlik dərs yükü * stafka təyin edilib. * stafkada, *8 saat dərs yükü nəzərdə tutulur. Müəllimə minimum * stafka, maksimum isə 2 stafka dərs yükü nəzərdə tutulur. Ona isə 2022-2023-cü tədris ilinə qədər, üçdə bir dərs yükü verilib. 2023-2024-cü tədris ili üzrə isə ona ümumiyyətlə dərs yükü verilməyib. Azyaşlı övladının olmağını, hamilə olmağını və hal-hazırdakı Əmək Müqaviləsinin öhdəliklərini nəzərə alaraq hesab edir ki, cavabdeh onu dərs yükü ilə təmin etməli idi, lakin cavabdeh isə bunlara əhəmiyyət verməmişdir. O, kitabxana vəzifəsində çalışdığı üçün Diaqnostik Qiymətləndirilməyə göndərilməmiş, çünki kitabxana vəzifəsində çalışanların Diaqnostik Qiymətləndirilmədə iştirakı hələki nəzərdə tutulmayıb. İngilis dili ixtisası üzrə müəllimlərin DQ-si keçirilsə də, o, DQ-yə buraxilmamışdır. Çünki o, MİQ-dən kənar müəllim təyin olunmuşdur. Elm və Təhsil Nazirliyinin, Təlimati Məktubunda qeyd olunur ki, X34 imtahanından kənar vəzifəyə təyin olunmuş müəllimlər, saxta diplomlu müəllimlər, diaqnostik imtahana buraxılmayan və yaxud diaqnostik imtahandan keçid balı toplamayan müəllimlərə 6 saatdan yuxarı dərs yükü verilməsi nəzərdə tutulmur. Belə məlum olur ki, o, ingilis dili müəllimi kimi Diaqnostik Qiymətləndirmədə iştirak etmədiyi üçün, ona 6 saatdan yuxarı dərs yükü verilə bilməzmiş.Təhsil Haqqında Qanunda qeyd olunur ki, müəllimlərə dərs yükü ildə 2 dəfə bölünür: birincisi müəllimlər yay məzuniyyətinə çıxmamışdan əvvəl, ikincisi isə yay məzuniyyətindən qayıdandan sonra. Yeni tədris ili başlamamış məktəb Pedagoji Şurası dərs yükünü tam bölməli və dərs cədvəlini tərtib etməlidir. Yeni tədris ili üçün bölünmüş dərs yükü sabit saxlanılmalıdır. O, 2023-2024-cü tədris ilinin əvvəli ingilis dili müəllimi vəzifəsinə görə əmək haqqı almışdır. Yəni yeni tədris ili *5 sentyabrda başlayır və *4 iyun da başa çatır. O isə sentyabr ayının əmək haqqısını tam almışdı. Cavabdeh onun dərs yükünü yeni tədris ili üzrə sabit saxlamadı. Cavabdeh tərəfindən, *2.*0.2023-cü il tarixdə, ona şifahi bildirildi ki, 6 saat dərs yükü ondan alındı. Həmin sorğuya əsasən, 4* gündən sonra, yəni 2*.**.2023-cü il tarixdə onun şəxsi işinin içində olan bütün zəruri sənədlərin təsdiq olunmuş surəti, ona dərs yükünün verilməməsi barədə Protokoldan çıxarışı, yeni tədris ili üzrə Pedaqoji Şuranın dərs yükünün bölgüsü barədə qərarına istinadən arayışı və onun barəsində digər arayışlar ona təqdim olundu. Ona təqdim olunan sənədlər, müxtəlif tarixlərə yazılsada, ona 2*.**.2023-cü il tarixində təqdim olunub və bu məktəbin arayışının birində öz əksini tapır. Zəruri sənədlər ona təqdim olunmamışdan əvvəl o şifahi bildirdi ki, dərs yükü ondan alınıb. Buna görədə *4.*0.2023-cü il tarixda, Mediasiyaya Təşkilatina, X20 üçün «ərizə» göndərdì və cavabdehə, X*3 barədə «təklif» göndərdi. X20, 03.**.2023-cü il tarixində, saat *6-00 da keçirildi və cavabdeh, Mediasiya Prosesini davam etdirməyə razılıq vermədi və həmin gün mediator ona arayış verdi. Belə hesab edirə ki, Məhkəməyə müraciat etmək üçün iddia müddətini ötürməmişədir. Cavabdeh eyni tarixili bir arayışında 69 saat, digər arayışında isə 72 saat ingilis dili dərs saatının olduğunu qeyd edir. Cavabdehin eyni məzmunda verdiyi arayışların tarixində, nömrəsində və eyni zamanda mətnində ziddiyyətə və səhvlərə yol verilib. Ağdam * nömrəli tam orta məktəbin, X6 qeyd olunan Elm və Təhsil Nazirinin əmri və Təlimatı Məktubu təhrif olunub, eyni zamanda səhv təvsir olunub. Cavabdeh Pedaqoji Şurası, 69 saat dərs yükünün üzərinə gəlinən, 3 saat dərs yükünü də ona verməyib. O oktyabr ayının sonunda əmək haqqı alanda gördü ki, əmək haqqı kartina az məbləğ vəsait yüklənib və bunun səbəbini cavabdehdən soruşanda ona məlum oldu ki, oktyabr ayı mənə müəllim kimi əmək haqqı ödənməyib və eyni zamanda, oktyabr ayi üçün kitabxana vəzifəsinə görə olan əmək haqqından, vəsait çıxılıb. Həmin vəsaitin çixılma səbəbini cavabdeh ona belə izah etdi ki, onun sentyabr ayı üzrə müəllim kimi olan əmək haqqi, oktyabr ayında kitabxana vəzifəsinə görə olan əmək haqqından tutulub, yəni müəllim kimi sentyabr ayında aldığı əmək haqqı, oktyabr ayında ondan geri alındı. Cavabdeh, Pedaqoji Şuranı *2 oktyabrda keçirib, lakin bir ay geriyə yəni, *2 sentyabra qeydə alıb. X46 həqiqətən *2 sentyabr tarixində keçirilsəydi, ona sentyabr ayında əmək haqqı ödənilməzdi və yaxud *5 günlük ödənilərdi. X*0 qeyd olunan, Elm və Təhsil Nazirinin Təlimati Məktubunda göstərilənlər ona şamil deyil. Çünki, həmin Təlimati Məktubda qeyd olunur ki, kitabxanaçıya dərs yükü verilməsin, ancaq təlimati məktubda yazılmayıb ki, ingilis dili ixtisası üzrə olan müəllimə dərs yükü verilə bilməz. Əgər o, kitabxanaçı olsaydı və eyni zamanda müəllim olmasaydı, o zaman ona kitabxanaçı olaraq dərs yükü verilə bilməzdi. Çünki THQ-a görə dərs yükü bölünən zamn kitabxanaçılara dərs yükü verilməsi nəzərdə tutulmur. Amma o, həm də müəllim vəzifəsində olduğu üçün ona müəllim vəzifəsinə görə dərs yükü verilməlidir. O, kitabxana vəzifəsinə görə dərs yükü istəmir. O, kitabxana vəzifəsinə görə dərs yükü istəmir. O, müəllim vəzifəsinə görə dərs yükü istəyir. Elm və Təhsil Nazirinin 04.*0.20*9-cu il F-595 əmri ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarında" göstərilib ki, təhsil müəssələrinin rəhbərləri tərəfindən heyət arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınması, diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə *0 faizdən aşağı nəticə göstərmiş heyət diaqnostik qiymətləndirilmədən keçmiş heyət hesab olunmaması və ümumi təhsil müəssələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə *0 faizdan aşağı nəticə göstərmiş, üzürsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş və həmçinin, *0 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minumum dərs yükünün 6 saat müəyyənləşdirilməsi birmənalı olaraq qeyd edilib. Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssələrində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedagoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının 2.2. maddəsinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində bir qayda olaraq, sabit saxlanılır. Müəllim heyətinin dərs yükü Nazirlər Kabinetinin qərarına uyğun müəyyənləşdirilir. Ümumi təhsil məktəblərində dərs bölgüsü ildə iki dəfə - tədris ilinin sonunda- müəllimlər növbəti əmək məzuniyyətinə getmədən, ikinci və sonuncu dərs bölgüsü isə müəllimlər məzuniyyətdən qayıtdıqdan sonra, avqustun axırı- sentyabrın əvvəli yekunlaşır və yeni tədris ilinin birinci Pedaqoji Şurasında təsdiq olunur. Ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə *0 faizdən aşağı nəticə göstərmiş, üzürsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin *0 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minumum dərs yükü (6 saat) müəyyənləşdirilir. (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 04 avqust 20*7-ci il tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları"nın 5-ci bəndi). Elm və Təhsil Nazirinin Təlimati Məktubunda qeyd olunur ki, dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və Təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınsın. Sadalanan xüsusatlara və istinad edilən hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdehin *2.09.2023-cü il tarixli, 0* nömrəli Protokolunun, ona aid hissəsi Qanunvericiliyin tələbləri ilə uzlaşmamaqla yanaşı bu Qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə əhəmiyyətli dərəcədə pozulmuşdur. Buna görə də hesab edir ki, Ağdam * nömrəli tam orta məktəbin, Pedaqoji Şurasının *2.09.2023-cü il tarixli, * nömrəli Protokolu, ona aid hissədə, məhkəmə qaydasında ləğv edilməli və *4.*0.2022 tarixli, 50 nömrəli Əmək Müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə, cavabdeh tərəfindən əməl edilməlidir. Göstərilənləri əsas tutaraq hesab edir ki, iddia tələbi haqlı tələbdir və buna görə də təmin edilməlidir. İş üzrə İddiaçı məhkəməyə ərizə verərək, ərizədə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddiasını müdafiə etdiyini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, lakin Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş sübutlar: İş materiallarında olan AA 2097**2 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*990-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA 2097**3 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 25.02.*990-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X37 *8.02.*977-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.**.2023-cü il tarixli, 5680 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan Bərdə Regional ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5.04.2020-ci il tarixli, AZ-İİ 39*087 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı arasında *5.04.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Dünyamalıyev, arvada isə İmanverdiyeva soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında *5.04.2020-ci il tarix, 376 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV 73*507 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X** *9.03.2022-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X2, anası isə anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarix, *97 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan X20ndan sonra prossesin davam etdirilə bilməməsi barədə 03.**.2023-cü il tarixli, 0005*37 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəflər İddiaçıdır. İş materiallarında olan 229 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan *28579*25* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, məktəbdə əsas iş yeri üzrə müəllim (ingilis dili) işləyən pedaqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri (6 nəfər müəllim və cəmi 72 saat dərs), Elm və Təhsil Nazirliyinin 22 iyul 20*7-ci il tarixli təlimatı məktubunu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur) və yenə Elm və Təhsil Nazirliyinin 26.0*.*999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Normalar”ın 3-cü bəndində kitabxanaçıların dərs aparmaq hüququ olan işçilər kimi qeyd olunmamasını nəzərə alaraq, əsas iş yeri üzrə kitabxanaçı əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı 2023-2024-cü tədris ili üzrə dərs bölgüsündə onun tədrisi üçün dərs yükü (ingilis dili) nəzərdə tutulmamışdır. İş materiallarında olan 3*.*0.2023-cü il tarixli, 345 nömrəli və 2*.09.2023-cü il tarixli, 307 nömrəli arayılardan görünür ki, 2023-2024 cü tədris ilində, *2.09.2023-cü il tarixində məktəb Pedaqoji Şuranın iclası keçirilərkən ona dərs yükü (ingilis dili) müəyyən olunmamasının səbəbi aşağıda qeyd olunanlar olmuşdur: *. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22 iyul 20*7-ci il tarixli təlimati məktubu (Ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, psixoloq, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur. 2. Məktəbdə əsas iş yeri və müddətsiz əmək müqaviləsi üzrə işləyən 6 nəfər ingilis dili müəllimi (*. X25, 2. X3*, 3. X26, 4. X7, 5. X27, 6. X*7) və cəmi 72 (yetmiş iki) saat ingilis dili dərsinin mövcudluğu və bu səbəbdən həmin müəllimlərin dərs yükü ilə təmin olunmasında çətinliklərin mövcudluğu. 3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar *999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil, təlimtərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normaların 3-cü bəndində kitabxanaçıların nəzərdə tutulmaması. Beləliklə, *2.09.2023-cü il tarixində keçirilmiş Pedaqoji Şura iclasının 2023-2024-cü tədris ili üzrə dərs bölgüsü haqqında qəbul olunmuş qərarında əsas iş yeri üzrə müəllim (ingilis dili) işləyən pedaqoji işçilərinh dəörs yükü ilə təmin olunmasındakı çətinlikləri Elm və Təhsil Nazirliyinin 22.07.20*7-ci il tarixli təlimati məktubunu və 26.0*.*999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş normaların 3-cü bəndini nəzərə alaraq əsas iş yeri üzrə kitabxanaçı əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı dərs yükü müəyyən olunmamışdır. İş materiallarında olan 2*.**.2023-cü il tarixli, 37* nömrəli arayışdan görünür ki, Bərdə rayon Vəkil Bürosunun rəhbərinin *2.*0.2023-cü il tarixli, 323 nömrəli sorğusuna əsasən İddiaçı şəxsi işinin olan zəruri sənədlərin təsdiqlənmiş surəti və sorğuda nəzərdə tutulmuş arayışlar ona göndərilməsi üçün Qarabağ regional Təhsil İdarəsi Cavabdeh tərəfindən hazırlanmış və 2*.**.2023-cü il tarixdə İddiaçı təqdim olunmuşdur. İş materiallarında olan 3*.*0.2023-cü il tarixli, 346 nömrəli arayışdan görünür ki, Bərdə Rayon Vəkil Bürosunun *2.*0.2023-cü il tarixli sorğusuna cavab olaraq bildirilir ki, İddiaçı Ağdam Rayon Təhsil Şöbəsinin *6.09.20*3-cü il tarixli, 66 və 34 nömrəli əmri ilə müddətsiz əmək müqaviləsi üzrə Cavabdehə ingilis dili müəllimi vəzifəsinə təyin olunmuşdur. Vəzifəyə təyin olunandan *2.09.2023-cü il tarixə qədər 6 (altı) saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir. O, 2022-2023-cü tədris ilində də 6 (altı) saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir (əvəzçilik qaydasında deyil). Hal-hazırda ingilis dili müəllimi üzrə olan əmrinə xitam verilməyib. Lakin *2.09.2023 cü il tarixli Ağdam rayon * nömrəli Pedaqoji Surada 2023-2024-cü tədris ili üzrə müəllimlərin dərs bölgüsü müəyyyən edilərkən, İddiaçı dərs yükü verilməsi nəzərdə tutulmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin 24.*0.2023-cü il tarixli, 345 nömrəli arayışdan görünür ki, Verilir kitabxanaçı İddiaçı ondan ötəri ki, o, Ağdam Rayon Təhsil Şöbəsinin *6.09.20*3-cü il tarixli 66 § 36 nömrəli əmri ilə əlavə və müddətsiz əmək müqaviləsi üzrə Cavabdeh ingilis dili müəllimi vəzifəsinə təyin olunmuşdur. O, 2022-2023-cü tədris ilində 6 (altı) saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir (əvəzçilik qaydasında deyil). *2.09.2023-cü il tarixli * nömrəli Pedaqoji Şurada 2023-2024-cü tədris ili üzrə müəllimlərin dərs bölgüsü müəyyən edilərkən. İddiaçı dərs yükü nəzərdə tutulmamasının səbəbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyin 22 iyul 20*7-ci il tarixli təlimati məktubu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, psxoloq, UBTR, lobarant və kitabxanaçı dərs yükü nəzərdə tutulmur), məktəbdə əsas əmək müqaviləsi üzrə işləyən 6 nəfər ingilis dili müəllimi və cəmi 72 (yetmiş iki) saat xarici dil dərslərin (tədris planı və sinif komplektləri üzrə) mövcudluğu olmuşdur (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 may 20*8-ci il tarixli F-346 nömrəli əmrinə 8 saylı əlavə ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"nın 2-ci bəndi). İş materiallarında olan Azərbaycan Elm və Təhsil Nazirliyi, Qarabağ Regional Təhsil İdarəsinə ünvanlanmış Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bərdə rayon Vəkil Bürosunun rəhbəri Xanım İsayevanın *2.*0.2023-cü il tarixli, 323 nömrəli sorğusunda İcraatımda olan mülki iş üzrə yaranmış zərurətlə əlaqədar, İddiaçı ilə, Qarabağ Regional Təhsil İdarəsi arasında bağlanmış Əmək Müqaviləsinin surətini, hər iki vəzifəsi ilə əlaqədar arayışı, işə təyin olunma əmirlərinin surətini, işdən çıxma əmrinin surətini, işə bərpa əmrinin surətini, dərs yükünün verilməməsi barədə protokolun çıxarışı, bir sözlə şəxsi işin içərisində olan bütün zəruri sənədlərin təsdiqlənmiş surətini mənə göndərməyinizi Sizdən xahiş edirəm. Məlumat üçün bildirirəm ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsindən ibarətdir. Sözügedən Qanunun 7-ci maddəsinin tələbinə görə təşkilatı formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz borclarının yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin Qanunun *5-ci maddəsinin tələbinə görə vəkil peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənədlər toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətini çıxartmaq hüququna malikdir. Hazırki sorğuya cavabı sorğunu təqdim edən şəxs vasitəsi ilə mənə göndərə bilərsiniz qeyd edilmişdir. İş materiallarında olan Kapital Bank ASC-yə aid ödəniş terminalından çıxarışlardan görünür ki, 4*69**247* nömrəli karta balans artımı və kartdan məxariclər olmuşdur. İş materiallarında olan Cavabdeh Pedaqoji Şuranın *2.09.2023-cü il tarixli, 0* nömrəli iclasının sədr Y.A.Ağayev, katib A.A.Alışov Protokolundan çıxarışdan görünür ki, Gündəlikdə olan məsələ üzrə qərarın, kitabxanaçı İddiaçı aid olan hissəsindən: Məktəbdə əsas iş yeri üzrə müəllim (ingilis dili) işləyən pedaqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri (6 nəfər müəllim və cəmi 72 saat dərs), Elm və Təhsil Nazirliyinin 22 iyul 20*7-ci il tarixli təlimatı məktubunu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur) və yenə Elm və Təhsil Nazirliyinin 26.0*.*999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Normalar"ın 3-cü bəndində kitabxanaçıların dərs aparmaq hüququ olan işçilər kimi qeyd olunmamasını nəzərə alaraq, əsas iş yeri üzrə kitabxanaçı əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı 2023-2024-cü tədris ili üzrə dərs bölgüsündə onun tədrisi üçün dərs yükü (İngilis dili) nəzərdə tutulmamışdır. İş materiallarında olan Cavabdeh Pedaqoji Şuranın *2.09.2023-cü il tarixli, 0* nömrəli iclasının sədr Y.A.Ağayev, katib A.A.Alışov Protokolundan çıxarışdan görünür ki, Gündəlikdə olan məsələ üzrə qərarın, kitabxanaçı İddiaçı aid olan hissəsindən: Məktəbdə əsas iş yeri üzrə müəllim (ingilis dili) işləyən pedaqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri (6 nəfər müəllim və cəmi 69 saat dərs), Elm və Təhsil Nazirliyinin 22 iyul 20*7-ci il tarixli təlimati məktubunu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur) və yenə Elm və Təhsil Nazirliyinin 26.0*.*999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Normalar"ın 3-cü bəndində kitabxanaçıların dərs aparmaq hüququ olan işçilər kimi qeyd olunmamasını nəzərə alaraq, əsas iş yeri üzrə kitabxanaçı əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı 2023-2024-cü tədris ili üzrə dərs bölgüsündə onun tədrisi üçün dərs yükü (İngilis dili) nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin 2*.09.2023-cü il tarixli, 307 saylı arayışından görünür ki, Verilir kitabxanaçı İddiaçı ondan ötəri ki, 2023-2024- cü tədris ilində, *2.09.2023-cü il tarixində məktəb Pedaqoji Şuranın iclası keçirilərkən ona dərs yükü (ingilis dili) müəyyən olunmamasının səbəbi aşağıda qeyd olunanlar olmuşdur: *. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22 iyul 20*7-ci il tarixli təlimati məktubu (Ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri,psxoloq, UBTR,lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur). 2. Məktəbdə əsas iş yeri və müddətsiz əmək müqaviləsi üzrə işləyən 6 nəfər ingilis dili müəllimi (*. X25, 2. X32, 3. X26, 4. X7, 5. X27, 6. X*7) və cəmi 69 (altmış doqquz) saat ingilis dili dərsinin mövcudluğu və bu səbəbdən həmin müəllimlərin dərs yükü ilə təmin olunmasında çətinliklərin mövcudluğu. 3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar *999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil, təlimtərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar" in 3-cü bəndində kitabxanaçıların nəzərdə tutulmaması. Beləliklə *2 sentyabr 2023-cü il tarixində keçirilmiş Pedoqoji Şura iclasının 2023-2024-cü tədris ili üzrə dərs bölgüsü haqqında qəbul olunmuş qərarında, əsas iş yeri üzrə müəllim ingilis dili) işləyən pedoqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri, Elm və Təhsil Nazirliyinin 22 iyul 20*7-ci il tarixli təlimati məktubunu və 26 yanvar *999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş normaların 3-cü bəndini nəzərə alaraq əsas iş yeri üzrə kitabxanaçı, əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı dərs yükü müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin 3*.*0.2023-cü il tarixli, 345 saylı arayışından görünür ki, Verilir kitabxanaçı İddiaçı ondan ötəri ki, 2023-2024- cü tədris ilində, *2.09.2023-cü il tarixində məktəb Pedaqoji Şuranın iclası keçirilərkən ona dərs yükü (ingilis dili) müəyyən olunmamasının səbəbi aşağıda qeyd olunanlar olmuşdur: *. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22 iyul 20*7-ci il tarixli təlimati məktubu (Ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri,psxoloq, UBTR,lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur). 2. Məktəbdə əsas iş yeri və müddətsiz əmək müqaviləsi üzrə işləyən 6 nəfər ingilis dili müəllimi (*. X25, 2. X32, 3. X26, 4. X7, 5. X27, 6. X*7) və cəmi 72 (yetmiş iki) saat ingilis dili dərsinin mövcudluğu və bu səbəbdən həmin müəllimlərin dərs yükü ilə təmin olunmasında çətinliklərin mövcudluğu. 3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar *999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil, təlimtərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar" in 3-cü bəndində kitabxanaçıların nəzərdə tutulmaması. Beləliklə *2 sentyabr 2023-cü il tarixində keçirilmiş Pedoqoji Şura iclasının 2023-2024-cü tədris ili üzrə dərs bölgüsü haqqında qəbul olunmuş qərarında, əsas iş yeri üzrə müəllim ingilis dili) işləyən pedoqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri, Elm və Təhsil Nazirliyinin 22 iyul 20*7-ci il tarixli təlimati məktubunu və 26 yanvar *999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş normaların 3-cü bəndini nəzərə alaraq əsas iş yeri üzrə kitabxanaçı, əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı dərs yükü müəyyən olunmamışdır. İş materiallarında olan Ağdam rayonu * nömrəli Tam Orta Məktəb üzrə 0*.02.20*2-ci il tarixli, *4 nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı ərizəsinə əsasən məktəbə Kitabxanaçı təyin edilmişdir. Əmr: 0*.02.20*2-ci il tarixdən qüvvədə hesab edilsin. İş materiallarında olan Ağdam rayonu * nömrəli Tam Orta Məktəb üzrə *6.09.2023-cü il tarixli, 0* nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı əsas iş yeri saxlanılmaqla * saylı tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. Əmr: *6.09.2023-cü il tarixdən qüvvədə hesab edilsin. İş materiallarında olan Ağdam rayonu * nömrəli Tam Orta Məktəb üzrə *4.06.20*7-ci il tarixli, *36 nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbin ingilis dili müəllimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən işinə xitam verilsin və son haqqı hesabı ödənilsin. İş materiallarında olan Ağdam rayonu * nömrəli Tam Orta Məktəb üzrə 30.03.20*8-ci il tarixli, 207 nömrəli Əmrdən çıxarışdan görünür ki, Ağdam rayon Məhkəməsinin 28.*2.20*7-ci il tarixli, 2(*3)-58*2/20*7 nömrəli qətnaməsinə əsasən İddiaçı işinə bərpa edilmişdir. İş materiallarında olan 0684**0 nömrəli Əmək Kitabçasından görünür ki, İddiaçı Ağdam rayonu * nömrəli Tam Orta Məktəbində işləməsi ilə əlaqədar əmək kitabçası mövcuddur. İş materiallarında olan Sosial Arayışdan görünür ki, İddiaçı Müəllim və Kitabxanaçı vəzifələri üzrə əmək haqqı ödənişlmişdir. İş materiallarında olan Elektron e-sosial kabinet vasitəsi ilə çıxarılmış əmək müqaviləsi üzrə bildiriş və çıxarışlardan görünür ki, Kitabxanaçı, həmçinin Müəllim və Kitabxanaçı vəzifələri üzrə əmək haqqı ödənişlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X*6 Hüquqi Şəxsin *2.*0.2023-cü il tarixli, həmçinin Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X*6 X29 şöbəsi X30 2*.**.2023-cü il tarixli, 04.**.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, arayışlarından görünür ki, X8 hamilədir. İş materiaalarında olan Ağdam Regional Təhsil Şöbəsi üzrə *6.09.20*3-cü il tarixli 66 saylı əmrdən görünür ki, məktəbin direktorunun təqdimatına əsasən İddiaçı əsas iş yeri saxlanılmaqla * salı Tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi X35 və Texnologiya Kölleci tərəfindən verilmiş 26.08.20*0-cu il tarixli, 30254 nömrəli Diplomun surətindən (BB- İİ №*079*7) görünür ki, X3 Dövlət İdarəetmə və Texnologiya Köllecinə daxil olmuş və 28.06.20*0-cu ildə İngilis dili ixtisası üzrə tam kursu bitirmiş və ona İngilis dili müəllimi ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi *0 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin *4.06.202*7-ci il tarixli 04/73 saylı məlumatından görünür ki, Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Laçın və Xocavənd rayon Təhsil Şöbələrinə 0*.0*.20*3cü il tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbul qaydalarından kənar qəbul edilmiş (müddətli və müddətsiz), işləmənin yaş həddinə və ehtiyaca görə müddətili müqavilə ilə işə götürülmüş müəllimlərlə bağlanmış əmək müqavilələrinə *4.06.20*7-ci il tarixdən xitam verilməsi tapşırılmışdır. İş materiallarından olan *4.*0.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsindən görünür ki, X*8 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Ağdam rayon * nömrəli köçkün tam orta məktəbə İngilis dili müəllimi qəbul edilmiş, *4.*0.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə 6 saat dərs yükü verilməsi, hər ay əmək haqqı cədvəlinə uyğun *5*,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi (2.*) müddətsiz bağlanmışdır. İş materiallarından olan *4.*0.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsinə xx.xx.2023cü il tarixli 0* nömrəli əlavədən görünür ki, X9 ilə İddiaçı arasında *4.*0.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 0* nömrəli əlavə bağlanmış və *4.*0.2022-ci tarixdən İddiaçı ilə bağlanmış *4.*0.2022-ci tarixli əmək müqaviləsinin 4.*-ci maddəsi dəyişdirilərək işçiyə hər ay *5*,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından olan *4.*0.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsindən görünür ki, X*8 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Ağdam rayon * nömrəli köçkün tam orta məktəbə Kitabxanaçı qəbul edilmiş, *4.*0.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə hər ay 538 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi (2.*) müddətsiz bağlanmışdır. İş materiallarından olan *4.*0.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsinə 0* nömrəli əlavədən görünür ki, X*8 ilə İddiaçı arasında 3*.0*.2023-cü il tarixdə *4.*0.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsinə 0* nömrəli əlavə bağlanmış və *4.*0.2022-ci tarixdən İddiaçı ilə bağlanmış *4.*0.2022-ci tarixli əmək müqaviləsinin 4.*-ci maddəsi dəyişdirilərək işçiyə hər ay 538 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından olan Normalardan görünür ki, Təhsil, təlim – tərbiyyə müəssisələrinin rəhbər, inzibati – təsərrüfat, tədris – köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar müəyyən edilmiş, Normalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.0*.*999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 05.02.*999-cu il tarixdə *42 nömrə ilə qeydiyya alınmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM): 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42-ci maddəsinin *-bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin *-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; 73-cü maddəsinin *-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin *79-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 294.*-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * il ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in *4.2 və 77.*-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV bəndində göstərilir ki, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 45-ci maddəsinin *-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd olunan qanun normalarından göründüyü kimi hər kəs azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsi qanunda və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin *-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Göründüyü kimi Əmək Məcəlləsi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının əsas vəzifəsi kitabxanaçıdır. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişi və pedaqoji şuranın iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı Cavabdehdə əsas iş yeri kitabxanaçı, əlavə iş yeri isə ingilis dili müəllimi olduğundan və tədris və dərs bölgüsü nəzərə alınaraq Elm və Təhsil Nazirliyinin məktubuna əsasən 2023-2024-cü tədris ili üzrə əsas iş yeri müəllim olmayan işçilərə dərs yükü nəzərdə tutulmadığından ona dərs verilməmişdir. Ancaq məhkəmə onu da diqqətə çatdırır ki, iddiaçı hazırda müddətsiz əmək müqaviləsi üzrə məktəbdə kitabxanaçı vəzifəsində işləməklə işinə davam edir və aylıq 538 manat əmək haqqı alır. Bundan başqa məhkəmə diqqətə çatdırır ki, müəllimlərlə əmək müqaviləsi bağlansa da hər il dərs bölgüsü və tədris yükü büdcədən ayrılan maliyyə vəsaiti və tədrisə cəlb edilən şagirdlərin sayı nəzərə alınaraq bu sahədə səlahiyyətli orqan olan Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və müəllimlərə dərs yükü saathesabı olaraq verilir. Belə olan halda iddiaçıya dərs yükünün verilməsi səlahiyyətli orqanın funskiyalarına daxildir ki, bu məsələ məhkəmə qaydasında baxılmalı məsələ deyil. Məhkəmənin tədris yükünün verilməsi ilə bağlı iddialara baxması və bununla bağlı qərar qəbul etməsi isə həmin funksiyanı məhkəmənin öz üzərinə götürməklə nəticələnər ki, bu da yolverilməzdir. Bundan başqa məhkəmə iddia tələbində qeyd edilən pedaqoji şuranın iclas protokolunun iddiaçıya aid hissədə ləğv edilməsi tələbi ilə razılaşmır və həmin hissədə də iddianın təmin edilməməli olması qənaətinə gəlir. Belə ki, pedaqoji şuranın iclas protokolu hüquqmüəyyən edici sənəd deyil və bu səbəbdən məhkəmə qaydasında ləğv edilə bilməz. Sonda məhkəmə onu da vurğulayır ki, hazırda iddiaçı məktəbdə kitabxanaçı olaraq işinə davam etdiyinə və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmədiyinə, sadəcə əlavə iş yeri müəllim olması səbəbindən 2023-2024-cü tədris ili üzrə ona dərs yükü nəzərdə tutulmadığına və tədris yükü ayrılmadığına görə burada heç bir məcburi iş buraxma müddətindən bəhs edilə bilməz və buna görə də hazırki situasiyada məcburi iş buraxma halı olmadığından həmin dövr üçün iddiaçıya əmək haqqı ödənilməsi tələbi də əsassızdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Brumаresku Rumıniyаyа qаrşı» işdə (ECHR *999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. MPM-in 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 50 manat dövlət rüsumu və 55 manat mediyasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “Cavabdeh, Pedaqoji Şurasının, *2.09.2023-cü il tarixli, * nömrəli iclas Protokolunun, ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-827/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-827/2024
21.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver