Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1004/2023 03.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19.04. 2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşaq üçün sabit pul məbləğində 220 manat, cəmi 420 manat alimentin və mediyasiya təşkilatına ödənilmiş 55 manat rusumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Cəlilabad rayon Musalı kənd sakini Cavabdeh ilə ailə həyatı qurmuşdur. Hal-hazırki tarixə kimi rəsmi nikahla yaşamışlar. Onların birgə nikahlarından xx.xx.2018-ci ildə X4 və xx.xx.2020-ci il tarixdə X7 anadan olmuş və hal-hazırda onunla birlikdə yaşayırlar. O, Cavabdeh ilə ailə həyati qurduqdan sonra həyatı çox mürəkkəb keçmişdir. Belə ki, Cavabdeh birgə yaşadıqları müddət ərzində heç bir səbəb olmadan dava-dalaş salır, onların hər günü dava-dalaş içərisində keçirdi. Cavabdeh onu bir ailə kimi saymır, onu bir ailə kimi qəbul etmirdi. O, demək olar ki, hər hansı kiçik bir sözə görə onu incidərdi. Hətta 2023-ci ildə Xəyal onu yaşadıqları evdən uşaqları ilə bərabər çıxartmışdır. Hal- hazırda da uşaqları ilə bərabər o, Biləsuvar rayonunda valideynlərinə məxsus evdə yaşayır.Onlar ailə qurduqları vaxtdan Cavabdeh valideynlərinə məxsus evdə yaşamışlar. O, əvvəllər Cavabdeh ona qarşı etdiyi hərəkətlərə dözür və fikirləşdirdi ki, Xəyal vaxt keçdikcə sakitləşər.Lakin Xəyal daha da aqresivləşərək onu incidirdi.Buna baxmayaraq 2023-ci il tarixdə Xəyal onu evə buraxmayaraq çıxıb getməyini tələb etmişdir. O, cavabdehin tələbinə qarşı çıxsa da, cavabdeh onu evdən getməyə məcbur etmişdir. Ona görə də o məcburiyyət qarşısında qalıb valideyininin yanına gəlmişdir. Hazırda iki uşağı ilə birlikdə Biləsuvar rayonunda yaşayır. O, cavabdehə aralarında olan aliment tələbi üzrə mübahisəni məhkəmədən kənar, mediyasiya yolu ilə həll edilməsinə dair təklif verərək mediyasiya prosesini başlatsa da mediyasiya prosesi mübahisənin həlli ilə bağlı bir nəticə əldə edilməmişdir.O, hazırda valideyninin verdiyi vəsait hesabına uşaqlarını saxlayır. Bu müddət ərzində Cavabdeh uşaqlarının necə yaşaması ilə maraqlanmamışdır. Odur ki, Cavabdeh 19.04. 2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşaq üçün sabit pul məbləğində 220 manat, ayda cəmi 420 manat alimentin və mediyasiya təşkilatına ödənilmiş 55 manat rusumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar şəhər İzibati Ərazi Dairəsi Üzrə Nümayəndliyinin xx.xx.2023-cü il tarixli 5-39-1/2-344/2023 saylı arayışından görünür ki, Quliyeva X1 şəhəri, S.Vurğun küçəsi ev 128-də qeydiyyatdadır. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli 5/Q-1231/69 saylı nikahın bağlanması barədə arayışdan görünür ki, Cavabdeh və X2 nikahlarını 07 noyabr 2018-ci il tarixdə 147 nömrə ilə qeyd etdirmişlər. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli 05/Q-1229/69 saylı doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə X2 qeyd olunmuşdur. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli 05/Q-1230/69 saylı doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə X2 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01574 saylı Mediasiya Şurasının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlanmışdır. Həmçinin iddiaçı X2 55 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 120 manat olmaqla, ayda cəmi 240 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən mediasiya üçün xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 45 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 120 (yüz iyiri) manat, ayda cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən müəyyən edilsin. İddiaçı tərəfindən Mediasiya üçün xərclənmiş pul vəsaitinin əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissədində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1004/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1004/2023
03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver