Məhkəmə qərarları › İş №2(021)-923/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-923/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-923/2024 15.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X17 iclas kаtibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun qaytarılması və vurulmuş maddi zərərin əvəsinin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat pulun və həmin pul vəsaitini 2010-cu ilin avqust ayından lah-hazıradək özlərində qanunsuz saxlayıb ondan faydalanmaqla və qaytarmaqdan boyun qaçırmaqla ona vurulmuş zərərə görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi olan illik 8.5 faiz hesabı ilə 3570 manatın, beləliklə də cəmi 6570 manatın alınıb ona verilməsinə, həmçinin hazırkı iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 86 manatın onlardan tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonunun Gərənə kəndində daimi yaşamaqla fərdi əmək fəaliyyəti ilə məşğul olur, daha çox kənd təsərrüfatı məhsullarının istehsalı və satış sahəsində fəaliyyət göstərir. Həmin sahədə fəaliyyətini genişləndirmək üçün daha çox torpaq sahəsinə ehtiyacı olduğuna görə 2010-cu ilin avqust ayında həmkəndlisi Cavabdeh1 və onun ailə üzvləri-həyat yoldaşı X2, oğulları X7 və X11 “Torpağa mülkiyyət hüququna dair” JN-211 KOD 61005078 nömrəli Dövlət Aktı əsasında məxsus olan və Gərənə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, cəmi 1,23 ha torpaq sahəsini nağd pul verməklə satın almışdır. Həmin şəxslər tərəfindən ona xx.xx.2010-cu il tarixli, ƏN-1 082197 nömrəli notariat təsdiqli baş Etibarnamə verilməklə sözügedən torpaq sahəsi üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq və s. də daxil olmaqla səlahiyyətlər ona verilmişdir. Sonradan həmin torpaq sahəsini öz adına sənədləşdirmişdir. Sözügedən torpaq sahəsini alarkən Cavabdeh1 ona bildirmişdir ki, Gərənə kəndində onun qardaşı Cavabdeh2 və onun ailə üzvlərinə məxsus olan kənd təsərrüfat təyinatlı 1,17 hektar torpaq sahəsi vardır, qardaşı Barat və onun ailə üzvləri Bakı şəhərində yaşadıqlarına görə bu torpaq sahəsindən istifadə etmirlər, odur ki, torpaq sahəsini satmağı ona həvalə etmişlər, onlar həmin torpaq sahəsini 3000 manata satırlar. Cavabdeh1 ona təklif etmişdir ki, əgər istəyirsənsə 3000 manat ver, qardaşım Barat torpağı sənə satsın. Odur ki, Cavabdeh1 təklifi ilə razılaşmış və 2010-cu ilin avqust ayında ona 3000 manat nəğd pul vermişdir ki, aparıb qardaşı Cavabdeh2 versin, eyni zamanda həmin torpağa dair Dövlət Aktını ona versin. Cavabdeh2 bu torpağa dair JN: 212, KOD 61005078 nömrəli Dövlət Aktını ona vermişdir və bildirmişdir ki, verdi 3000 manat pulu qardaşı Cavabdeh2 vermişdir, Barat və ailə üzvləri Bərdə rayonuna gəldikdə həmin torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq və s. daxil olmaqla səlahiyyətlər verilməsinə dair ona notariat təsdiqli baş Etibarnamə verəcəklər. Sözügedən torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN:212 KOD 61005078 nömrəli Aktına əsasən Bərdə rayon Gərənə kəndində yerləşməklə Cavabdeh2, onun həyat yoldaşı X8ma, onların övladları X20ma və X18ma məxsus olan cəmi 1,17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi olmuşdur. Beləliklə, 2010-cu ildən başlayaraq hal-hazıradək sözügedən 1,17 ha torpaq sahəsini o, əkib-becərir, bu torpaq sahəsi hazırda da onun əkdiyi taxıl bitgisi altındadır və bu torpağı hər il xeyli şəxsi vəsaitini xərcləməklə münbitləşdirir, yəni ona qulluq göstərir. 2022-ci ilədək Cavabdeh2 və ya onun ailə üzvlərini görməsə də torpaq sahəsindən istifadə etməyinə görə onlar tərəfindən ona hər hansı bir irad və narazılıq bildirilməmişdir. Onun tərəfindən isə sözügedən 1,17 ha torpaq sahəsini adına rəsmiləşdirilməsinə tələsilməmişdir. Fikirləşmişdir ki, bunu nə vaxt olsa edər, onsuz da torpaq sahəsindən istifadə edir, ona dair Dövlət Aktı da ondadır, həmçinin də həmkəndli olduqları və bir-birini yaxşı tanıdıqlarına görə torpağın nə vaxtsa adına rəsmiləşdirilməsində heç bir problem olmayacaqdır. 4-5 il bundan əvvəl, yəni təxminən 2019-cu ildə bir dəfə Cavabdeh2 ona zəng edərək torpaq sahəsini qaytarmaq istədiyini bildirdikdə Cavabdeh1 torpağı ona satdığını bildirib, bunun normal hal olmadığını, adətlərdən kənar bir şey olduğunu bildirdiyinə görə Cavabdeh2 onunla razılaşmış və o, torpaqdan istifadəni davam etdirmişdir. Lakin 2022-ci ildən başlayaraq Cavabdeh2 və onun həyat yoldaşı X5 torpaq sahəsini onların özünə qaytarmağını tələb etməyə başlamışlar. O, isə vicdanlı alıcı kimi torpaq sahəsini onlara 2010-cu ildə Cavabdeh1 vasitəsi ilə 3000 manat pul verərək aldığını bildirərək torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və torpaq sahəsinin adına rəsmiləşdirilməsinin təmin edilməsini, yaxud verdiyi 3000 manat pulu, həmçinin həmin pulu 2010-cu ildən 2023-cü ilədək yəni 14 il ərzində qanunsuz saxlayıb ondan istifadə edərək faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 8,5 faiz uçot dərəcəsi nəzərə alınmaqla 3570 manat təşkil edən faizi ona ödəsinlər. Lakin cavabdehlər Cavabdeh2 və qardaşı Cavabdeh1 onun bu qanuni tələbini təmin etməkdən imtina etmişlər. Qanuni tələbini könüllü olaraq təmin etmək əvəzinə Cavabdeh2 həyat yoldaşı olan X5 2023-cü ilin ortalarında Bərdə Rayon Məhkəməsinə ona qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsi (hakim Qamət Əbilov) xx.xx.2023-cü il tarixli, 2(021)-4127/2023 nömrəli qətnaməsi ilə qərara almışdır ki: “İddia təmin olunsun. Cavabdeh İddiaçı X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə olan Bərdə rayonu Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunu cavabdeh İddiaçı alınaraq iddiaçı X8ma ödənilsin.” O, pulunun Barat və Cavabdeh1lardan alınıb özünə qaytarılmasının təmin edilməsi üçün xx.xx.2023-cü il tarixli şikayət ərizəsi ilə Bərdə Rayon Polis Şöbəsinin müraciət etmişdir. Həmin şikayət ərizəsi üzrə Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X22 tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticəsinə dair 24 iyul 2023-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Təhqiqatçı qərarını onunla əsaslandırmışdır ki, onun şikayət ərizəsində bildirdiyi xüsusatlar mülki xarakterlidir, odur ki, həlli məhkəmənin səlahiyyətləri daxilindədir. Həmin şikayət ərizəsi üzrə Bərdə RPŞ-də aparılmış araşdırma zamanı Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, qardaşı Cavabdeh2 və onun ailə üzvlərinə məxsus olan 1,17 ha torpaq sahəsini 2010-cu ilin avqust ayında ona satarkən ondan aldığı pulun məbləği 3000 manat deyil, 2000 manat olmuşdur, bu pulun 1500 manatını qardaşı Cavabdeh2 vermiş, qalan 500 manatını isə işləyib daha sonra verəcəyi barədə qardaşı Cavabdeh2la öz aralarında razılaşmışlar. Yuxarıda şərh etdiyi səbəblərdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir və iddia tələbini əsaslı olmaqdan başqa, həm də qanuni hesab edir. Həmçinin də hesab edir ki, cavabdeh Vaqif Mürsəlovun hərəkətlərinə mülki qanunvericiliyin özgəsinin əmlakına-puluna qanunsuz sahiblik etmə və əsassız varlanmanı tənzimləyən hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankı sonuncu dəfə xx.xx.2024-cü il tarixə olan vəziyyətə müəyyənləşdirdiyi uçot faiz dərəcəsi 8,5 faiz təşkil edir. Sadalanan qanunvericilik aktları və Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi nəzərə alınmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona qaytarılmalı olduqları pul vəsaiti 3000 manat və həmin pulu qanunsuz saxlamaqla ondan faydalanmağa görə illik 8,5 faiz uçot faiz dərəcəsi hesabı ilə 3570 manat (3000x100:8,5x14 il=3570), beləliklə də cəmi 6570 manatdır (3000+3570). Məhkəmənin diqqətinə həmçinin çatdırır ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyi üçün iddia müddətini ötürülməmiş hesab edir. Çünki, cavabdehlər tərəfindən onun hüquqlarının pozulması, yəni 1,17 ha torpaq sahəsini əslində ona satmaq niyyətlərinin olmadığı, 3000 manat pulunu isə ondan faydalanmaq məqsədi ilə ələ keçirib 14 il ərzində özlərində qanunsuz saxladıqları ona 2023-cü ilin iyul ayında, yəni Cavabdeh2 həyat yoldaşı ona qarşı "torpaqdan çıxarılma tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan və Bərdə RPŞnin təhqiqatçısı Orxan Məmmədovun xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarını əldə etdikdən sonra məlum olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Barat onun qardaşıdır, qardaşına torpağa görə 1500 manat pul verib ki, torpaq söhbəti bitsin, qardaşına torpağa görə əlavə olaraq 500 manat verəcəkdir, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 izahatında bildirmişdir ki, X23 tanıyır, qohumluğu, ədavəti yoxdur, Cavabdeh1 ögey anasıdır, Barat Vaqifə torpaq sahəsi satıb, onun yanında Vaqif Fehruza torpağa görə 3000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, Fehruz onun həyat yoldaşıdır, onlar iddiaçı Vaqifə torpaq satmayıblar. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə ünvan 1ində anadan olmuşdur. ünvan 1i ünvanında yaşayır. AZE seriyalı, 03592533 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1949-cu il tarixdə ünvan 2ində anadan olmuşdur. ünvan 1i ünvanında yaşayır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, X12 23 fevral 1963-cü ildə ünvan 3ində anadan olmuşdur. ünvan 1i ünvanında yaşayır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh1 xx xxxx 1961-ci ildə ünvan 1ində anadan olmuşdur. ünvan 1i ünvanında yaşayır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh2 xx xxx 1965-ci ildə ünvan 1ində anadan olmuşdur. ünvan 4 ünvanında yaşayır. ünvan 5əsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 34 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin Gərənə kəndində yaşayır. ünvan 5əsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 33 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin Gərənə kəndində yaşayır, ailə üzvüləri arvadı X13, oğlu X28, oğlu X19, oğlu X14 ibarətdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-4127/2023 saylı, 15 dekabr 2023-cü il tarixli Qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “cavabdehin torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının təmin olunması, cavabdeh İddiaçı X3 və ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, HK-1-2826 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Torpağa Mülkiyyət Hüququna dair JN 211, KOD 61005078 olan Dövlət Aktından görünür ki, ünvan 1 sakinləri Cavabdeh1 İsax oğlunun, X1, X6, X9 mülkiyyətinə Bərdə rayonu, Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli 16 iyun tarixli, 07 saylı qərarı ilə ünvan 1ində 1.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN 212, KOD 61005078 olan Dövlət Aktından görünür ki, ünvan 1 sakinləri Cavabdeh2, X3, X10, X4 mülkiyyətinə Bərdə rayonu, Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli 16 iyun tarixli, 07 saylı qərarı ilə ünvan 1ində 1.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 86 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat pulun və həmin pul vəsaitini 2010-cu ilin avqust ayından lah-hazıradək özlərində qanunsuz saxlayıb ondan faydalanmaqla və qaytarmaqdan boyun qaçırmaqla ona vurulmuş zərərə görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi olan illik 8.5 faiz hesabı ilə 3570 manatın, beləliklə də cəmi 6570 manatın alınıb ona verilməsinə, həmçinin hazırkı iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 86 manatın alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddiaçı iddia ərizəsində cavabdehlərdən 3570 manat ziyanın alınıb ona verilməsini göstərsə də, lakin iş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X15 icraatında olan İddiaçı müraciəti əsasında toplanmış material üzrə qəbul edilmiş 24 iyul 2023-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh1 RPŞ-nə, həmçinin məhkəmə iclasında da verdiyi izahatında özünə məxsus 1.1 ha və qardaşı Cavabdeh2 məxsus 1.2 ha torpaq sahəsini heç bir sənədləşmə aparmadan İddiaçı satdığını, qardaşına torpağa görə 1500 manat pul verdiyini, qardaşına torpağa görə əlavə olaraq 500 manat da işləyib verəcəyini qeyd etmişdir. Digər məbləğlə bağlı iddiaçı heç bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmişdir. Yəni buradan məlum olur ki, Cavabdeh1 İddiaçı torpağa görə 2000 manat pul almışdır. Digər cavabdeh olan qardaşı Cavabdeh2 isə birbaşa yaxud əlbəəl İddiaçı heç bir vəsait və ya məbləğ almamışdır. Belə olan halda hazırki iş üzrə yalnız Cavabdeh1 mülki hüquqi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməli, Cavabdeh1 2000 manat pul alınaraq iddiaçıya öndəilməlidir. Həmçinin, iddiaçı əldən çıxmış faydanı əldə etmək üçün gördüyü tədbirlər və apardığı hazırlıq işləri barədə heç bir mötəbər dəlili məhkəməyə təqdim etməmiş və uzun illər sonra pulu tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Mərkəzi Bankın illik 8,5% hesabı ilə 3570 manatın alınıb verilməsi hissəsində, yəni ziyan tələbinə dair hissədə təmin edilməməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddiasını qismən sübut etdiyindən iddia qismən təmin edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 86 manat dövlət rüsumunun 83 manatı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, geri qalan 3 manatlıq hissə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 2000 (iki min) manat məbləğində pul və 83 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 3 manatlıq hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar