Məhkəmə qərarları › İş №2(021)-993/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-993/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-993/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh X7 iştirakları ilə, İddiaçı Çingiz oğlunun cavabdeh X9 qarşı aliment tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 azyaşlı oğlu 22 sentyabr 2004-cü il təvəllüdlü X21 oğlu adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdeh X11 ilə birgə nikahlarından olmuş 22 sentyabr 2004-cü il təvəllüdlü Quliyev Kənan Elçinin oğlu və 25 noyabr 2016-cı il təvəllüdlü Quliyeva Ləman Elçin qızı adlı uşaqlarının saxlanılması üçün hər ay 50 manat tutulması qət edilmişdir. Daha sonra Bərdə Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(021)-2101/2020 nömrəli qətnaməsi ilə 22 sentyabr 2004-cü il təvəllüdlü Quliyev Kənan Elçinin oğlunun və 25 noyabr 2016-cı il təvəllüdlü Quliyeva Ləman Elçin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(021)-2247/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq cavabdeh Quliyev Elçin Çingiz oğlundan tutulub, iddiaçı X7 xeyrinə verilməsi qət edilmişdir. Bildirir ki, birgə nikahlarından anadan olmuş 22 sentyabr 2004-cü il təvəllüdlü Quliyev Kənan Elçin oğlu adlı övladları 05 dekabr 2020-ci il tarixdən başlayaraq onun yanında qalır və uşağın bütün maddi və mənəvi ehtiyaclarını o, ödəyir. Aliment məbləği artırıldıqdan sonra hər ay 260 manat aliment ödəməyə maddi imkanı çatmadığından borcu yaranmağa başlamışdır. Birgə nikahdan olan 17 yaşına keçmiş Kənan adlı uşağı qəti şəkildə onunla qalmaq istəyir, əgər iddiaçı razıdırsa Ləman adlı uşağıda versin, uşaqların hər ikisinə o baxsın. Uşaqlardan birinə o, baxdığından hesab edir ki, onunla qalan uşağın saxlanılması üçün X5 hər ay 130 manat aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X11 iddianı qəbul etməyərək göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı İddiaçı ilə birgə nikahdan olan və onun yanında qalan uşaqları 22 sentyabr 2004-cü il təvəllüdlü Quliyev Kənan Elçinin oğlunun və 25 noyabr 2016-cı il təvəllüdlü Quliyeva Ləman Elçin qızının saxlanılaması üçün hər ay hər uşağa 130 manat aliment tutulub onun xeyrinə ödənilməsi qət edilmiş, iddiaçı alimenti ödəməmiş, borcu yaranmışdır. Həmin borca görə İddiaçı inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxadıqdan sonra oğlu Kənan iddiaçının yanına getmiş, iddiaçı aliment ödəməmək üçün oğlunu onun yanına qayıtmağa qoymamışdır. Əslində iddiaçı uşaqları istəmir və sadəcə olaraq alimenti ödəməmək üçün belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2101/2021 saylı 29 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, 22 sentyabr 2004-cü il təvəllüdlü Quliyev Kənan Elçinin oğlu və 25 noyabr 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(021)-2247/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla, cəmi 260 manat məbləğində müəyyən edilmiş, 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X20 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2101/2021 saylı 29 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, 22 sentyabr 2004-cü il təvəllüdlü Quliyev Kənan Elçinin oğlunun və 25 noyabr 2016-cı il təvəllüdlü Quliyeva Ləman Elçin qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(021)-2247/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla, cəmi 260 manat məbləğində müəyyən edilmişdir. Lakin İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğini ödəməmiş, buna görə də aliment borcu yaranmışdır, aliment borcun yarandığını görən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh X7 yaranmış aliment borcu məbləğindən imtina etməsinə çalışmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin təmin olunması üçün məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia təmin oluna bilməz. Həmçinin məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, hazırki iddianın predmeti ilə bağlı məsələyə artıq məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. Belə ki, Quliyev Kənan Elçinin oğlu hazırki mübahisə üzrə cavabdehin yanında saxlanılmış və onun saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan pul tutularaq X9 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci və Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Quliyev Elçin Çingiz oğlunun cavabdeh X4 qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20- 52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «04» mart 2021-ci il № 2(021)- 993/2021 İddiaçı Bərdə rayonu, 588 saylı qəsəbə, bina 3, mənzil 29 X2 Bərdə rayonu, 866 saylı qəsəbə, bina 3, mənzil 10 Bərdə Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(021)-933/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “ ” vərəqə. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar