Məhkəmə qərarları › İş №2(021)-996/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-996/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-996/2023 05.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh qızının iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı alimentin tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşaqların himayədə saxlanılması tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşaqların onun himayəsində saxlanılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 19 oktyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, birgə nikahlarından 23 may 2017-ci il təvəllüdlü X9 və 05 iyun 2020-ci il təvəllüdlü X15, 25 noyabr 2022-ci il təvəllüdlü X10 adlı övladları olmuşdur. Faktiki olaraq ayrılmışlar və ayrı yaşadıqları müddətdə birgə nikahalrından olan övladları onun himayəsində qalır. Onların bütün maddi və mənəvi ehtiyaclarını o, ödəyir, Cavabdeh isə uşaqlarının saxlanılması üçün heç bir yardım göstərmir, hətta uşaqlarla maraqlanmır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Musatfa qızı ilə 19 oktyabr 2016-cı ildə rəsmi nigahları olmuşdur. Onların rəsmi nigahından övladları 23 may 2017-ci il təvəllüdlü X9, 05 iyun 2020-ci il təvəllüdlü X15 və 25 noyabr 2022-ci ildə X12 anadan olmuşdur. Onların ailə münasibətləri alınmamış. Cavabdehlə bir evdə ailə kimi yaşamaq qeyri mümkündür. Demək olar onlar lap əvvəldən bir-birini başa düşə və anlaya bilmirlər. Cavabdeh öz ailəsini fikirləşmir. O, evdə olmayanda əxlaqa sığmayan hərəkətlər edir, buna sübut olaraq polisdə işləri olmuşdur, o, etik qaydalardan kənara çıxmamaq üçün yazılara əlavə etmək istəmir. Onların ailəsinin dağılma səbəbi o, gecə saatlarında evdə olmayanda qonşuda yaşayan Rizvan adlı şəxsin onun keçmiş həyat yoldaşı ilə intim münasibətləri olmuşdur. Onun əlində lazım olan dəlil və sübutlar vardır, belə bir adamın yanında uşaqların qalması qeyri mümkündür. Ona görə də uşaqların talehi məlum olduğu üçün icra hakimiyətinin Himayəçilik və Qəyyumçuluq orqanında bu məsələyə mövqe bildirilməlidir. Dəfələrlə cavabdehə xahiş etmişdir ki, bütün bunlara son qoysun. Lakin onun xahişlərinin, yalvarışlarının heç bir nəticəsi olmamışdır. Bu artıq cavabdehdə bir xarakter kimi formalaşmışdır. Ailəni qoruyub saxlamaq mümkün deyildir. Uşağların onunla qalması məsləhətdir, uşaqlar anasını istəmir. Odur ki, uşaqların onun himayəsində qalması tələbi vardır. Məhkəmə iclasında İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddinın rədd edilməsini, qarşılıqlı iddianı müdafiə etdiyini, iddiaçı ilə birgə nikahlarından olan uşaqlarının onun himayəsində qalmasını, qız uşağının isə iddiaçının himayəsində saxlanılmasını, ilkin iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli Azərbycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1995-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******** nömrəli Azərbycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxxxx 1990-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarayusifli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayonuu, Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2259 nömrəli, 08 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu Əliyanlı kəndində yaşayır və Bərdə rayonu, Qarayusifli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 05Q/69-1093/12 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X2 arasında nikah 19 oktyabr 2016-cı ildə X26 Xidmət Mərkəsində qeydiyyat Şöbəsində 991 saylı akt qeydi ilə bağlanmışdır. Nikahdan sonra arvada Qurbanova soyadı verilmişdir. Mülki işə əlavə olunmuş 05Q/69-1106/12 nömrəli arayışdan müəyyən olunur ki, X9 23 may 2017-ci ildə Bərdə rayonunda anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə olunmuş AZ İV 448459 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 05 iyun 2020-ci ildə doğulmuşdur, atası X13, anası X5r. Mülki işə əlavə olunmuş AZ İV 826104 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 25 noyabr 2022-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Mediasiya Şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq olmamışdır. İş üzrə Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(021) 996/2023 saylı qərardadı ilə iş materialları rəy verilməsi üçün Bərdə Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əlavə edilmiş yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə 08 may 2023-cü il tarixli aktdan müəyyən olunur ki, Bərdə rayonu , Əliyanlı kəndində yaşayan İddiaçı yaşayış yeri üzrə mənzil-məişət şəraitinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki,İddiaçı yaşadığı ev onnun atası X1 məxsus fərdi yaşayış evidir, bir mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü şiferdəndir, iki otaqlıdır, təmirsizdir, komunal şəraiti yoxdur, həyətyanı torpaq sahəsi 8 sotdur, həmin evdə İddiaçı, övladları Bəhruz Qurbanzadə, Murad Qurbanlı, Məryəm Qurbanlı, atası Mustafa Hüseynov, anası Gülbəniz Hüseynova, qardaşı Şəmistan Müseyibli və bacısı Aytac Müseyibli yaşayırlar. Bəhruz Qurbanzadə, Murad Qurbanlı və Məryəm Qurbanlının həmin evdə yaşayıb tərbiyə olunmaları və gələcəkdə təhsil almaları üçün normal şərait yoxdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əlavə edilmiş yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə 16 may 2023-cü il tarixli aktdan müəyyən olunur ki, Bərdə rayonu, Qarayusifli kəndində yaşayan Cavabdeh yaşayış yeri üzrə mənzil-məişət şəraitinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh yaşadığı ev onun atası X6 məxsus xüsusi fərdi yaşayış evidir, kürsülü bir mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü şiferdəndir, üç otaqlıdır, orta təmirlidir, orta komunal şəraiti vardır, həmin evdə Cavabdeh və qardaşı Nicat Qurbanzadə yaşayırlar. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində göstərilmişdir ki, Bəhruz Qurbanzadə və Murad Qurbanlının ataları Cavabdeh himayəsində və Məryəm Qurbanlının isə anası Gülmirə Qurbanıvanın himayəsində qalıb yaşamalarını uşaqların mənafeyinə uyğun, məqsədəmüvafiq və qanununamüvafiq hesab edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı 19 oktyabr 2016cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 23 may 2017-ci il təvəllüdlü X9 və 05 iyun 2020-ci il təvəllüdlü X15, 25 noyabr 2022-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğuna görə ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar anasının himayəsində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların atasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəy nəzərə alınmaqla tərəflərin birgə nikahlarından doğulmuş 23 may 2017-ci il təvəllüdlü X9 və 05 iyun 2020-ci il təvəllüdlü X15 ataları X3, 25 noyabr 2022-ci il təvəllüdlü X12 anası İddiaçı himayəsində saxlanılması uşaqların normal inkişafı, normal təhsil alması, onların sosial vəziyyəti, habelə valideynlərin bərabər mənafelərini, onların maddi imkanlarını nəzərə almaqla daha məqsədəmüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddəsinə əsasən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd olunan maddənin məzmunundan görünür ki, ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfdən aliment tələb edə bilər. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, tərəflərin birgə nikahından doğulmuş 25 noyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 100 (yüz) manat sabit pul məbləğində aliment və X10 üç yaşına çatanadək 30 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216- 220 və 360-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 25 noyabr 2022-ci il təvəllüdlü X12 anası İddiaçı himayəsində saxlanılsın. Tərəflərin birgə nikahlarından doğulmuş 25 noyabr 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər 100 (yüz) manat məbləğində sabit pul və X12 üç yaşına çatanadək 30 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 23 may 2017-ci il təvəllüdlü X9 və 05 iyun 2020-ci il təvəllüdlü X15 ataları X3 himayəsində saxlanılsınlar. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar